Məhkəmə qərarları › İş №2(125)-2658/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2658/2025

04.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2658/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünəməxsus **********090 nömrəli abonent kodu üzrə sudan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 313 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışlar. Su xəttinə su sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Su sayğacı qoyulanadək Su kanal TSC tərəfindən məskunlaşdıqları binaya su xətti çəkilməmişdir. Öz otağına su xəttini öz vəsaitləri hesabına çəkmişlər. İstifadə etdikləri su ilə əlaqədar cavabdeh faktiki heç bir xidmət göstərməmişdir. Su təchizatı faktiki olaraq şəxsi vəsait hesabına qazılmış artizan quyudan aparılmışdır. Həmin quyunun suyu da məişət xarakterli olmuşdur. İçməli suyu və məişətdə işlətdikləri suyu isə ağ su satan maşınlardan almışlar. Lakin su sayğacı quraşdırıldıqdan sonra bildirilmişdir ki, əvvəllər istifadə etdikləri suya görə 313 manat borcu vardır. Bu tamamilə əsassızdır. Borcun nə vaxtdan yarandığı bildirilməmişdir və bu barədə onlara heç bir rəsmi məlumat verilməmişdir. Sudan istifadəyə görə su təsərrüfatı birtərəfli qaydada öz istədiyi kimi qanunvericiliyin tələbinə zidd olaraq borc hesablamışdır. Həmçinin sudan istifadəyə görə su təsərrüfatı ilə sudan istifadə edən şəxslər arasında heç bir müqavilə imzalanmamışdır. Sudan istifadəyə görə istehlakçı ilə istifadəçi arasında müqavilənin olmaması səbəbindən sudan istifadəyə görə borc tələb etmək hüququ yaranmır. Faktiki olaraq su sayğacı çəkilən vaxta kimi öz şəxsi vəsaitləri hesabına məişət mənşəli sudan istifadə etmişlər. İstifadə etdikləri su içməyə tamamilə yararsız vəziyyətdə olmuşdur. Sudan istifadəyə görə yaranmış borcun silinməsi ilə əlaqədar cavabdehin ünvanına rəsmi məktubla müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-87/2025 nömrəli məktubu ilə borcun silinməsindən imtina olunmuşdur. Həmçinin imtina məktubunda DOS-38/83 bina- 5/A m-9 ünvanı qeyd olunmuşdur. Faktiki olaraq həmin ünvanda heç bir vaxt yaşamamışlar və qeyd olunan ünvanın onlara heç bir aidiyyəti yoxdur. Ona görə də cavabdeh tərəfindən qeyri-qanuni şəkildə sudan istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında silinməsinə zərurət yaranmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə etmişdir ki, sayğac 2024-cü ilin dekabr ayında quraşdırılmışdır, həmin tarixə kimi sayğacla bağlı heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən təqdim olunan sənəddəki şəxslər, yəni X2, X6 və X4 onun uşaqlarıdır. Qızlarının hər ikisi ailə quraraq başqa yerə gəlin köçmüşlər, oğlu isə neçə illərdir ki, Ukrayna Respublikasında məskunlaşmışdır. Hazırda özü tək yaşayır. Dövlət tərəfindən bir otaqlı evlə təchiz olunmuşdur. Cavabdeh təşkilatın əməkdaşları sayğacı ola-ola ona əsassız olaraq borc yazmışlar. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, iddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını təkid etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı ilə xx.xx.2023-cü ildə müqavilə bağlanaraq ona abonent kodu verilmiş, müvəqqəti yaşadığı ünvan 2 ünvanı su ilə təchiz edilmişdir. Sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuşdur. Sayğac quraşdırılanadək ailə tərkibi 4 nəfər nəzərə alınmaqla borc hesablanmışdır. Lakin yaranmış borc üzrə cəmi 2 manat ödəniş edilmişdir. İddiaçı əsaslı olaraq sudan istifadə etmiş, həmçinin çirkab suların axıdılması xidmətindən də yararlanmışdır. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********090 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, **********090 abonent kodu ünvan 2 ünvanında yaşayan İddiaçı məxsusdur. Həmin ünvana sayğacın quraşdırılma tarixi xx.xx.2024-cü ildir. ünvan 2 ünvanı üzrə hissə-hissə ödənişlər edilsə də, həmin mənzilin abonent hesabına 2023-cü il üçün adambaşına 4 nəfər hesablanmaqla illik qalıq borc 90,9 manat, 2024-cü il üçün (xx.xx.2024-cü il tarixinədək) adambaşına 4 nəfər hesablanmaqla illik qalıq borc 204,3 manat müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən sözügedən mənzil üzrə sayğac üzrə hesablama aparılaraq xx.xx.2025-ci il tarixədək ümumilikdə 342,90 manat borc hesablanmış, həmin borcdan xx.xx.2025-ci il tarixdə 2 manat ödəniş edilməklə, cəmi 340,90 manat yekun borc hesablanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Samux, Göygöl və Daşkəsən rayonları üzrə sektor müdiri Rafiq Həsənov tərəfindən Gəncə Sukanal İdarəsinə verilmiş məlumatdan görünür ki, DOS-38 ünvanında məskunlaşan məcburi köçkün İddiaçı ailə üzvləri X2, X6 və X1r. İş materiallarında olan, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Gəncə Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-87/2025 nömrəli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, ərizədə qeyd olunan Dos 38/83, bina 5/A, mənzil 9 (abonent kodu: **********090) ünvanının xx.xx.2023-cü il tarixdə nəfər sayı tərkibi yaşayış sayına uyğun olaraq 4 nəfərlə İddiaçı adına abonent kodu açılmışdır. Silinməsini tələb edilən borc xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılan dövrə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair hesablanmış borcdur. İş materiallarına İddiaçı məxsus məcburi köçkün vəsiqəsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin faktiki əsasını abonent kodu **********090 olan və iddiaçının yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə sudan istifadəyə görə borcun hesablanması, bu barədə dəfələrlə cavabdeh təşkilatın əməkdaşlarına bildirilməsi, lakin buna baxmayaraq iddiaçıya 313 manat məbləğində əsassız borcun yazılması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonent kodu **********090 kimi qeyd edilən mənzilə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə həm qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həm də suölçən cihazın göstəricisinə əsasən borc hesablanmış, borcdan müvafiq məbləğdə ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, su təminatı suyun alğı-satqı müqaviləsinə əsasən həyata keçirildiyinə görə suyun dəyərinin ödənilməsi öhdəliyin yaranması üçün əvvəlcə suyun istehlakçıya verilməsi faktı mövcud olmalıdır. Məhkəmə, iddiaçının sözügedən mənzilə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə cavabdeh təşkilata ödəniş etməsi halını sübutetmə yükünün dəyişməsi üçün əsas hesab edir. Yəni, indiki halda iddiaçı cavabdehin təchiz etdiyi sudan istifadə etmədiyini sübuta yetirmək vəzifəsini daşıyır. Lakin iddiaçı bu halı təsdiq edən hər hansı sübuta istinad etməmiş, tələbinin faktiki əsasını təşkil edən hallarla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzilə **********090 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc iddiaçı tərəfindən tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 2023-cü ilin avqust ayından xx.xx.2024-cü ilədək sayğac olmadan, mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun 4 nəfərə görə 204 manat 30 qəpik, xx.xx.2024-cü il tarixdən isə mənzilə gedən su borusunun üzərində sayğac quraşdırıldıqdan sonra sayğac üzrə hesablama aparılaraq xx.xx.2025-ci il tarixədək ümumilikdə 342,90 manat borc hesablanmış, həmin borcdan iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 2 manat ödəniş edilməklə, cəmi 340,90 manat yekun borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sözügedən mənzil, sayğac quraşdırılmadan su ilə təchiz edilmiş, su təchizatı və çirkab sularının axıdılmasına görə borc adam sayına uyğun olaraq, hər ay sabit məbləğdə düzgün hesablanmışdır. Belə ki, sayğacsız dövr üzrə adam sayına uyğun su təchizatı və tullantı sularının axıdılması ilə bağlı xidmətlərə görə borcun hesablanma qaydası 2021-ci ildən 1 nəfər üçün hər ay 4 manat 50 qəpik ((0.60 man+0.30man)*5) olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, mülki işin məhkəmə tədqiqi zamanı təqdim edilmiş sübutla mənzildə 4 nəfər şəxsin yaşadığı təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, silinməsi tələb edilən 313 manat məbləğində borc, abonent kodu **********090 kimi qeyd edilən mənzilə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə həm qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həm də suölçən cihazın göstəricisinə əsasən düzgün hesablandığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar