Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2800/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş, JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə onunla əsaslandırılmışdır ki, ona Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə onun adı texniki səhv olaraq “Lyudmila” kimi qeyd edilmişdir. Əslində isə onun adı Midvaridir. Lyudmila onun ləqəbi olmuşdur. O, bu səhvin düzəldilməsi ilə aidiyyəti təşkilatlara müraciət etmiş, lakin müraciətləri əsasında şifahi olaraq izah olunub ki, həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasına dair məhkəməyə müraciət edilməlidir. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, onun ləqəbi “Lyudmila” olsa da əsl adı isə Midvaridir. JN-1476A, KOD 50701006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Samux rayonu Aqrar İslahat Komissiyası tərəfindən ona şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adı texniki səhv olaraq “Lyudmila” kimi qeyd edilmişdir. Ona görə də sənədləşmə işlərini apara bilmir və həmin səhvin aradan qaldırılmasını istəyir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - 17 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-H-12-401/2024 nömrəli, Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1960-cı ildə Samux rayonunda anadan olmuşdur. Bu barədə 14 oktyabr 1960-cı il tarixdə Samux rayon qeydiyyat şöbəsində 108 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X6, anası – X3r. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 3-21-3-33/2-11715/2024 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, aparılan araşdırma zamanı əmlaka dair təqdim edilmiş sənədlərdə hüquq sahibinin adı “X4” kimi qeyd olunub, lakin, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi” kimi qeyd olunmuşdur. Vətəndaşın eyni şəxs olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - AZ-İV seriyalı, 915160 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuşdur. Atası – X6, anası – X3r. - JN-1476A, KOD 50701006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Samux rayonu, Nəbiağalı kənd sakini X2 ona görə ki, Samux rayonu, Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş 0,08 hektar torpaq sahəsi mülkiyyətinə verilib. Şəhadətnamə 2 nüsxədən ibarət tərtib edilmiş və 1570 nömrə ilə kitabda qeydə alınmışdır. - Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli, 1578 nömrəli arayışdan görünür ki, Ərizəçi Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixdə, 04 nömrəli qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən Samux rayon Samux şəhərində yerləşən 1476A, kod 50701006 saylı şəhadətnaməyə əsasən, mülkiyyətçilərin adı, soyadı və ata adı qeyd olunan səhifədə 1. Özü: X1 adı texniki səhv olaraq yazılmışdır. Düzgün yazılışı isə aşağıdakı kimidir: 1. Özü: Ərizəçi. - Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 192 nömrəli arayışdan görünür ki, Ərizəçi Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixdə, 04 nömrəli qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-1476A, KOD-50701006 saylı şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı, ata adı qeyd olunan səhifədə 1. Özü – X1 adı texniki səhv olaraq yazılmışdır. Lakin, yuxarıda qeyd olunan rayon Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixdə, 04 nömrəli qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-1476A, KOD-50701006 saylı şəhadətnamədə də, öz əksini tapmış şəxslərin ailə üzvlərinin adı, soyadı və ata adının düzgün yazılışı aşağıdakı kimidir: özü: Ərizəçi. Məhkəmənin müəyyən etdiyi hallar: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, JN-1476A, KOD 50701006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Samux rayonu, Nəbiağalı kənd sakini X2 Samux rayonu, Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0,08 hektar torpaq sahəsinin mülkiyyətinə verildiyi” - qeyd edilmişdir. Halhazırda Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi bu barədə maraqlı şəxsə müraciət etsə də ərizəsi təmin olunmamışdır. Samux rayonu Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1476A, KOD 50701006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı səhvən “Lyudmila” kimi qeyd olunmuş və həmin şəhadətnamədə qeyd olunan “Lyudmila Hüseynova” ilə ərizəçi “Ərizəçi” eyni şəxslərdir. İş materiallarında olan sənədlərin hamısı – JN-1476A, KOD 50701006 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Samux rayonu Aqrar İslahat Komissiyası tərəfindən verilmiş şəhadətnamənin surəti, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışlar ərizəçi tərəfindən onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, Ərizəçi hazırda Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında isə həmin şəhadətnamədə onun adının səhvən “Lyudmila” kimi qeyd olunması və qeyd olunan “Lyudmila Hüseynova” ilə ərizəçi “Ərizəçi” eyni şəxslər olması sübutlarla öz təsdiqini tapmışdır. Ərizəçi əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək səhvin aradan qaldırılmasını bildirsə də ərizəsi təmin olunmamışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə yekun qənaətinə əsasən hesab edir ki, ərizə təmin edilməli, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsümu ərizəçiyə aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-1476A saylı, KOD 50701006 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2800/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2800/2025
22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver