Məhkəmə qərarları › İş №2(125)-2684/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2684/2023

25.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2684/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) bacısı 12.*8.1955-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X1 ilə X3r. Onların birgə yaşayışından beş övladları doğulmuşdur. Onlardan dördü qız, biri oğlandır. Hazırda onlardan üçü yaşayır. Böyük bacısı X6 Bakı şəhərində yaşayır. Digər bacısı X2 şəhərində yaşayır. Ailə qurmamış, təkdir. Hazırda onda psixi pozuntu əmələ gəlmiş yəni xəstəliyə tutulmuşdur. O, ailəli olsa da, məcburiyyətdən bacısının yanında qalır, ona qulluq və qayğı göstərir. Bacısına ondan başqa baxan yoxdur. Bacısı Ziyafət xəstədir, səhhəti imkan vermir ki, gəlib Gəncədə bacısına baxsın. Valideyinlərindən atası 14.*4.198*-ci ildə, anası 1*.12.2*2*-ci ildə Gəncə şəhərində vəfat ediblər. Pakizə subay olmaqla, övladı yoxdur. Onun başqa heç kəsi yoxdur. Bacısı xəstə olduğundan onu idarə etməyə də ehtiyac yaranıb. Bütün dərmanları onun tərəfindən alınır, müalicəsi onun vəsaiti ilə aparılır. Bacısı Pakizə hərəkətlərini və nəyə imza atmasını dərk etmir. Kənar fikirlərə daha tez yönəlir. Bununla da özünü çıxılmaz vəziyyətlərə salır. Pakizə Məmmədova onun doğma bacısıdır, onun xoşagəlməz vəziyyətlə qarşılaşmasına o, razı ola bilmir. O, tam sağlamdır, işləmə qabliyyəti və maddi imkanı var ki, bacısına baxıb, qulluq və qayğı göstərsin. Onun maddi tələbatlarını qarşılayır. Bu səbəbdən də, fəaliyyət qabliyyəti olmayan hesab edilib, qəyyumluğuna verilməsini istəyir. Bununla bağlı o, rəsmi qaydada Gəncə şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etsə də, bundan imtina olunmuş və ona izah olunmuş ki, bu barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamələrin arayışına əsasən, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi və 12.*8.1955-ci il təvəllüdlü X4 atası X8, anası X3r. İş materiallarında olan Gəncə şəhər İcra hakimiyyəti başçısı Aparatının Ərizəçi ünvanladığı *9.*2.2*23-cü il tarixli məktubundan görünür ki, bacısının yetkinlik yaşına çatması, psixi pozuntuya görə məhkəmə tərəfindən “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edilməsi səbəbi ilə onun qəyyumluğa verilməsi nəzərdə tutulmamışdır. Odur ki, bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 22.*5.2*23-cü il tarixli, 311 saylı rəyindən görünür ki, 12.*8.1955-ci il təvəllüdlü X7 qocalıq ağıl zəifliyi (demensiya) XBT-1* (psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış) F*3.2 xəstəliyindən əziyyət çəkir. 12.*8.1955-ci il təvəllüdlü X7 qocalıq ağıl zəifliyi (demensiya) XBT-1* (psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış) F*3.2 xəstəliyi keçirdiyindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Bu səbəbdən X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 12.*8.1955-ci il təvəllüdlü X4 qardaşı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 12.*8.1955-ci il təvəllüdlü X7 psixi xəstəlik keçirdiyindən və psixi inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də 12.*8.1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. 12.*8.1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar