Məhkəmə qərarları › İş №2(125)-289/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-289/2024

14.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-289/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, övladı 24.*8.1978-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətl olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Kommisiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin ərizəçi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 4*5696 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X2 31 mart 2*24-cü il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” səbəbindən ölmüşdür. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X2 31 mart 2*24-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.*.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. MPM-in 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1—261.*.3 və 261.*.6—261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə işin materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilən şəxs öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 17*, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar