Məhkəmə qərarları › İş №2(125)-2745/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2745/2024

23.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2745/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) 3*.*6.2**5-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısınının 18 saylı 19 aprel 2*19-cu il tarixli sərəncamı ilə o, 3*.*6.2**5-ci il təvəllüdlü X8 və 23.*8.2*1*-cu il təvəllüdlü X7 qəyyum təyin edilmişdir. Nəvəsi 3* iyun 2**5-ci il təvəllüdlü X1 Əfqan Eldar oğlu ilə X5 ilə birgə nikahdan anadan olmuşdur. X1* 13.1*.2*14-cü ildə, X5 3*.*7.2*2*-ci ildə vəfat etmişdir. X12 debillik, nitq qüsuru, anamezində febril qıcolma tutmaları diaqnozundan əziyyət çəkir. Nəvəsi öz hərəkətlərini idarə edə bilmir, öz hərəkətlərinin mənasını dərk etmir. Paltarını dəyişə bilmir, geyinə bilmir, çimə bilmir. Doyma hissi yoxdur. Əsəbiləşdikdə evdən qaçır, həddən artıq aqressiv olur. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, 3*.*6.2**5-ci il təvəllüdlü X6 atası X1*, anası X3r. İş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, 14.*5.198*-ci il təvəllüdlü X2 atası X4, anası Ərizəçidır İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin 22.*6.2*24-cü il tarixli 361 saylı rəyindən görünür ki, 3*.*6.2**5-ci il tarixdə anadan olmuş X12 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyindən əziyyət çəkir. 3*.*6.2**5-ci il təvəllüdlü X12 öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. O, bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İş materiallarında olan Gəncə şəhər İcra hakimiyyəti başçısı Aparatının Ərizəçi ünvanladığı 21.*8.2*24-cü il tarixli məktubundan görünür ki, Anar Qurbanovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, A.Qurbanovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 3*.*6.2**5-ci il tarixdə anadan olmuş X6 nənəsi olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 3*.*6.2**5-ci il tarixdə anadan olmuş X12 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 xəstəliyindən əziyyət çəkir. 3*.*6.2**5-ci il təvəllüdlü X12 öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Buna görə də 3*.*6.2**5-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. 3*.*6.2**5-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar