Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2756/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və alimentin artırılması” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində Hüseyngil (Qoşqarova) Ziyafət Zahid qızı və Cavabdeh 30 mart 2021-ci il tarixdə 454 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2023-cü təvəllüdlü X4 doğulmuşdur; Hüseyngil (Qoşqarova) Ziyafət Zahid qızı, Cavabdeh və mediator X5 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, ikinci tərəf Cavabdeh birgə nikahdan doğulmuş övladları xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimenti hər ayın sonunda birinci tərəf İddiaçı ödəyəcəyini öhdəlik götürmüş; birinci tərəf İddiaçı birgə nikahdan doğulmuş övladları xx.xx.2023-cü il təvəllüdlü X3 ikinci tərəf Cavabdeh ilə həftədə bir dəfə iki saat olmaqla ünsiyyətini təmin edəcəyini öhdəlik götürmüşdür; Gəncə Şəhər Məhkəməsinin 2(125)-299/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Qoşqarova (Hüseyngil) Ziyafət Zahid qızı ilə Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə 454 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Gəncə 1 sayli Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə Qoşqarova (Hüseyngil) Ziyafət Zahid qızı arasında imzalanmış MŞG/1/MT007/2024- 01070 saylı barışıq sazişinin alimentin ödənilməsi hissəsində etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 2023-cı il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə minimum əmək haqqının 0,615 misli həddində alimentin və iddianın qaldırılması üçün ödənilmiş 100 manat məhkəmə rüsumunun Cavabdeh tutularaq iddiaçı X6ma ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona hədə qorxu gələrək mediasiyada barışıq sazişi bağlanarkən 100 manat alimentin ödənilməsinə razılıq verməyə məcbur etmişdir. Halbuki, qanunun tələbinə əsasən alimentin məbləği uşaqlar üşün yaşayış minimumunun məbləğinə uyğun olmalıdır. Cavabdeh barışıq sazişinə əsasən müəyyən edilən aliment öhdəliyini dörd ay yerinə yetirdikdən sonra uşağın saxlanılması üçün üzərinə düşən aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Hal-hazırda uşağın bütün qayğısını və ehtiyaclarını özüm çəkmək məcburiyyətindədir. Uşağı saxlamaq və qayğısına qalmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Məhkəmə iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinlərək və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə iddia təmin edilməməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2756/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin artırılması tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Hazırkı iş üzrə iddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini cavabdehin onu mübahisələndirilən sazişi imzalamağa məcburetməsiylə və cavabdehin barışıq sazişini icra etməməsi nəticəsində uşağın saxlanılmasında iddiaçının maddi çətinlik çəkməsiylə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini təsdiqləyən, qanunvericiliyə əsasən əqdin etibarsızlığını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı əqdin etibarsızlığı üçün qeyd edilən əsas - məcburetmə, yəni nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilən hərəkətlər müəyyən olunmur. Belə ki, iddiaçının yaşı və cinsi, həyat şəraiti nəzərə alınmaqla xaraktercə iddiaçıya təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə müəyyən olunmur. Bundan başqa, cavabdehin mübahisələndirilən sazişi icra etməməsi və (ya) iddiaçının uşağın saxlanılmasında maddi çətinlik çəkməsi əqdin etibarsızlığı əsas deyildir. Məhkəmə mülki işin tədqiq edilmiş faktiki hallarına hüquq normalarını tətbiq etməklə hesab edir ki, sübuta yetirilmədiyi üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2756/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2756/2025
24.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver