Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2762/2023 17.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi və müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi və müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh ilə Bakı şəhəri 18 saylı Notariat ofisində aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə tərəfindən verilmiş 10000 (on min) manat məbləğində nağd pulun, aralarında bağlanmış 25 noyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən, həmin pulun verilməsi müqabilində ona ödənilməsi nəzərdə tutulmuş 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsinə və eyni zamanda tərəfindən ödənilmiş məhkəmə üçün 127 (bir yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu, sorğu və iddia ərizəsinin tərtibi üçün 120 (bir yüz iyirmi) manat, pretenziyanın tərtib edilməsi üçün 30 (otuz) manat, ümumilikdə 12277 (on iki min iki yüz yetmiş yeddi) manat məbləğində tərəfindən ödənilmiş pul vəsaitinin Cavabdeh tərəfindən onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, AZEMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan və eyni zamanda iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Salahov X1 şəhəri, N.Gəncəvi prospekti, ev 181 ünvanında qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi və müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması» tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2762/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2762/2023
17.03.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver