Məhkəmə qərarları › İş №2(125)-287/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-287/2025

02.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-287/2025 02.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X5 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X5 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı xx.xx.1999-cu il təvəllüdlü X3 uzun müddətdir ki, “doğuş travmasının qalıq əlamətləri, Ensefalopatiya, norta dərəcəli əqli gerilik, Anadangəlmə lal-karlıq” xəstəliyindən əziyyət çəkir. Ona bu xəstəliklərinə görə üçüncü dərəcəli əlillik verilmişdir. İsgəndərova Sevda xəstəliyi nəticəsində öz hərəkətini idarə edə bilmir, fikirlərini çətinliklə başa salır, demək olar ki, danışmağı bacarmır. O, kənar şəxsin köməyi olmadan həyat üçün vacib olan hərəkətləri yerinə yetirə bilmir. Ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. Qızı Sevdanın hərəkətlərinə daim nəzarət olunması üçün onun üzərində qəyyum təyin edilməsinə ehtiyac vardır. O, müstəqil olaraq öz hüquq və vəzifələrini yerinə yetirə bilmir. Buna görə Gəncə şəhər İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Lakin oradan verilən cavabda bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, Sevdanın üzərində qəyyum təyin edilməsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X5 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-T seriyalı, 001134 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 fevral 1999-cu il tarixdə doğulmuşdur. Atası – X4, anası – Ərizəçidır. Maraqlı şəxs 12 avqust 2024-cü il tarixli, 5-1/2-Q-24-231/2024 nömrəli məktubunda Ərizəçi Nürəddin qızına bildirilmişdir ki, Sevda İsgəndərovanın psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, Sevda İsgəndərovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-817/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Stasionar Şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Stasionar Şöbəsinin xx.xx.2025-ci il tarixli, 83 saylı stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 orta dərəcəli əqli gerilik müəyyən edilir. S.H.İsgəndərovada müəyyən edilən bu xəstəlik anadangəlmə psixi xəstəlikdir. X3 psixi vəsiyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. Buna görə S.H.İsgəndərova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızı olan X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 02 iyul 2025-ci il tarixli, 83 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, X2 orta dərəcəli əqli gerilik müəyyən edilir. S.H.İsgəndərovada müəyyən edilən bu xəstəlik anadangəlmə psixi xəstəlikdir. X3 psixi vəsiyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. Buna görə S.H.İsgəndərova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X3 Ərizəçi qızıdır. Odur ki, Ərizəçi - qızı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar