Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2964/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilə dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 691 manat 20 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Sözügedən mənzil «Gəncə Sukanal» TSC tərəfindən içməli su ilə təmin edilir və tullantı suların fasiləsiz qəbulunu həyata keçirir. İddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzildə xx.xx.2011-ci il tarixdən 2016-ci ilin mart ayına qədər yaşayış olmamışdır. Bununla əlaqədar da həmin dövr ərzində heç bir kommunal xidmətlərdən istifadə olunmadığı üçün kommunal ödəniş də etməmişdir. Lakin cavabdeh «ünvan 2 ünvanında yerləşən 15 nömrəli mənzildə sudan istifadəyə görə və tullantı sularının axıdılmasıa görə əsassız olaraq 691 manat 20 qəpik məbləğində əssasız borc hesablamışdır. Bununla bağlı cavabdehə müraciət olunsa da heç bir nəticə olunmadığından məhkəməyə müraciət edilmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2005-ci il tarixdə mülkiyyətçi İddiaçı ilə su təchizatı və tullantı suların axıdılması xidmətinə dair 32730545 nömrəli müqavilə bağlamış və ona **********150 nömrəli abonent kodu verilmişdir. Belə ki, «X3»nın 7.4-cü bəndinə əsasən abonent ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etdikdə, ondan müvafiq arayış tələb edilir. Arayış təqdim edildiyi tarixdən etibarən ailə tərkibi barədə yeni məlumat sistemə işlənir. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi bağlanmış müqavilə, ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğu müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlar (dislokasiya) əsasında sistemə qeyd olunmuşsa, yeni ailə tərkibi barədə arayış təqdim edildiyi tarixdən sonrakı hesabat dövrü üçün nəzərə alınır. İddiaçı ona məxsus olan Yeni ünvan 3 ünvanında sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanmasına dair STKM-nə rəsmi olaraq heç bir vaxt müraciət etməmişdir və həmin mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bununla «Gəncə Sukanal» TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtıvaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. X1 iddianın əsassız olduğunu göstərərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İşdə olan xx.xx.1988-ci il tarixli, 03 nömrəli orderinin surətindən surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzil İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, **********50 abonent kodlu İddiaçı yekun olaraq su istifadə etdiyinə görə 697 manat 30 qəpik su borcu hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzilin mülkiyyətçisidir. Sözügedən mənzildə 2011-ci il tarixdən 2016-cı i tarixədək yaşayış olmamış, orada təbii qazdan, işıqdan və s. istifadə edilməmiş, qeyd olunan xüsusatlar müvafiq saldo, abonent kartı və s.-lə təsbit edilmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzilinin su təminatı ilə əlaqədar 2011-ci ildən 2016-cı ilin aprel ayınadək 902 manat 10 qəpik məbləğində borc hesablanmış və həmin borcun ödənilməsi «Gəncə Sukanal» TSC-nin əməkdaşları tərəfindən tələb edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı 691 manat 20 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi sözügedən mənzildə 2011-ci il tarixdən 2016cı ilədək yaşayış olmadığını, buna görə də həmin dövr üzrə su təminatı ilə əlaqədar hesablanmış borcun əsassız olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazının əsası kimi iddiaçı ilə aralarında 2005-ci il tarixindən bəri müqavilə bağlandığını və sözügedən ünvana daimi olaraq su təminatı olmasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X3» nın 2.1.2 və 2.1.9.2-ci bəndlərinə görə istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələridir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin «a» bəndinə görə məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını təmin etmək su təchizatı müəssisələrinin vəzifəsidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, suyun və axıdılan tullantı sularının həcmi ilə əlaqədar İddiaçı cavabdeh tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzilinin su təminatı ilə əlaqədar 2011ci ildən 2016-cı ilin aprel ayınadək 864 manat 81 qəpik məbləğində əsassız borc hesablanmış və həmin borcdan 177 manat 56 qəpik iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də İddiaçı su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 687 manat 25 qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «ünvan 4 ünvanında yerləşən 15 nömrəli mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 687 manat 25 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 37 ünvanında yerləşən 15 nömrəli mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 687 (altı yüz səksən yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətindən iş üzrə ödənilməmiş 30 (otuz) məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2964/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2964/2024
01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver