Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2856/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli “Qeydiyyat vəsiqəsi”nin Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri, Sadıllı qəsəbəsi, İsmayıl Talıblı küçəsi, 90 nömrəli ev Ərizəçi xüsusi mülkiyyətindədir. Həmin evə xüsusi mülkiyyət hüququ Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 22917 nömrəli “Qeydiyyat vəsiqəsi” ilə müəyyən olunur. Ərizəçi evini Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istərkən “Qeydiyyat vəsiqəsi”ndə soyadı “Şaxəliyev” kimi yazıldığından xahişinə imtina verilib. Ərizəçi bildirir ki, “Qeydiyyat vəsiqəsi”ndə soyadı rus dilində yazılmış, yəni “h” hərfi “x” kimi yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində ona yazılı və şifahi qaydada bildirilmişdir ki, “Şaxəliyev” və “Şahəliyev” soyadlarının eyni cür qəbul edilməsi üçün mütləq məhkəmə qərarı olmalıdır. Bu səbəbdən Ərizəçi qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Qarakilsə rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AC639732 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi Ərizəçi BC kateqoriyası üzrə verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi atası X4, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərdə hüquq sahibinin soyadında uyğunsuzluğun olduğu, belə ki, “Qeydiyyat vəsiqəsi”ndə soyadı rus dilində yazılmış, yəni “h” hərfi “x” kimi yazılmışdır və eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Kəpəz rayonu, Talıblı küçəsində yerləşən 90 nömrəli ev X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin soyadı ona məxsus bütün sənədlərdə “Şahalıyev” kimi göstərilsə də, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsində ərizəçinin soyadı “Şaxəliyev” kimi qeyd edilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sənədləri öz adına rəsmiləşdirməsi üçün tələb olunur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə göstərilən “X5”, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, sürücülük vəsiqəsinin surətləri ərizəçi tərəfdən məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22917 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2856/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2856/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver