Məhkəmə qərarları › İş №2(125)-2984/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2984/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2984/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı doğumun qeyd edilməsi və vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9nun (atası X11 və anası X10) xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi və atası X6 xx.xx.2001-ci il tarixdə, anası X5 1983-cü il tarixdə Göygöl rayonunda vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2000-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur. Anası Həsrətova (Həsənova) Ruhiyyə Qoşqar qızı ilə atası xx.xx.2015-ci il tarixdə rəsmi olaraq boşanmışdırlar. Araz Həsənov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda atası ilə anasının paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Allahverdioğlu küçəsi 47 saylı mülkün atasından miras qalmış ½ hissəsinə vərəsəliklə bağlı Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət etmiş, X13 vərəsələrinin dairəsini müəyyən etmək üçün onun doğum haqqında şəhadətnaməsi və valideyinlərinin ölüm faktını təsdiq edən sənədləri təqdim etmədiyi üçün həmin notariat ofisinin müdiri tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. X9 xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Vardenis rayonununda anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar qaçqın düşərkən sənədlər Ermənistanda qalmışdır. X23 şəxsiyyət vəsiqəsi alması, eləcə də ölüm haqqında şəhadətnaməsi onun doğum qeydinin olmasını göstərir. Bundan başqa Araz Həsənovun atası X11 və anası X5 ölüm haqqında şəhadətnamələri barədə də arxivdə heç bir məlumat aşkar edilməmişdir. X2 və X1 rayonunun 1 saylı qəbiristanlığında dəfn edilmişdir. Kalvalı Həsənov xx.xx.2001-ci il tarixdə, Sarıtel Həsənova 1983-cü il tarixdə Göygöl rayonunda vəfat etmişdirlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ünvan 1 ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti üzrə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi qohumudur. Bəşirin atasının adı Araz olmuşdur. Arazın nə vaxt doğulduğunu dəqiq xatırlamır, ancaq Ermənistanda doğulmuşdur. Arazın atası Kalvalı kişini tanıyır. Zod kəndində yaşamış, məcburi köçkün kimi gəlmişdir. Bəşirin atası Arazın arvadı onun bacısı qızıdır, adı Ruhiyyədir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 452410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə Göygöl rayonunda anadan olmuş Ərizəçi ata qrafasında X16, ana qrafasında X4 qeyd olunmuşdur. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/032517-24 nömrəli nikah haqqında arayışdan görünür ki, xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş X16 ilə X7 nikahları xx.xx.1994-cü ildə Göygöl rayon Qeydiyyat şöbəsində 89 nömrə ilə qeydə alınmış, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.20215-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması xx.xx.2015-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 202 nömrə ilə qeydə alınmışdır. AZ-İ 273944 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X7 nikahları xx.xx.2015-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində pozulmuşdur. 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/031347-24 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş X13 ailə tərkibi qızı X25 və oğlu Ərizəçi ibarətdir. RX ******* seriya nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə ½ hissədə X13 (xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********), ½ hissədə isə X8 (xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********) adına rəsmi reyestrdə qeydə alınmışdır. AZ-İİ 401088 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2024cü ildə ölmüşdür. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 498 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, Ərizəçi vəfat etmiş X9nun vərəsələrinin dairəsini müəyyən etmək üçün onun doğum haqqında şəhadətnaməsini və valideynlərinin ölüm faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- H/1-235/2025 nömrəli məktubdan görünür ki, Göygöl rayon Qeydiyyat şöbəsinin arxivində X13 doğum haqqında akt qeydi aşkar olunmadığından doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ermənistan Respublikasının Basarkeçər rayonunun Qeydiyyat şöbəsinin doğum aktının qeydiyyatı kitabları rayon dövlət arxivində saxlanılmadığından X13, onun ata və anasının doğum aktının və ölüm aktının qeydiyyatı barədə məlumat vermək mümkün olmamışdır. Göygöl rayonu Göygöl bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 101 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi mərhum X9 xx.xx.2024-cü il tarixdə Göygöl rayon 1 saylı qəbiristanlıqda dəfn edilmiş, Göygöl bələdiyyəsinin mühasibatlığında 66 sıra sayı ilə qeydiyyata alınmışdır. Qəbirüstü abidələrin fotoşəkillərindən görünür ki, X10 1931-ci ildə anadan olmaqla 1983-cü ildə, X16 xx.xx.1968-ci ildə anadan olmaqla xx.xx.2024-cü ildə, X11 isə xx.xx.1926-cı ildə anadan olmaqla xx.xx.2001-ci ildə ölmüşdürlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, ərizəçinin X9 xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X11, anası X3 qeyd olunmuş, atasının valideynləri, yəni X2 xx.xx.2001-ci ildə, nənəsi X10 isə 1983-cü ildə ölmüşdür. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri əldə edə bilmədiyi üçün atasından miras qarmış əmlakı vərəsəlik qaydasında qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (MPM. mad. 307.2.3, mad 307.2.8) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin X9nun xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X11, ana qrafasında ana adının X3 qeydə alınması və atası X6 xx.xx.2001-ci ildə, anası X5 1983-cü ildə Göygöl rayonunda ölmələri faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X13 xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Basarkeçər («Vardenis») rayonunda doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X11, ana qrafasında ana adının X3 qeydə alınması və atası X6 xx.xx.2001-ci ildə, anası X5 1983-cü ildə Göygöl rayonunda ölmələri faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar