Məhkəmə qərarları › İş №2(125)-2809/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2809/2025

30.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2809/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, iddiaçı Məmmədova (Zeynalova) Nərminə Hidayət qızının, cavabdehin nümayəndəsi X21 iştirakı ilə, Məmmədova (Zeynalova) Nərminə Hidayət qızının «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X33rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədova (Zeynalova) Nərminə Hidayət qızı "xxxx" ASC-nin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən sudan istifadəyə görə əsassız hesablanmış 1.233 manat 26 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı Məmmədova (Zeynalova) Nərminə Hidayət qızı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X52 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədova (Zeynalova) Nərminə Hidayət qızı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən «A» literində olan 14,4 kv/m və 11,1 kv/m yaşayış otaqları paylı mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin əmlak mərhum əri X13 mülkiyyətində olmuş, X30 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra həmin əmlak vərəsəlik hüququ üzrə onun mülkiyyətinə keçmişdir. X30 isə ünvan 1 ünvanında yerləşən «A» literində olan 14,4 kv/m və 11,1 kv/m yaşayış otaqlarını 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Bu zaman həmin mənzilin əvvəlki mülkiyyətçisi X7 adına sudan istifadəyə görə 1.233 manat 26 qəpik məbləğində borc hesablanmışdır. Həmin vaxt evin mülkiyyətçisi X8 onun mərhum əri R.F.Məmmədova bildirmişdir ki, o da həmin mənzili alrkən həmin mənzilə dair sudan istifadəyə görə borc mövcud olmuşdur. Hazırda o, ünvan 1 ünvanında yerləşən mənzildə iki azyaşlı övladı ilə birlikdə yaşayır. Lakin mülkiyyətində olan mənzildə tanımadığı şəxslər qeydiyyatdadır və sudan istifadəyə görə borc adam sayına uyğun olaraq hesablanır. Buna görə də sözügedən mənzilə dair sudan istifadəyə görə 1.233 manat 26 qəpik məbləğində borcun hesablanması əsassızdır. Sonda İddiaçı (Zeynalova) iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X37 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında sudan istifadə olunduğuna görə hesablanmış 1.233 manat 26 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən isifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar, yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödənişlər ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Buna görə də sayğac quraşdırılanadək mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq sudan istifadəyə görə borc hesablanmışdır. Sonda A.C.Rəhimov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Tik “A-da” olan 14,4 kv/m və 11,1 kv/m yaşayış otaqları **********0 qeydiyyat nömrəsinə əsasən paylı mülkiyyət hüququ üzrə X4 xüsusi mülkiyyətindədir İşdə olan AZ-İİ seriyalı 377693 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan **********091 nömrəli abonent kartından görünür ki, ünvan 1 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Gülnaz Musayevaya 2016-cı il tarixdən 1.246 manat 36 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********091 nömrəli abonent kodlu hesab fakturasından görünür ki, ünvan 1 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə X12 1.690 manat 66 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-14897/2025 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında X22 xx.xx.2003-cü il tarixdən halhazıradək, X38 xx.xx.2016-cı il tarixdən hal-hazıradək, X39 xx.xx.2016-cı il tarixdən halhazıradək, X31 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X34 xx.xx.2016-cı il tarixdən halhazıradək, X35 xx.xx.2019-cu il tarixdən hal-hazıradək, X32 xx.xx.2022-ci il tarixdən halhazıradək, X23 xx.xx.2022-ci il tarixdən hal-hazıradək, İddiaçı xx.xx.2024-cü il tarixdən hal-hazıradək, X30 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdədək (vəfat edənədək), X24 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (vəfat edənədək),X16 xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək (vəfat edənədək), X36 xx.xx.2003-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, X25 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X52nin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5546/2025 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 42/5 ünvanında yerləşən 9A saylı mənzil (2 yaşayış otağı, binanın ümumi sahəsi 165 kv.m, mənzilin yaşayış sahəsi 32.0 kv.m) Azərbaycan Dövlət Dəmir yolu Texniki və İnzibati binalarının istismarı müəssisəsinin 9 saylı Gəncə Evlər İdarəsinin 2 nömrəli arayışına əsasən (qeydiyyatda olanlar: X17, X40 və X18) X19 ünvan 2 tarixli, 7E-6-5125 razılıq ərizəsinə və X9 ünvan 2 tarixli, 7E-6-5126 razılıq ərizəsilərinə əsasən X7 adına qeydiyyata alınmışdır və ona 04 sentyabr 2003-cü il tarixli, 22516 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 31 avqust 2015-ci il tarixli, 4Ə-2381 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X6 X26 bağışlanılmış və ona 12 sentyabr 2015-ci il tarixli, **********77-05101-093006 reyestr nömrəli çıxarış verilmişdir. Mənzil 3 yaşayış otaqlı, ümumi sahə 51.0 kv.m-dən ibarət olmuşdur. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 01 iyun 2016-ci il tarixli, 4Ə-1471 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilin 25.5 kv.m hissəsi(14.8 kv.m sahəli yaşayış otağı və 10.7 kv.m sahəli mətbəx) X1 və onlara 04 iyun 2016-cı il tarixli, **********77- 05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunun 11 may 2017-ci il tarixli, 4Ə-175 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 X27 (tikili «A»-da 1 yaşayış otağı, 14.8 kv.m və 10.7 kv.m mətbəx) satılmış və ona 15 may 2017-cı il tarixli, **********77-05101- 093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunun 15 noyabr 2017-ci il tarixli, 4Ə-139 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 X5 (tikili «A»-da 2 yaşayış otağı, 14.4 kv.m və 11.1 kv.m) satılmış və ona 21 noyabr 2017-cı il tarixli, **********77- 05101- 093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunun 26 sentyabr 2020-ci il tarixli, 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X3 X2 və ona 14 oktyabr 2020-cı il tarixli, **********77-05101- 093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun 21 fevral 2024-cü il tarixli, 2V-214 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 vərəsələriX11, X23, X32 təyin olunmuş və onlara (tikili «A»-da 14.4 kv.m və 11.1 kv.m yaşayış otaqlarının 1/3 hissəsi) 05 mart 2024-cü il tarixli, **********77-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 42/5 ünvanında yerləşən 9A nömrəli mənzil ünvan 2 tarixli, 7E-6-5126 razılıq ərizələrinə əsasən X7 adına qeydiyyata alınmışdır və ona 04 sentyabr 2003-cü il tarixli, 22516 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra həmin mənzil üzərində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müxtəlif əməliyyatlar aparılmış və mənzilin mülkiyyətçiləri dəyişmişdir. Lakin sözügedən mənzilə dair sudan istifadəyə görə **********091 nömrəli abonent kodu X7 adına qalmışdır. Həmin mənzil Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunun 26 sentyabr 2020-ci il tarixli, 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 X2 və ona 14 oktyabr 2020-cı il tarixli, **********77-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən «A» literinin əvvəlki mülkiyyətçilərinə su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə 2016-cı il üzrə 868 manat 06 qəpik, 2017-ci il üzrə 167 manat 85 qəpik və 2020-ci il üzrə 702 manat 90 qəpik məbləğində borc hesablanmışdır. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun 21 fevral 2024-cü il tarixli, 2V-214 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən X13 vərəsələri X11, X23, X32 təyin olunmuş və onlara (tikili «A»da 14.4 kv.m və 11.1 kv.m yaşayış otaqlarının 1/3 hissəsi) 05 mart 2024-cü il tarixli, **********77-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Məmmədova (Zeynalova) Nərminə Hidayət qızının «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X33rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən «A» literində olan 14,4 kv/m və 11,1 kv/m yaşayış otaqları paylı mülkiyyət hüququ üzrə əldə edərkən, su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əvvəlki mülkiyyətçinin 1.233 manat 26 qəpik məbləğində borcu olmuş və həmin əmlak qeyd olunan borcla yüklü şəkildə yeni mülkiyyətçinin mülkiyyətinə keçmişdir. Həmin halı İddiaçı və ondan əvvəlki mülkiyyətçilər bilmiş, lakin «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X33rşı borcun əsassız hesablanması tələbinə dair iddia qaldırmamışlar. İddiaçı xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında qeyd olunan xüsusatı təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, Məmmədova (Zeynalova) Nərminə Hidayət qızının «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X33rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Məmmədova (Zeynalova) Nərminə Hidayət qızının «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X33rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar