Məhkəmə qərarları › İş №2(125)-300/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-300/2025

22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-300/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gəncə X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Avtozavod qəsəbəsi ünvanına Cavabdeh xx.xx.2023-cü il tarixli 412416 nömrəli tarixli, ******* saylı akt əsasında hesablanmış 2540 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Avtozavod qəsəbəsi ünvanında ona məxsus fərdi yaşayış evində olan qaz sayğacı (abonent kodu- **********08370) onun adınadır. xx.xx.2023-cü il tarixdə ona məxsus ünvanda Azəriqaz əməkdaşları tərəfindən baxış keçirilmiş və guya sayğacdan kənar xətdən istifadə edildiyi bildirilmiş və 412416 nömrəli akt tərtib edilmiş 2540 manat dəymiş ziyan hesablanmışdır. Bildirmişdir ki, ünvana baxış keçirən zaman heç bir qanunsuz qoşulma halı aşkar edilməmişdir. 412416 nömrəli, xx.xx.2023-cü il tarixli akt və ona hesablanmış 2540 manat borc tam əsassızdır. Məhkəmədə İddiaçı iştirak etmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə XS-nin TQQ və SXnin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən itirilmiş təbii qazın bərpası məqsədilə akt tərtib edilərək abonent hesabına 21168 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 412416 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, küçə daşıyıcı qaz xəttindən sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 21168 m3 qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanda istehlakçı İddiaçı 2024-cü ildə qalıq və aktlar üzrə 2540.16 manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 4 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı Cavabdeh nümayəndələri tərəfindən aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, 412416 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, həmin Akta əsasən iddiaçıya hesablanmış sərfiyyat əsaslı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 81-ci maddəsinin tələblərinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Baxılan işdə Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı barədə xx.xx.2023-cü il tarixli, 412416 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və yaxud cinayət təqibi orqanına təqdim edilməsi və həmin Aktla bağlı araşdırmaların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, İddiaçı yaşadığı ünvan 3 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi ilə nəzərdə tutulan sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı İddiaçı yaşadığı ünvan 3 ünvanına hesablanmış 2540 manat məbləğində borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesab edilməli və silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 412416 nömrəli akt əsasında İddiaçı yaşadığı ünvan 3 ünvanına hesablanmış 2540 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar