Məhkəmə qərarları › İş №2(125)-31/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-31/2024

16.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-31/2024 16.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İlkin İddiaçı, İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh Oqtay oğlunun, X1 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Oqtay oğluna, X2 qarşı “su novdanının sökülməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı X1 İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “su novdanının sökülməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus mülkdə cavabdehin su novdanından onun evinin mətbəxinə axan suyun qarşısını almaq üçün su novdanının cavabdeh tərəfindən sökülüb düzəldilməsi və su novdanından yağış sularının onun evinin mətbəxinə tökülməsi nəticəsində 1000 manat dəyərində avtomat paltaryuyan maşınının, 600 manat dəyərində 1 ədəd qaz peçinin, 800 manat dəyərində soyuducunun, 300 manat dəyərində xalçanın tamamilə xarab etdiyi üçün dəymiş 2700 manat dəyərində ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 2-da yerləşən mülk onun mülkiyyətindədir. Onun adına DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh onun barı qonşusudur. cavabdehin su novdanı onun evinin mətbəxinin üstündən keçir. Su novdanından axan yağış suları mətbəx əşyalarını sıradan çıxarmışdır. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh onun sözlərinə məhəl qoymur, əksinə, onu təhqir edir, nalayiq söyüşlər söyür. xx.xx.2021-ci il tarixdə güclü yağışdan sonra cavabdehin su novdanından axan su 1000 manat dəyərində 1 ədəd paltaryuyan maşınını, 600 manat dəyərində 1 ədəd qaz peçini, 800 manat dəyərində soyuducunu, 300 manat dəyərində xalçanı tamamilə yararsız hala salmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müracət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən sonra X4 başqa cavabdeh kimi işdə iştiraka cəlb edilmişdir. X4 cavabdeh İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ona məxsus hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsi, həmçinin cavabdeh tərəfindən onların həyətinə bitişik quraşdırılmış su çəninin yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı onun qonşusudur. Onların mülkləri əvvəllər bir mülk olsa da, sonradan məhkəmə qətnaməsi əsasında bölünmüşdür. Həmin məhkəmə qətnaməsində onların ara barılarının onun mülkünə aid olduğu açıq-aydın görünür. Buna baxmayaraq, İddiaçı ona məxsus hasarın üzərinə pəncərələr qoymuşdur. Hazırda isə həmin pəncərələrə görə onun novdanının yerinin dəyişdirilməsini tələb edir. O, dəfələrlə İddiaçı müraciət etmişdir ki, sözügedən pəncərələri onun hasarının üstündən götürsün. Lakin o, bunu etmək əvəzinə onu təhqir edir. Həmçinin, İddiaçı onların həyətə bitişik su çəni quraşdırmışdır ki, bu çəndən də evinin mətbəxinə və dəhlizinə su axır. Sözügedən çənin yerinin dəyişdirilməsi üçün dəfələrlə İddiaçı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmədə İddiaçı iştirak etmiş və bildirmişdir ki, sökülməsini tələb etdiyi su növdanı onun razılığı olmadan bir neçə il bündan əvvəl cavabdehlər tərərfindən quraşdırılmışdır. Həmin novun mövcudluğu onun əmlakına ziyan vurur. X4 onun haqlı iddiasından vaz keçməsi üçün ona qarşı əsassız olaraq qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sökülməsi tələb olunan pəncərələrin cavabdehlərə heç bir maneəsi yoxdur. Bu halı mütəxəssis olmayan şəxs belə adi gözlə baxdıqda görür ki, həmin pəncərələr 4 metr hündürlükdə cavabdehlərin həyətinə deyil, onların çardaqlarının şiferinin üstü tərəfinə baxır, şiferdən onların həyəti görünmür. Cavabdeh Sərfinaz Bağırova iddia edir ki, guya onun su çənindən Sərfinazın evinin mətbəxinə və dəhlizinə su axır. Onun su çəni öz evinin şiferinin altında, öz hamamının üstündə yerləşdirilmişdir, bunun cavabdehə heç bir maneəsi yoxdur. Su çəninin nəzarət trubası isə onun özünün hamamına tökülməklə cavabdeh tərəfi görmür. Onun su çəninin yerləşdiyi məsafə ilə cavabdehlərin mətbəxi və dəhlizinin arasında xeyli boş bir sahə vardır. Su çənindən su hansı yolla cavabdehlərin mətbəxinə keçməsi çox maraqlıdır. Əgər onun mətbəxi və dəhlizinə həqiqətən də su axırsa, bu onun özünün su novdanından axan sudur, bunun ona heç bir dəxli yoxdur. Həmin novdan az qala 20 ildən çoxdur qoyulmuşdur, təbii ki, aşınma gedir, bəlkə də deşilmişdir. Cavabdeh ərizəsində göstərir ki, o, - “özünə məxsus hasarın üstündə quraşdırılmış su novdanının sökülməsini tələb edir”. Sözügedən hasar onların ara barısıdır, bu hasar, onun özünə necə məxsus ola bilər ki, bu barı ümumidir. Cavabdehin ona qarşı olan iddiası əsassızdır. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh Oqtay oğlunun, X1 nümayəndəsi, Vəkil iştirak etmiş və qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmədə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi, 1-ci döngə, 6 ünvanlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X1 adına qeyd edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cü il tarixli 10/6531 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı evdə quraşdırılmış su novdanından İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin mətbəxinə faktiki olaraq suyun axıdılmadığı və mətbəx tikilisi təmirli vəziyyətdə olduğundan görülməli təmir bərpa işlərinin dəyərini müəyyən edilməsinə dair tədqiqat aparılmamış, ünvan 4 ünvan ilə ünvan 5arın üzərində İddiaçı tərəfindən quraşdırılmış pəncərələr 2,70 sm hündürlükdə yerləşdiyindən X3 hər hansı maneə yaradılmadığı və İddiaçı tərəfindən quraşdırılmış su çəni özünə məxsus tikilinin üzərində (özünə məxsus ərazidə iddiaçının mənzilindən kənar) quraşdırıldığından su çəninin X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı evdən istifadəsinə hər hansı maneə yaradılmadığı müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin digər-xx.xx.2024-cü il tarixli 10/9847 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, mübahisəli ərazidən keçən su novdanı Texniki Pasportun məlumatlarına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin giriş hissəsindən keçdiyi müəyyən edilmişdir. X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin yağış suyu novdanının faktiki vəziyyətdə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evindən çıxarılması mümkün deyil, lakin həmin su novdanı X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin talvar tikilisi sökülüb yenidən qurulması zamanı çıxarıla bilər. Məhkəmə baxışı zamanı mübahisəli evlərə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, ekspertin rəyində qeyd olunduğu kimi su novdanı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 nömrəli fərdi yaşayış evinin giriş hissəsindən keçir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı mənzil X2, Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı mənzil İddiaçı məxsusdur. İlk iddiaçının sökülməsini tələb etdiyi su novdanı Texniki Pasportun məlumatlarına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin giriş hissəsindən keçir və həmin su novdanı X2 məxsus Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin talvar tikilisi sökülüb yenidən qurulması zamanı çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddiaçının mülkiyyətində olan tikilinin üzərində su novdanının quraşdırılması ilk iddiaçının mülkiyyətinə müdaxilədir və yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, ilk iddia cavabdehlər tərəfindən ilk iddiaçının mülkiyyətində olan tikilinin üzərində quraşdırılmış su novdanının sökülməsi tələbi hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfinin quraşdırdığı su novdanından onun mətbəxinə su axması nəticəsində ona 2700 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ilk iddia tələbi 2700 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi tələbi hissəsində təmin edilməməlidir. Artıq yuxarıda qeyd edildiyi kimi, qarşılıqlı iddiaçı X4 isə ilkin iddiaçı tərəfindən onun (qarşılıqlı iddiaçının) mülkiyyətində olan hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı Sərfinaz Bağırova qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona məxsus hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsini, həmçinin İddiaçı tərəfindən onların həyətinə bitişik quraşdırılmış su çəninin yerinin dəyişdirilməsini xahiş etsə də, hasar üzərində İddiaçı tərəfindən quraşdırılmış pəncərələr 2,70 sm hündürlükdə yerləşdiyindən X3 hər hansı maneə yaradılmadığı, həmçinin İddiaçı tərəfindən quraşdırılmış su çəninin özünə məxsus tikilinin üzərində (özünə məxsus ərazidə iddiaçının mənzilindən kənar) quraşdırıldığından su çəninin X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı evdən istifadəsinə hər hansı maneə yaradılmadığı müəyyən edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə belə qərara gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlk İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən tikilinin üzərində cavabdehlər Cavabdeh Oqtay oğlu və X4 tərəfindən quraşdırılmış su novdanı cavabdehlərin öz vəsaiti hesabına sökülsün. İlkin iddia qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar