Məhkəmə qərarları › İş №2(125)-297/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-297/2023

10.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-297/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-ə qarşı “çənin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-ə qarşı “çənin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə cavabdehlər tərəfindən qanunsuz olaraq yerləşdirilən su çəninin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın həcminin artırılması barədə ərizə təqdm edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən evin dam örtüyündə başqa şəxslərə də aid su çənlərinin yerləşdirilməsi məlum olmuşdur. Onlara məxsus su çənləri də mütəmadi olaraq daşıb iddiaçının mülkiyyətində olan mənzilə ziyan vururlar. Bununla bağlı 9 saylı Xidmət sahəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Odur ki, Gəncə şəhəri, ünvan 3 ünvanda yaşayan X6 və Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 26-da yaşayan X2 iş üzrə cavabdeh qismində cəlb edilməsini, ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə həmin cavabdehlər tərəfindən qanunsuz olaraq yerləşdirilən su çənlərinin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı mülkiyyətindədir. Mənzil binanın sonuncu mərtəbəsində yerləşir. Cavabdehlər hər ikisi qanunsuz olaraq evin su çəni yerləşdiriblər. Həmin su çənləri bir neçə dəfə daşıb iddiaçının evinə ziyan vurmuşdur. Sonuncu dəfə 2022-ci ilin may ayında çənin daşması nəticəsində iddiaçının evinə ziyan dəymiş və bu barədə 9 saylı Xidmət sahəsinin əməkdaşları tərəfindən ziyanla bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən çənin sökülməsini tələb etsə də, həmin şəxslər çəni sökməmişlər. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22 ünvanında yaşayır. Həqiqətən binanın üzərində ona məxsus su çəni vardır. Həmin su çəninin yarı hissəsi iddiaçının evinin üzərində olsa da, yarı hissəsi blokun üzərinə düşür. Digər tərəfdən ona məxsus su çəni elə quraşdırılmışdır ki, su dolan kimi çənə suyun axımı dayanır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22 ünvanında yaşayır. Həqiqətən binanın üzərində ona məxsus su çəni vardır. Həmin su çəninin yarı hissəsi iddiaçının evinin üzərində olsa da, yarı hissəsi blokun üzərinə düşür. Digər tərəfdən ona məxsus su çəni elə quraşdırılmışdır ki, su dolan kimi çənə suyun axımı dayanır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər X9, X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-in nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər X9, X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-in nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə şəhər MKTİB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, 33 saylı mənzilin dam örtüyünün üstündə qoyulmuş çənin həmin mənzilə maddi ziyan vurması ilə bağlı həmin binanın 21, 24, 26, 30 saylı mənzillərin sahiblərinə, yəni Cavabdeh2, Cavabdeh1, X9, X3 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onların heç bir tədbir görmədikləri qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 10/8376 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 22 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. 2-ci sual üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 22 saylı binanın damında su çənləri quraşdırılmasının binada yaşayanlar üçün təhlükə yaradıb-yaratmaması müvafiq qurumlar tərəfindən hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı mülkiyyətindədir. Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 24-də X7, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 26-da yaşayan X3, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 21-də yaşayan Cavabdeh2, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 30-da yaşayan Cavabdeh1 Gəncə şəhər MKTİB tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, 33 saylı mənzilin dam örtüyünün üstündə qoyulmuş çənin həmin mənzilə maddi ziyan vurması ilə xəbərdarlıq olunmasına baxmayaraq heç bir tədbir görülmədiyi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli 10/8376 saylı ekspert rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 22 saylı binanın damında su çəninin quraşdırılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaları baxımından iddia tələbi ilə bağlı qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 10/8376 saylı ekspert rəyi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 22 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehlərin ümumi istifadədə olan dam örtüyündə quraşdırdıqları su çənləri maneə yaratdığından və bu baxımdan iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X1 müştərək qaydada ekspertiza xərci olan 50 manat alınaraq dövlət büdcəsinə və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X5 tərəfindən qurulmuş su çəni cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X2 hesabına sökülsün. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9, X1 müştərək qaydada ekspertiza xərci olan 50 manat alınaraq dövlət büdcəsinə və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar