Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2958/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X3rşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" X3rşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, M.S.ünvan 1 ünvanına qanunsuz hesablanmış 1262.07 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, M.S.ünvan 2 saylı ev onun mülkiyyətindədir. Həmin ev onun mülkiyyətimdə olsa da, lakin həmin evdə 10 ildən artıq müddətdir ki yaşayış olmamış, bir neçə ay bundan əvvəl həmin evdə yaşamağa başlamışdır. Həyətdə iki ədəd ev var. Evin ½ hissəsinin mülkiyyətçisi o, digər ½ hissəsinin mülkiyyətçisi əmisi X4r. Hər birinin ayrıcı qaz, işıq sayğacı və su xətti vardır. Evdə yaşamağa başladıqda onlara cavabdeh orqandan xəbərdarlıq gəlmiş və bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə onların su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 1262,07 manat ödənilməmiş borcu yaranmışdır. Hazırda cavabdeh ondan istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir. Cavabdehin ona qarşı bu tələblə çıxış etməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı, ½ hissədə X2 adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhəri, M.S.ünvan 2 ünvanı üzrə abonent kartından görünür ki, xx.xx.2005-ci il tarixli müqavilə üzrə həmin mənzilin abonent hesabına 2011-cı il üçün illik qalıq borc 364.92 manat; 2012-cı il üçün illik qalıq borc 65.60 manat; 2013-cı il üçün illik qalıq borc 59.80 manat; 2014-cı il üçün illik qalıq borc 64.80 manat; 2015-cı il üçün illik qalıq borc 64.80 manat; 2016-cı il üçün illik qalıq borc 401.05 manat; 2017-ci il üçün illik qalıq borc 83.7 manat; 2018-ci il üçün illik qalıq borc 83.25 manat; 2019-cu il üçün illik qalıq borc 83.25 manat; 2020-ci il üçün illik qalıq borc 87.75 manat; 2021-ci il üçün illik qalıq borc 152.27 manat; 2022-ci il üçün illik qalıq borc 154.8 manat; 2023-cü il üçün illik qalıq borc 162.9 manat; 2024-cü il üçün iyun ayınadək qalıq borc 67.5 manat borc hesablanmışdır. İş materiallarında olan ünvan 3 ünvanı üzrə elektrik enerjisi sərfiyyatına dair İddiaçı adına olan çıxarışdan görünür ki, həmin ünvanda 2012-ci ilin oktyabr ayından 2013-cü ilin may ayınadək, 2014-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək 2019-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək elektrik enerjisi sərfiyyatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Seymur qardaşı oğludur, münasibətləri yaxşıdır. O, hazırda 2017-ci ildən Bakı şəhərində yaşayır, arada gedib-gəlir. Seymur təxminən bir ildir Gəncə şəhəri, M.S.ünvan 2 ünvanında yaşayır. Bundan əvvəl o, qaynatasıgildə yaşayırdı. Həmin ev əvvəl qardaşı ilə Rəsulun olmuşdur. Qardaşı rəhmətə gedəndən sonra onun payı Seymurun adına keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 30 yanvar 2021-ci il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,60 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,30 manat müəyyən edilmişdir. Həmin qərar 01 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Hazırkı mülki iş üzrə iddiaçı Gəncə şəhəri, M.S.ünvan 1 ünvanı üzrə u təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 1262.07 manat borcu əsassız hesab edərək silinməsini xahiş etmiş və tələbini həmin ünvanda 10 ildən artıq müddətdə yaşayış olmaması ilə əsaslandırmışdır. Həmin ünvanda 2012-ci ilin oktyabr ayından 2013-cü ilin may ayınadək, 2014-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək, 2019-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək elektrik enerjisi sərfiyyatı olmadığı, dolayısıyla həmin dövrlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Həmin dövr üzrə sözügedən ünvanda yaşayış olması müəyyən edilmədiyi üçün həmin dövr üçün iddiaçıdan ödənişin tələb edilməsi düzgün deyildir, belə ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsidir. Belə olan halda, su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə 2012-ci ilin oktyabr ayından 2013-cü ilin may ayınadək hesablanmış 37.8 manat, 2014-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək hesablanmış 32.4 manat, 2019-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 545.57 (83.25+87.75+152.27+154.8+67.5=545.57) borc məbləğləri silinməlidir. Bundan başqa, 2016-cı il üzrə 3 nəfər üçün hesabat aparılmaqla illik 401.05 manat borc hesablansa da, 01 yanvar 2016-cı il tarixdən 15 may 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə 3 nəfər üçün hesabat aparılmaqla illik 24.3 manat borc, 16 may 2016 – 31 dekabr 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə 3 nəfər üçün 50.64 manat borc, illik cəmi 74.94 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 326.11 manat borc silinməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçıya hesablanmış (37.8+32.4+326.11+83.25+87.75+152.27+154.8+67.5=941.88) cəmi 941.88 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X11 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, M.S.ünvan 2 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı adına xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilədək hesablanmış borcun 941 (doqquz yüz qırx bir) manat 88 (səksən səkkiz) qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2958/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2958/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver