Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2967/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən *2.*7.2*12-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 33 saylı evə dair X1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən 18.*7.2*12-ci il tarixdə verilmiş 151**9*37 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlaka paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən müəyyən olundu ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.*3.2*19-cu il tarixli, 2(*43)-433/2*19 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər X2, Gəncə şəhəri 6 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəliyin tanınmaqla miras əmlaka payın müəyyən edilərək vərəsələr arasında bərabər qaydada bölünməsi» tələbinə dair dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq olunduğundan iş üzrə icraata xitam verilmişdir. İş üzrə Cavabdeh2 iddia tələbinə qarşı etiraz verərək göstərdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcuddur. Hazırda barışıq sazişi icra olunması mərhələsindədir. Barışıq sazişinin iştirakçısı olan yəni tərəf olan atası Avşari Cavanşir öldüyü üçün atasının hüquqi varisi olaraq barışıq sazişinin onun tərəfindən icra olunmasına etirazı olmadığını və bunun üçün sənədləşmə aparılması üçün notariat ofisinə müraciət etdiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1-261.*.3 və 261.*.6-261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.*.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(125)-2967/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2967/2022
13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver