Məhkəmə qərarları › İş №2(125)-2930/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2930/2023

10.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2930/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X13 və Himayəçilik Komissiyası) – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X13 və Himayəçilik Komissiyası) – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.*6.1993-cü ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Daşkəsən rayonu, Çıraqlı kəndində anadan olmuşdur. xx.xx.1995-ci ildə Daşkəsən rayon sakini X14 ilə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. Onların birgə ər-arvadlıq münasibətlərindən Bənövşə adlı bir qız övladları doğulmuşdur. O, Qüdrət Məmmədovun ikinci həyat yoldaşıdır. Qüdrət Məmmədovun birinci həyat yoldaşı, mərhum X8 olmuş, onların birgə nikahlarından iki övladları - 14.*6.1993-cü il təvəllüdlü X11 və 19.*6.1994-cü il təvəllüdlü X12 doğulmuşdur. Nazilə Məmmədova övladı Nazilə Cəmilovanı dünyaya gətirərkən xəstəxanada doğuş zamanı ölmüşdür. Uşaqlar körpə olduğundan və ana qayğısı lazım gəldiyindən Qüdrət Məmmədov onunla el adəti üzrə ailə qurmuş və rəsmi nikaha daxil olmuşlar. Hər iki uşaq onun qayğısı ilə böyümüş və onu anaları kimi tanımışlar. X17 anadangəlmə xəstə olmuş, kənar şəxsin köməyinə ehtiyacı olmuşdur. O, Mürsələ qulluq və qayğı göstərmişdir. Hər cür tələbatı onun tərəfindən ödənilmişdir. Həyat yoldaşı Qüdrət Məmmədov 14.12.2*2*-ci ildə vəfat etmişdir. Onun dəfnini bir həyat yoldaşı kimi o, təşkil etmişdir. Həyat yoldaşının vəfatından sonra da onun birinci həyat yoldaşından doğulmuş övladlarına baxmaqda davam etmişdir. X25 hazırda ailəlidir, onlar ilə birlikdə yaşamır. X23 bu günə kimi o, baxmış və baxmaqda davam edir. O, anadangəlmə əqli cəhətdən qüsurlu olmaqla, qıcolma və s. xəstəliklərdən əziyyət çəkir. Dövlət tərəfindən İİ qrup əlil kimi pensiya alır. Mürsəl Məmmədova ondan başqa baxan olmadığından, Mürsələ qulluq və qayğı göstərməsi ilə bağlı işləyə bilmir. Maddi cəhətdən çətinliklərlə üz-üzə qalır. Yaxınlarının köməyi ilə yaşayır. Heç bir yerdən evinə qazanc daxil olmur. Mürsələ ondan başqa baxan yoxdur, bu səbəbdən də fəaliyyət qabiliyyəti olmayan hesab edilib, onun qəyyumluğuna verilməsini istəyir. Ona sosial yardım da verilmir ki, xəstənin qəyyumu deyilsən, sosial yardım o, halda verilə bilər. Bununla bağlı o, rəsmi qaydada Gəncə Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına rəsmi qaydada müraciət etmiş, bundan imtina edilmiş və ona izah olunmuşdur ki, bu barədə məhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Bütün yaxınlar o, cümlədən də qonşular, Mürsəl Məmmədova onun qulluq və qayğı göstərməsini məhkəmədə təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X13 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 622*966 nömrəli, 13 mart 2*23-cü il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi, 29.*9.1999-cu il təvəllüdlü X6, 14.*6.1993-cü il təvəllüdlü X11 və 19.*6.1994-cü il təvəllüdlü X2 şəhəri, 1-ci mikrorayon, ev 3, mənzil 78 ünvanında qeydiyyatdadırlar. XVİ-ЖГ seriyalı, 439455 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 14 iyun 1993-cü il tarixdə doğulmuşdur. Atası – X14, anası – X4r. Vİ-ЖГ seriyalı, 441337 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə Ərizəçi arasında nikah 28 noyabr 1995-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 noyabr 1995-ci il tarixdə 663 nömrə ilə qeyd edilmişdir. İİ-ЖГ seriyalı, 459216 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 19 iyun 1994-cü il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 11*876 nömrəli, 16 dekabr 2*2*-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 12 dekabr 2*2*-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 dekabr 2*2*-ci il tarixdə 987 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi durğunluq ürək çatmamazlığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışın surətindən görünür ki, X11 İİ dərəcəli əlildir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, nitq qüsuru, psixopatabənzər davranış, qıcolma, tutmaları ilə (ayda 6-8 dəfə), gecə enurezi. İQ 42. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi mənşəli şəxsiyyət pozğunluğu qıcolma tutmaları ilə (ayda 6-8 dəfə), nitq artikulyasiyasının spesifik pozğunluğu, nitq artikulyasiyasının spesifik pozğunluğu nitq qüsuru, qeyri-üzvi mənşəli enurez, qeyri-üzvi mənşəli gecə enurezi diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 25 saylı Tibbi Sosial Ekspert Komissiyasına dair arayışın surətindən görünür ki, X1 İİ dərəcəli əlildir. Orta dərəcəli əqli gerilik, orta debillik dərəcəsində oliqifreniya, nitqində qüsur, psixopatobənzər davranış, qıcolma sindromu, qıcolma və spazm, orta debillik dərəcəsində oliqifreniya, nitqində qüsur, psixopatabənzər davranış, qıcolma sindromu, yanaşı xəstəliklər, F8*.9, dil və nitq inkişafının dəqiqləşdirilməmiş pozuntuları, orta debillik dərəcəsində oliqifreniya, nitqində qüsur, psixopatabənzər davranış, qıcolma sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının *7 mart 2*23-cü il tarixli, 5-1/1-İ-48-*99/2*23 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, oğlu yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 X19 Şöbəsinin 18 may 2*23-cü il tarixli, 3*2 saylı məhkəmə psixiatriya ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs – X5 hal-hazırda yüngül dərəcəli, kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş *1.*7.2*21-ci il tarixli şəhadətləndirilmə aktı), anemnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (bələdliyin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillik aşkar edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını qismən düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) kobud səhvlər etməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələri səthi olması, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyərək onları izah edə bilməməsi, adi məişət problemlərini həll etmək qabiliyyətində olsa da kənar şəxsin nəzarətinə ehtiyacı olması, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=52 % və s.) X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. X3 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi mərhum həyat yoldaşı X9 birinci nikahından olan oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 18 may 2*23-cü il tarixli, 3*2 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, X5 hal-hazırda yüngül dərəcəli, kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7*.1 müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X11 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X11 Ərizəçi mərhum həyat yoldaşı X9 birinci nikahından olan oğludur. Ərizəçinin həyat yoldaşı X14 və onun birinci həyat yoldaşı X8 vəfat etdiyindən və X7 ərizəçidən başqa qulluq edən, qayğı göstərən yaxın qohumu olmadığından Ərizəçi X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti mövcud ərizə ilə məhkəməyə müraciət etməyib, əksinə Ərizəçi bu barədə məhkəməyə müraciət etməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*5-3*6, 317-322 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14.*6.1993-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar