Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2670/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh5 iştirakı ilə, İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qasımov İddiaçı (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 1 ünvanına dair Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-528 reyestr nömrəli və 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə- 435 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh3 onun keçmiş arvadıdır. Cavabdeh3 ilə nikahlarını 1994-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.1995-ci il tarixdə X4 anadan olmuşdur. Digər Cavabdeh4 isə onun ögey qızı, yəni Cavabdeh3 başqa nikahından doğulmuş qızıdır. Cavabdeh3 ilə nikaha daxil olarkən Cavabdeh4 da anası ilə birgə onlarla yaşamışdır. Cavabdeh3 ilə birgə nikahda olduqları müddət ərzində o və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə almış və həmin əmlak onların birgə mülkiyətinə daxil olmuşdur. Daha sonra ailə münasibətləri pişləşiyindən Cavabdeh3 aralarında olan nikah 2014-cü il tarixdə pozulmuşdur. Həmin müddətədək isə o və Cavabdeh3 eyni ünvanda yaşamışlar. Nikah pozulduqdan sonra keçmiş arvadı Cavabdeh3 birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2737/2021 nömrəli qətnaməsi ilə Cavabdeh3 iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra ona məlum olmuşdur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3883/2023 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmışdır. Buna görə də o, həmin qərarı mübahisələndirərək, ondan apellyasiya şikayəti vermişdir. Cavabdeh3 qızı Cavabdeh4 vasitəsi ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən mənzili özgəninkiləşdirmişdir. Hazırda həmin mənzilin mülkiyyətçisi Cavabdeh5dır. Qeyd olunanları nəzərə alaraq, mənzilin özgəninkiləşdirilməsinə dair müqavilələr ləğv edilməli, habelə həmin mənzilə dair hazırda mövcud hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Belə ki, birgə nikah dövründə əldə olunmuş və ümumi birgə mülkiyyət hesab edilən mənzil həmçinin onun da mülkiyyəti hesab olunur. Onun mülkiyyət hüquqları pozulduğundan o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin faktiki əsasını məhz əmlakın birgə nikah dövründə əldə edilməsi təşkil edir. Qeyd olunan hal isə məhkəməyə təqdim olunmuş sənədlərlə sübuta yetir və onun məhkəməyə təqdim etmək üçün başqa sübutu yoxdur, eləcə də iddia tələbinin əsası kimi istinad etdiyi başqa hal mövcud deyildir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ümumiyyətlə şəxsən tanımır. O, mənzil almaq məqsədi ilə 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzili almış və həmin mənzilə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. O, vicdanlı alıcı kimi əmlaka mülkiyyət hüququ əldə etmək məqsədi ilə bütün zəruri və qanuni hərəkətləri yerinə yetirmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır. Sonda Cavabdeh5 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər Qasımova (Əkbərova) Sevil İslam qızı və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, İddiaçı və Cavabdeh5 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4017/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.1994-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2737/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh3 İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşdə olan 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2024-cü il tarixdə 4Ə-435 reyestr nömrə ilə təsdiq edilmiş «daşınmaz əmlakın alqı-satqı» müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 nömrəli mənzilini 31.500 manata X1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-05101-093001 reyestr nömrəli daşınmaz əmlaka dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh5 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5053/2025 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil ünvan 5 1/83 reyestr nömrəli Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli qanununa əsasən mənzilin özəlləşməsinə dair müqaviləsinə əsasən X3 adına özəlləşmiş, ona 01 aprel 1994-cü il tarixli, 11564 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 18 avqust 1997-ci il tarixili, 3M-2- 1718 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X5 tərəfindən X6 bağışlanılmış, sonuncunun adına 19 avqust 1997-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 17 may 1998-ci il tarixili, 3M-2- 123 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X11 tərəfindən X7 bağışlanılmış, sonuncunun adına 19 may 1998-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımova (Əkbərova) Sevil İslam qızına qeydiyyat vəsiqəsinə əsasən 22 iyun 2021-ci il tarixli, **********01-05101-093010 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən X2, sonuncunun adına 30 sentyabr 2022-ci il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 31 may 2023-cü il tarixli 4Ə-528 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 14 iyun 2023-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2024-cü il tarixli 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına 03 aprel 2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2670/2025 nömrəli məhkəmə bildirişinə əsasən əmlak üzərinə qadağa qoyulmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Qasımov İddiaçı Sevil İslam qızı arasında nikah xx.xx.1994-cü il tarixdə qeydə alınmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4017/2014 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda mübahisə predmeti olan mənzil ünvan 5 1/83 reyestr nömrəli Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli qanununa əsasən mənzilin özəlləşməsinə dair müqaviləsinə əsasən X3 adına özəlləşmiş, ona 01 aprel 1994-cü il tarixli, 11564 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 18 avqust 1997-ci il tarixili, 3M-2- 1718 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X5 tərəfindən X6 bağışlanılmış, sonuncunun adına 19 avqust 1997ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 17 may 1998-ci il tarixili, 3M-2- 123 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X11 tərəfindən X7 bağışlanılmış, sonuncunun adına 19 may 1998-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımova (Əkbərova) Sevil İslam qızına qeydiyyat vəsiqəsinə əsasən 22 iyun 2021-ci il tarixli, **********01-05101-093010 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən X2, sonuncunun adına 30 sentyabr 2022-ci il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 31 may 2023cü il tarixli 4Ə-528 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 14 iyun 2023-cü il tarixli, **********92-05101- 093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2024-cü il tarixli 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına 03 aprel 2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qasımov İddiaçı (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı ünvan 1 ünvanına dair Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-528 reyestr nömrəli və 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-435 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1970-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR «Nikah və ailə Məcəlləsi»nin 26-cı maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvaddan ikisindən biri ev təsərrüfatı ilə, uşaqlarla qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Həmin Məcəllənin 29-cü maddəsinə görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklində və ya vərəsəlik qaydasında aldıqları əmlak onlardan hər birinin öz mülkiyyətidir. Cavahiratdan və digər zinət şeylərindən başqa, fərdi istifadə şeyləri (paltar, ayaqqabı və i.a.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabıba əldə edilmiş olsa da, ər-arvadın hansı birinin istifadəsində olmuşsa, onun şəxsi əmlakı hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də mübahisə predmeti olan əmlakın onunla Cavabdeh3 birgə mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız həmin əmlakın birgə nikah dövründə əldə edilməsini bildirməklə kifayətlənmişdir. Halbuki, Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 41 nömrəli mənzili İddiaçı və Cavabdeh3 birgə nikahı dövründə əldə olunsa da, həmin mənzil hədiyyə şəklində bəxşeyş (bağışlama) müqaviləsi əsasında əvəzsiz olaraq Cavabdeh3 mülkiyyətinə keçmişdir. Belə ki, Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 nömrəli mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 17 may 1998-ci il tarixili, 3M-2-123 reyestr nömrəli bəxşeyiş (bağışlama) müqaviləsinə əsasən X11 tərəfindən X7 bağışlanılmış, sonuncunun adına 19 may 1998-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra həmin mənzil üzərində bir neçə dəfə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əməliyyatlar aparılmışdır (Gəncə şəhər 6 saylı notariat ofisinin 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsi, Gəncə şəhər 6 saylı notariat ofisinin 31 may 2023-cü il tarixli 4Ə-528 reyestr nömrəli alqı-satqı müqaviləsi və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2024-cü il tarixli 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsi) və hazırda həmin mənzil Cavabdeh5 mülkiyyətindədir. Buna görə də Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 41 nömrəli mənzili İddiaçı və Cavabdeh3 birgə nikahı dövründə əldə olunsa da, hədiyyə şəklində bəxşeyş (bağışlama) müqaviləsi əsasında əvəzsiz olaraq Cavabdeh3 mülkiyyətinə keçdiyindən ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 41 nömrəli mənzilin ər-arvadın birgə mülkiyyətində olmamasını və İddiaçının həmin əmlakda mülkiyyətçi hüququnun yaranmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Bundan başqa, Cavabdeh4 nümayəndəsi (vəkili) X8 iddia müddətinin tətbiqinə dair teleqramla məhkəməyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 2001-ci il 27 dekabr tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarlar). Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi iddia müddətinin tətbiq edilməsi üçün ilk növbədə iddiaçının cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnun olduğu, daha sonra isə həmin öhdəliklər üzrə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilməlidir. Əks halda iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbi barədə iddiası əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh4 nümayəndəsi (vəkili) X8 iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2670/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2670/2025
04.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver