Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-273/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı ünvan 3 ilə onun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, H.Z.Tağıyev küçəsi, ev 104 ünvanında yerləşən ara hasarda hasara bitişik Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi, 104 saylı mülk 1979-cu ildən mərhum atası X17 adına olmuş, atası Zahid Zeynalov 14 aprel 2021-ci il tarixdə vəfat etmiş və həmin mülk 21 dekabr 2021-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh ilə onun evinin arası daş hasarla hasarlanmış, hasarın hündürlüyü 2 metr 34 santimentr təşkil edir. Onun evinin giriş hissəsi ilə cavabdehin evinin arasında olan hasar təxminən 3-4 metr təşkil edir. Hasarın arxası, yəni cavabdehin yaşadığı mülkdə hər hansı tikili olmamışdır. Sonradan Cavabdeh hasara bitişik iki mərtəbəli ev inşa etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş həmin ev isə onun evinə və həyətinə düşən günəş işiğının düşməsinin və təbii havalandırmanın qarşısını almışdır. Mərhum atası X21 bununla bağlı Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyəti Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, həmin yerə şöbənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və baxış zamanı 106 saylı mülkün sahibi Cavabdeh tikintisinə başladığı fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləinin 69-cu maddəsinin tələblərini pozmaqla, qonşu həyətə günəş işığının düşməsinin və təbii havalandırmanın qarşısını kəsməsi müəyyən olunmuşdur. Bununla əlaqədar 106 saylı mülkün sahibi Cavabdeh xəbərdarlıq edilmiş və tikinti tərəflərindən dayandırılmışdır. 2021-ci ildə cavabdeh tərəfindən hasara bitişik olan yerdə yenidən tikinti işləri aparılmış və anası X15 bununla bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, həmin iş araşdırılmış və 13 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh hasara bitişik tikinti işləri apararaq evin bir hissəsini tikmiş, bir hissəsi isə çox saylı şikayətlər nətiəsində yarmçıq qalmışdır. O, hesab edir ki, cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililər onun mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa ekspert rəyində də cavabdehin tikinti norma və qaydalarına uyğun olmayaraq tikinti iləri apardığı öz təsdiqini tapmışdır. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təstiq edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun tərəfindən tikilmiş yeni tikililərin sökülməsinə razıdır, lakin digər tikililər bir neçə il bundan əvvəl tikilmişdir, ona görə də həmin tikililərin sökülməsinə razı deyildir. O, yeni tikilinin bir hissəsini artıq sökmüşdür, qalan hissəni isə qısa zaman ərzində sökəcədir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisə predmeti olan tikililərə yerli baxış keçirilmiş, yerli baxış zamanı cavabdeh tərəfindən inşa edilmiş tikililərin həqiqətən ara hasara bitişik, ara məsafəsi saxlamadan tikildiyi və iddiaçının həyətinə günəş işığının və təbii havalandırmanın qarşısını kəsdiyi müəyyən edilmişdir. Həmçinin yerli baxış zamanı cavabdeh yeni tikdiyi tikililəri qısa zamanda sökəcəyini bildirmişdir. İş materiallarında olan: - Gəncə şəhəri İcra hakimiyyəti Tiinti şəhərsalma idarəsinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, H.Z.Tağıyev küçəsi 104 və 106 ünvanlarda yerləşən mülklərə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 106 №li mülkün sahibi Cavabdeh tikintisinə başladığı fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmaqla, qonşu həyətə günəş işığının düşməsinin və təbii ventilyasiyanın qarşısını kəsir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdrarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 və onun uşaqları Mixail, Konstantin, Tiqran və Sergeyin adlarına Kirovabad şəhəri, Myasnikov küçəsi, 108 saylı fərdi yaşayış evinin yerləşdiyi 219.0 kvm torpaq sahəsinə dair xx.xx.1962-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri 2 saylı notariat kontorunun xx.xx.1976-cı il tarixli 3-136 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X2, Ağacanyan Mixai! Vartünoviçin, X3, X11, X12 adlarından X4, X9 və X7 adlarına keçmişdir. 2 saylı notariat kontorunun xx.xx.1976-cı il tarixli 3-203 saylı bağışlama müqaviləsinə əsasən X13 bu mülkdə olan payını X14 və X5 bağışlamışdır. X14 və X5 bu fərdi yaşayış evinə dair xx.xx.1988-ci il tarixli 38 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.1988-ci il tarixli 2-1-83 saylı bağışlama müqaviləsinə əsasən X19 bu mülkdə olan payını X5 bağışlamışdır. X5 bu əmlaka dair xx.xx.1988-ci il tarixli 38 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-5-642 saylı alqısatqı müqaviləsinə əsasən hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi, 106 olan bu fərdi yaşayış evi (tikili “A”-da 35.0 kvm bir yaşayış otağı, 23.2 kvm örtülü eyvan, 4.6 kvm mətbəx, 5.0 kvm tambur, 55.1 kvm y/zirzəmi) Cavabdeh satılmışdır. Alıcıya xx.xx.1989-cu il tarixli 38 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. - 13 dekabr 2021-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, X18 tərəfindən Gəncə şəhəri H.Tağıyev küçəsi ev 104-də yaşayan X6 evinin qarşısında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikili aparması faktında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Kirovabad zona Texniki inventarlaşdırma birosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Kirovabad şəhəri, Miyasnikov küçəsi, bir otaqlı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 527№li sərəncamı ilə ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus mülkdə əlavə inşa ediləcək yaşayış və köməkçi sahələrin müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında tikintisinə icazə verilmiş, Cavabdeh tapşırılmışdır ki, əlavə inşa ediləcək fərdi yaşayış evinin layihəsini Memarlıq tikinti şöbəsi ilə razılaşdırılsın. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.20201-ci il tarixli 2(044)241/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X16, X10 və İddiaçı müştərək qaydada 175 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 04 avqust 20021-ci il tarixli 2(104)-2872/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.20201ci il tarixli 2(044)-241/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cavabdeh öz mülkiyyət hüquqlarını həyata keçirərkən qonşusu, iddiaçının mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən, təbii havanlandırmanın və günəş işığının düşməsinin qarşısını almaqdan çəkinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bundan başqa Cavabdeh ara hasarda bitişik tikililər tikilərkən qoşusu, İddiaçı notarial qaydada təsdiq olunmuş razılıq almamış, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafəsi saxlamamışdır. Halbuki Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. - 69.5.2-1-ci maddəsinə əsasən ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi müəyyən edilir. - 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmçinin məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyindən də müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş ara hasara bitişik tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa olunmamışdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 963/2022 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 10/3497 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri Nizami rayonu X20 küçəsi ev 106-da yaşayan Cavabdeh tərəfindən İddiaçı yaşadığı Gəncə şəhəri Nizami rayonu X20 küçəsi ev 104-dün ara hasarına bitişik inşa edilmiş tikililər Azərbaycan Respubliaksı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Evlərin həyətinə düşən günəş işığının və təbii havalandırmanın qarşısın alınıb-alınmaması məsələsi tikinti ekspertinin səlahiyyətlərindən kənar olduğundan qərardadın bu sualı tədqiqat aparılmamışdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək cavabdehin yaşadığı ünvan 3 ünvanı ilə iddiaçının yaşadığı ünvan 4rasında yerləşən ara hasara bitişik cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yaşadığı ünvan 3 ünvanı ilə İddiaçı yaşadığı ünvan 4rasında yerləşən ara hasara bitişik Cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülsün. İş üzrə ödənilmiş 100 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə tikinti–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(125)-273/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-273/2022
02.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver