Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2960/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X36 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İlk İddiaçı hüquqi varisi X5 (sonuncu prosesə gəlməmişdir), Cavabdeh7, Cavabdeh4, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə və üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı hüquqi varisi X5 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 Elburus qızı, X20, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakın faktiki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınmasına ilk iddia və qarşılıqlı iddia üzrə Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh7, X20, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı miras mülkə vərəsə tanınmaqla və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 1999-cu il tarixdə vəfat etmiş atası X7 adına olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0,36 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsində yerləşən 42.8 kv.mdən ibarət olan fərdi yaşayış evi, eyni saylı qərarı ilə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun tərəfindən miras əmlakın faktiki qəbulu, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli, 01 saylı qərarı ilə 0.36 ha həyətyanı torpaq sahəsi, eyni saylı qərarla 0.09 ha həyətyanı torpaq sahəsi, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. Qeyd etmişdir ki, 0.36 ha olan torpaq sahəsinin üzərində 42.8 kv.m ölçüdə fərdi yaşayış evi inşa edilmişdir. X18 onun atasıdır. X41 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Anası Cavabdeh2 İsgəndər qızı xx.xx.1983-cü ildə vəfat etmişdir. Atası və anası vəfat edən günədək yuxarıda qeyd edilən əmlaklardan birgə istifadə etmişlər. O və ailə üzvləri həmin fərdi yaşayış evində yaşamışlar. Anası vəfat etdikdən sonra atasına o, qulluq etmişdir. Atasının və anasının dəfn olunması və dəfnlə bağlı bütün xərclərini o, ödəmişdir. Bunu bütün qohumlar, qonşular və qardaşı təsdiq edə bilər. Onun vəfatından sonra qeyd olunan əmlaklarla bağlı bütün hərəkətləri o, həyata keçirmiş və miras mülkləri faktiki o, qəbul etmişdir. Qeyd etmişdir ki, qardaşı X29 xx.xx.2015-ci il tarixdə, bacısı X26 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh7, X20, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı miras mülkə vərəsə tanınmaqla və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babaları X6 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0.36 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsində yerləşən 42.8 kv.m-dən ibarət fərdi yaşayış evinə, həmçinin Daşkəsən rayon X14 eyni saylı qərarı ilə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə və həmin komissiyanın 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə vərəsə tanınmaqla, həmin miras mülklərə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, babaları X18 xx.xx.1999-cu ildə, nənələri Cavabdeh2 İsgəndər qızı isə xx.xx.1983-cü ildə vəfat etmişdir. Onların birgə evliliklərindən İddiaçı, X26 və atamsı X24r. X34 25 fevral 2015-ci il tarixdə, bibisi Gülayə Kərimova isə 26 noyabr 2012-ci ildə vəfat etmişdir və hazırki iş üzrə digər cavabdehlər olan Elnara, Qorxmaz, Aytəkin və Cavabdeh4 mərhum bibisi Gülayə Kərimovanın övladlarıdır. Nəzərinizə çatdırıram ki, babam X18 xx.xx.1999-cu ildə vəfat etdikdən sonra X34 babalarından qalan miras əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmiş, X18 və Cavabdeh2 İsgəndər qızının dəfn olunmasını və dəfnlə bağlı xərcləri ödəmişdir. Məhkəmədə X21 üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişdir. Mülki iş məhkəmənin icraatında olduğu zaman-15 may 2024-cü il tarixdə İddiaçı ölmüşdür. Bundan sonra İddiaçı hüquqi varisi X15 işdə iştiraka cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı hüquqi varisi X15 iştirak etmiş, ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinə etiraz etməmiş, ilk iddianın qismən təmin edilməsini, X1 qalmış miras əmlakdan ölənin bütün övladlarının bərabər-yəni 1/5 paylarını paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. X15 məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh7 iştirak etmiş, iddianın qismən təmin edilməsini, mərhum atası X6 qalmış miras əmlakdan ölənin bütün övladlarının bərabər-yəni 1/5 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında X21 ştirak etmiş, iddianın qismən təmin edilməsini, mərhum atası X6 qalmış miras əmlakdan ölənin bütün övladlarının bərabər-yəni 1/5 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X1 qalmış miras əmlakdan ölənin bütün övladlarının bərabər-yəni 1/5 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında X19 vərəsəsi Cavabdeh4 iştirak etmiş, mərhum babası X6 qalmış miras əmlakdan ölənin bütün övladlarının bərabər-yəni 1/5 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin və nümayəndə olan vəkil Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Daşkəsən rayonu Xoşbulaq kənd sakini X10 0.36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441B KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X10 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X10 0.36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-242 kod 50605028 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X7 mülkiyyətinə 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarından müəyyən edilir ki, mərhum X18 ilə mərhum X4 birgə nikahından onların xx.xx.1949-cu ildə X29, 05 avqust 1953-cü ildə Allahverdiyeva (Kərimova) Gülayə Əli qızı və 02.09. 1958-ci ildə Allahverdiyeva (Ələsgərova) Sahibə Əli qızı, xx.xx.1960-cı il tarixdə Cavabdeh7 və xx.xx.1962-ci il tarixdə İddiaçı adlarında 5 övlarları anadan olmuşdur. X11 xx.xx.1983-cü ildə, X18 isə xx.xx.1999-cu ildə ölmüşdür. Onların övladları- X29 xx.xx.2015-ci ildə, X26 xx.xx.2012-ci ildə ölmüşlər. İlk İddiaçı isə hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh4 xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X8, anası X22r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, X20 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X8, anası X22r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh5 xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X8, anası X22r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh3 xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X8, anası X22r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X13, anası X16r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X13, anası X16r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakdan payın müəyyən edilməsi və miras payı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin vərəsəlik hüququ ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. İş üzrə vərəsəlik X7 ölümü ilə xx.xx.1999-cu ildə açıldığından mübahisəli münasibətlərə 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Bundan başqa, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə ilk növbədə mirasın kütləsi ilə bağlı qeyd edir ki, X2 mülkiyyətinə Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində 0,36 ha həyətyanı torpaq sahəsi, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441B KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi və Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İlk və qarşılıqlı iddia ərizələrində X1 Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin də miras qaldığı iddia edilsə də, iş materiallarından Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin mülk kimi DƏDRX-də X7 adına qeydə alınması müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar X1 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahələri üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi hissədə əsaslı olsa da, fərdi yaşayış evinin üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi hissədə əsaslı deyildir. Məhkəmə qeyd edir ki, baxılan işdə araşdırmalar nəticəsində vərəsələr arasında miras əmlakda payların müəyyən edilməsi ilə bağlı mübahisənin olmadığı müəyyən edilmiş, hər bir vərəsə (həmçinin ölmüş vərəsələrin övladları) miras əmlakda hər bir vərəsənin bərabər payının müəyyən edilməsinə razı olduqlarını bildirmişlər. Beləliklə, hazırki vəziyyətdə X1 qalmış mirasdan pay almaq hüququ olan vərəsələrin sırasına ölənin sağ qalmış vərəsələri Cavabdeh7 və X21, bundan başqa, ölənin ölmüş övladlarının qanun üzrə vərəsələri; mərhum İddiaçı vərəsəsi X15, mərhum X23 vərəsələri Cavabdeh1 və Cavabdeh2 və mərhum X19 vərəsələri X20, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aiddir. X1 qalmış miras onun vərəsələri arasında bərabər bölüşdürüldükdə hər bir vərəsəyə miras əmlakın1/5 hissəsi qədər pay düşür. X2 ölmüş övladlarının hər birinə çatası 1/5 pay da sonuncuların vərəsələri arasında bərabər paylarla bölünməlidir. Nəticə etibarı ilə X1 qalmış miras əmlakın 4/20 hissəsi üzərində Cavabdeh7, 4/20 hissəsi üzərində X9, 4/20 hissəsi üzərində mərhum İddiaçı vərəsəsi X5, 2/20 hissəsi üzərində Cavabdeh1, 2/20 hissəsi üzərində Cavabdeh2, 1/20 hissəsi üzərində X12, 1/20 hissəsi üzərində Cavabdeh3, 1/20 hissəsi üzərində Cavabdeh4 və 1/20 hissəsi üzərində Cavabdeh5 payları müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddia qismən təmin edilsin. X1 miras qalmış Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN- 441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində 0,36 ha həyətyanı torpaq sahəsi, Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441B KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi və Daşkəsən rayon X14 xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN-441A KOD 50605028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın 4/20 hissəsi üzərində Cavabdeh7, 4/20 hissəsi üzərində X9, 4/20 hissəsi üzərində X5, 2/20 hissəsi üzərində Cavabdeh1, 2/20 hissəsi üzərində Cavabdeh2, 1/20 hissəsi üzərində X12, 1/20 hissəsi üzərində Cavabdeh3, 1/20 hissəsi üzərində Cavabdeh4 və 1/20 hissəsi üzərində Cavabdeh5 vərəsə payları müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2960/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2960/2024
24.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver