Məhkəmə qərarları › İş №2(125)-2704/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2704/2025

25.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2704/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X53 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın (aparılmış qeydin) ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı mənzilə dair Cavabdeh tərəfindən X17 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (aparılmış qeydin) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X22, X23, X30 və X37 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə mərhum xalası X18 məxsus olmuşdur. Mərhum xalası X31 ilə sabiq həyat yoldaşı X17 rəsmi nikahından 4 övladları anadan olmuşdur. X22, X23, X30 və sonuncu övladı X34 doğulduqdan 2 ay sonra vəfat etmişdir. Mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı fərdi yaşayış evi mərhum xalası X31 tərəfindən xx.xx.1989-cu il tarixdə alqı-satqı yolu ilə əldə edilməklə xalasının xüsusi mülkiyyətində olmuşdur. XalasıXanım Mustafayeva xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Xalası vəfat etdikdən sonra 2000-ci ildə mərhum xalasının sabiq həyat yoldaşı X35 (nikahları Xanlar Rayon Xalq Məhkəməsinin 25 oktyabr 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur) qanunsuz vərəsəlik işi açdırmış, övladları X22, X23, X30 öz paylarından mərhum atalarının xeyrinə imtina etmişlər. Firudin Həsənov özünü mərhum xalasının vərəsəsi kimi təqdim edərək hansısa "naməlum üsullarla" 1 saylı notariat kontorunda qanunsuz vərəsəlik işi açdırmağa nail olmaqla, nəticədə xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı vərəsəlik hüququ haqqında qeyri-qanuni şəhadətnamə əldə etmiş və xalası X5 miras qalmış ünvan 2 ünvanlı evi qanunsuz olaraq öz adına keçirərək, xx.xx.2000-ci il tarixli, 761 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Belə ki, mərhum xalası X31 ilə X35 arasında olan nikah Xanlar Rayon Xalq Məhkəməsinin 25 oktyabr 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna görə də X35 nikahın məhkəmə qaydasında pozulmasından 12 il müddət keçdikdən sonra xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi deyildi. Birinci növbə vərəsələri olan mərhum xalasının övladları X22, X23, X30 öz miras paylarından imtina etmişlər, X35 isə qanun üzrə vərəsə ola bilmədiyindən (ona görə ki, artıq 12 il əvvəl boşanmışdırlar) avtomatik olaraq ikinci növbə vərəsələrinin miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ əmələ gəlmişdir. Hal-hazırda ikinci növbə vərəsələrindən heç biri sağ olmadığından və miras qoyanın mərhum xalası Xanım Mustafayevanın doğma bacısı mərhum anası X44 miras qoyandan əvvəl vəfat etdiyinə görə, anasının xalasından miras qalmış əmlakda qanun üzrə vərəsəlik əsasında pay hüququ mövcuddur. Anası miras qoyandan əvvəl vəfat etdiyinə görə onun miras əmlakda pay hüququ qanun üzrə vərəsəlik əsasında övladına, yəni ona keçmiş və nəticədə Azərbaycan Respublikasının xx.xx.2000ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 533 cü maddəsinə və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2- ci maddəsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı mənzil üzərində onun qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Göstərilən bütün hüquqi əsaslarla onun mərhum xalası X19 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı mənzil üzərində vərəsəlik hüququ mövcuddur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 3 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 izahatında göstərdi ki, sözügedən ev anasının evidir. Anası 2000-ci ildə rəhmətə getmişdir. Anası həkim olmuş, özünə ev almışdır. Daha sonra atası 1 saylı notariat ofisində evi adına keçirmişdir. O, bacısı və qardaşı vərəsədirlər. Atasının həmin evə dair vərəsəlik hüququnun olmadığını təsdiq edən sənədlər vardır. Həmin evdə böyümüşdürlər. Həmin vaxt o, Moskvada yaşamış, sənədi imzalamasını dedikləri üçün imzalamış, mahiyyətini bilməmişdir. Asan xidmətdə məlumatı olmuşdur ki, ev atasının adınadır. Evin onlara qayıtmasını istədiklərini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər X12, X13 və X32 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7 və X24 iştiraklar olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ1916886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ata qrafasında X49, ana qrafasında isə X20 qeyd olunmuşdur. AZ-İİ 311221 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.1999-cu ildə ölmüşdür. Azərbaycan SSR adından Xanlar Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli, 197 nömrəli qətnaməsinin surətindən görünür ki, X31 ilə X35 arasında rəsmi nikahın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Kirovabad şəhər notariat kontorunun 31 05.1983-cü il tarixli 20-180 saylı alqı-satqı müqaviləsinə əsasən Kirovabad şəhəri, Maksim Qorki küçəsi, 2-ci döngə, 6 saylı fərdi yaşayış evi X28, X21, X16, X9, X29 tərəfindən X1. Kirovabad şəhəri Kəpəz rayon X33 İcraiyyə Komitəsinin 04 12 1988-ci il tarixli qərarının 16 nömrəli protokoluna əsasən qanunu inşa edilmiş 20.0 kv.m bir yaşayış otağı, 14.4 kv.m örtülü eyvan, 11.1 kv.m zirzəmidən başqa bu əmlakda müvafiq icazə sənədləri olmadan inşa edilmış 76.2 kv.m yaşayış sahəsi, 40.9 kv.m köməkçi sahə, 31.1 kv.m zirzəmi, 38.0 kv.m çardaq, 13.3 kv.m həyət tikililərinin hüquqverici sənədlərlə təmin edilməsi haqqında rəy təsdiq edilmişdir. 3 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 3-171 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X2. 1 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2ci döngə, 6 olan bu mülk X17 adına keçmişdir və ona xx.xx.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsi itdiyi üçün X25 bu əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili "A"-da 83.6 kv.m üç yaşayış otaqları, 69.7 kv.m köməkçi sahə, 42.2 kv.m zirzəmi, tikili "B"-də 13.3 kv.m hamam, tikili "C"-də 15.0 kv.m mətbəx, "D"də 42.2 kv.m dam, tikili "İ"-də 96.0 kv.m talvar) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşkəsən rayonu, Bayan kəndində X17 istifadəsində 20.4 kvm və 12.0 kvm iki yaşayış otaqları, 23.2 kvm örtülü eyvan, 24.0 kvm açıq eyvan, 34.4 kvm zirzəmidən ibarət fərdi yaşayış evi var. Bu əmlakın arxiv işində olan Bayan kəndi notariat kontorunun 25.06. 1989-cu il tarixli 152 saylı alqı-satqı müqaviləsinə əsasən mülk X41 tərəfindən X3. Göstərilən mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunda 2V-1-178 reyestr nömrə ilə qeydə alınmış notariat işində olan: -AZ 024197 nömrəli ölüm haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X26 xx.xx.2000-ci ildə ölmüşdür. -xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Kirovabad şəhəri, Maksim Qorki küçəsi, 2-ci döngə ünvanında yerləşən 3 yaşayış otağından ibarət 83,6 kv.m olan 6 saylı fərdi yaşayış evi X11 adına qeydə alınmışdır. -X27, X15 və X22 tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ərizələrin surətlərindən görünür ki, anaları X4 miras qalmış Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 nömrəli fərdi yaşayış evindən onlara düşən paylarından ataları X17 xeyrinə imtina etmişdirlər. -Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 2V-1-178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə ölmüş X8 vərəsəsi X35 miras qalmış Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 nömrəli fərdi yaşayış evindən tam hissədə irs almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-252/2023 nömrəli qərarından görünür ki, iddiaçılar X7, X6 və X10 Cavabdehna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiaları Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-171/2022 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 1713/2022 nömrəli qətnaməsinə əsasən iddiaçılar X23, X22 və X30 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1713/2022 nömrəli qətnaməsindən iddiaçılar X23, X22 və X30 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1713/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mirasın açıldığı zaman 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd edilirdi ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. MM-nin 532-ci maddəsində qeyd edilirdi ki, birinci növbə vərəsələr qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. MM-nin 533-cü maddəsində qeyd edilirdi ki, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. MM-nin 73-cü maddəsində qeyd edilirdi ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir . MM-nin 77-ci maddəsində qeyd edilirdi ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. MM-nin 82-ci maddəsində qeyd edilirdi ki, iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. MM-nin 78-ci maddəsində qeyd edilirdi ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş tələb xx.xx.2000-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsidir. Halbuki, qüvvədən düşmüş Mülki Məcəllədə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün 3 illik ümumi müddət (iddia müddəti) müəyyən edilmişdir və tərəflərin bildirməsindən asılı olmayaraq, bu müddəti tətbiq etmək məhkəmənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Çıxarışın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, birinci tələb təmin edildiyi halda əsaslı ola bilərdi. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın (aparılmış qeydin) ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın (aparılmış qeydin) ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar