Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2724/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 13.*2.1973-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun X6 qəyyum təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı 13.*2.1973-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X8 13.*2.1973-cü ildə anadan olmuşdur, atası X3 və anası X2r. X3 *6.*5.2*1*-cu il tarixdə “beyin ödəmi” səbəbindən, X5 isə *3.*3.2*23-cü il tarixdə “beyin ödəmi” səbəbindən ölmüşdür. Bu barədə müvafiq olaraq AZ-İ seriyalı 4*4264 nömrəli və AZ-İİ seriyalı 337289 nömrəli ölüm haqqında şəhadətnamələr verilmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin qardaşıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X1 13.*2.1973-cü ildə anadan olmuşdur, anadangəlmə xəstə olmaqla, xəstəliyinin diaqnozu uşaq serebral iflici, teraplegiya, hiperkinezler, afaziya, şəxsiyyətin itməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu dəfə 18 yaşında 2*.*3.1991-ci ildə təkrar müayinə olunarkən onun sağlamlıq imkanlarının ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə xəstə olmaqla o, müddətsiz olaraq birinci dərəcəli əlil hesab edilmişdir. Qardaşının hazırkı vəziyyəti, yəni ciddi davranış pozuntusu, aqressivliyi onun tək, yəni nəzarətsiz qalmasına imkan vermir. Onun qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məsələyə baxılmasına ehtiyac yaranmışdır. Belə ki, paltarlarını geyinə bilmir, özünü təmiz saxlamır, təbii ehtiyaclarını yerinə yetirmir, tualetə getmədən özünü batırır, bu hərəkətlərinin mənasını, üfunəti başa düşmür, kənar şəxsin köməkliyi olmadan sərbəst yemək qəbul edə bilmir, nitq qüsuruna görə istəyini ifadə edə bilmir, beləliklə o, rəsmi olaraq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bundan başqa qardaşı 1-ci qrup əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü alır. Vaxtaşırı ödəniş kartlarının yenilənməsi və dəyişdirilməsi zərurəti yaranır, bu zaman problemlərlə üzləşirlər. İndiyədək anası qardaşını idarə edərək öhdəsindən gəlsə də, anası bir ildir ki, vəfat edib, qardaşının xəstəliyi də artıb. X1 və ərizəçinin ailəsi (həyat yoldaşı və övladları) bir ünvanda qeydiyyatda olmaqla birgə yaşayırlar, ailə təsərrüfatları birdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi, həmçinin onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçiyə ünvanlanmış 5-1/1-Ə-197-*99/2*23 nömrəli, 19.*5.2*23-cü il tarixli cavab məktubundan görünür ki, Ruslan Əliyevin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının *7.*9.2*24-cü il tarixli, 365 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 13.*2.1973-cü il tarixdə anadan olmuş X8 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir, 13.*2.1973-cü il tarixdə anadan olmuş X8 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, 13.*2.1973-cü il təvəllüdlü X4 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 13.*2.1973-cü il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 317-321, 357, 36* və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 13.*2.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş X8 (FİN: 5AA5622) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2724/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2724/2024
09.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver