Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2850/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh İri Şəhərlərin X6 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən su sərfiyyatı üçün hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 'İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli hesab fakturanın ləğv edilməsi və hesablanmış 969,40 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözü gedən fərdi yaşayış evinin mülkiyyət sahibliyi ona xx.xx.2024-cü il tarixdə keçmişdir. Evdə işlətdiyi suya görə xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat və 12.11,2024-cü il tarixdə 20 manat, ümumilikdə 60 manat 2024-cü il üzrə ödəniş etmişdir. Sonradan, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsinin 11,03.2025-ci il tarixli qəbzi təqdim ediləndə qəbzdə onun su üçün olan borcunun 969 manat 40 qəpik olduğunu gördü. Bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsindən bu məsələ ilə bağlı rəsmi sənəd istəsədə, ona sənədin verilməsində imtina etdilər və sizin 969,40 manat məbləğində borcları olduğunu bildiriblər.“İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsinin əməkdaşları özlərinə sərf edəcək qaydada riyazi düstur qurub, onun adına 969,40 manat cərimə borcu hesablanaraq, istifadə etdiyi ünvan 1 ünvanda yerləşən evində istifadəsində olan, mərhum atası X2 (**********000 abonent kodu) üzərinə yazmışlar. Su borcunun onun ilə heç bir əlaqəsi yoxdur. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsinin əməkdaşları onun evinə heç bir zaman yoxlama aparmamışlar. Su idarəsində yazılan borca görə narazılığını bildirəndə, ona “Siz az miqdarda su işlətmisiniz, bu səbəbdə sizə o qədər borc yazılmışdır” demişlər. O iddiaçı olaraq 11 mart 2025-ci il tarixdən adına olan borcun əsassız olduğuna görə qəbul etmir. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsinin əməkdaşları tərəfindən yazılmış hesab faktura saxtadır, saxta hesab faktura əsasında yazılmış borc sayğacın üzərindən silinməlidir.Odur ki, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunuda izahat vermiş və sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh İri Şəhərlərin X6 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X5 iştirak etmiş və iddiaya etiraz edərək, izahatında iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evində istifadə edilmiş suya görə deyil, qonşu ünvan 3 ünvanda yerləşən evdə istifadə edilmiş suya görə və düzgün hesablandığını bildirmişdir. Sonda nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1,Yeni qaydalarda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz əmlakın Dövlət reyestrində mülk kimi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan, abonent kartından və “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsinin 11 mart 2025-ci il tarixli hesab fakturasından görünür ki, ünvan 5 ünvanında abonent X1 istifadəyə görə 965,8 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus ünvan 1,Yeni qaydalarda ünvan 4 ünvanına 969,40 manat su pulunun əsassız hesablandığını qeyd etsə də, işin faktiki halı kimi təsdiq olunur ki, silinməli olduğu iddia edilən borc ünvan 5 ünvanında abonent X1 istifadəyə görə hesablanmış borcur. Həm iddiaçı, həm də cavabdehin nümayəndəsi izahatlarında həmin məbləğdə borcun ödənilməsinin iddiaçıdan tələb edilmədiyini bildirmişlər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış sübutları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, silinməli olduğu iddia edilən borc iddiaçının mülkiyyətində olan, ünvan 1,Yeni qaydalarda ünvan 4 ünvanı üçün hesablanmamış və həmin məbləğdə borcun ödənilməsi iddiaçıdan tələb edilmir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, iddiaçı özünün mülkiyyətində olmayan evdə sudan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir və iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İddiaçı, onun mülkiyyətində olan, ünvan 1,Yeni qaydalarda ünvan 4 ünvanına hesablanmış 969,40 manat su pulunun silinməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2850/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2850/2025
15.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver