Məhkəmə qərarları › İş №2(125)-284/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-284/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-284/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2ş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin, evə dair Cavabdeh1 verilmiş 25 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam olaraq onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nənəsi X2 adına olmuşdur. X4 29 avqust 1975-ci ildə vəfat etmişdir. X3 nənəsindən əvvəl, 27 iyun 1968-ci ildə vəfat etmişdir. Atasının övladlarından yalnız o, uzun illər ərzində sözügedən mülkdə yaşamaqla təsərrüfatı idarə etmişdir. Digər qardaşbacıları isə daimi yaşamaq üçün köçüb Bakı şəhərinə getmişlər və hazırda da orada yaşayırlar. Yəni nənəsindən qalmış mirası yalnız faktiki olaraq o qəbul etmiş və bu günkü gündə də yalnız öz ailəsi ilə birlikdə həmin mülkdə o yaşayır. Lakin sonradan cavabdehlər sözügedən fərdi yaşayış evində pasport qeydiyyatında olmalarına baxmayaraq, onun xəbəri olmadan ünvan 2ş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak hər birinin adına keçmişdir. Daha sonra isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar. Həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verilmişdir. Belə ki, üstündən uzun illər keçməsinə baxmayaraq (40 ildən artıq) cavabdehlər nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə vermişlər, nə də əmlakı faktiki idarə etməmişlər. Ötən illərdən hal- hazıradək yalnız o, öz ailəsi ilə birlikdə bu mülkdə yaşayaraq mirası faktiki idarə etmişdir. Həmçinin, bağışlanma zamanı evdə pasport qeydiyyatında olanların razılığının tələb olunmasına baxmayaraq, belə bir razılıq alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğün çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi eyni zamanda Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun doğma qardaşıdır. Belə ki, iddiaçı ilə aralarında olan hazırki mübahisə ilə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. İddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında bağlanmış bağışlanma müqaviləsi bütün instansiya məhkəmələri tərəfindən araşdırılaraq qanuni hesab edilmşdir. Bağışlanma müqaviləsi isə qanuni əsaslarla vərəsələrə çatan payın öz iradələrinə uğun olaraq bağışlanması olmuşdur. Hesab edir ki, iddiaçı əsassız olaraq süründürüməçiliyə yol vermək məqsədi ilə hazırki iddia tələbini irəli sürmüşdür. İddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh3 və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişldirlər. Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, 113 saylı fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun xx.xx.1939-cu il tarixli 406063 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 2V-41 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı adlarına keçmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli 3M-168 saylı miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 mülkdə olan paylarını Cavabdeh1 bağışlamışdırlar. Bu fərdi yaşayış evinə Cavabdeh1 3/4 pay olmaqla adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və İddiaçı 1/4 pay olmaqla adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və İddiaçı miras qalmış ünvan 4 ünvanında yerləşən əmlakdan hər biri 1/4 hissədə irs almışdır. Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən təsdiq olunmuş 15. 04.2017ci il tarixli, 3M-168 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən əmlakdan olan miras paylarını Cavabdeh1 bağışlamışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Tofiq oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraçiət etmiş, sonradan iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək miras əmlakın qəbul edilmə müddətinin uzadılması, Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı evə dair 9 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onun tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi barədə qətnamə çıxaprılmasını xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2310/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsindən İddiaçı Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1447/2022 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2310/2020 nömrəli qətnaməsindən İddiaçı Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2310/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlı olub-olmamasına məhkəmədə baxılaraq mahiyyəti üzrə qiymət verilmişdir. Bu baxınmdan məhkəmə qeyd edir ki, əvvəlki tələbdən fərqli olaraq qeyd olunun şəhadətnamənin ləğv olunması üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı qeyd olunan şəhadətnaməyə əsaslanan bağışlanma müqaviləsinin və rəsmi reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlərin bağladığı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əsas müəyyən olunmadığından, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə də iddia tələbi təmin edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda şərh olunanlara əsasən və hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnu tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar