Məhkəmə qərarları › İş №2(125)-310/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-310/2023

26.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-310/2023 26.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X44 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 və nümayəndəsi, Vəkil2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X17 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh1 X19 qarşı X38 şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəsi kimi məcburi paya hüququnun, qanun üzrə vərəsə tanınma və payın mülkiyyətə verilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X24 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı X19 qarşı vərəsəlik işi üzrə şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, vərəsə tanınma və mirasdan pay verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və X19 Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən verilmiş X21 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 1* nömrəli evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 nömrəli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi, anası X5 oğlu X21 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onu isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 nümayəndəsi, Vəkil2 iddia ərizəsinə əlavə verərək, Cavabdeh1 verilmiş 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(*44)-822/2*21 saylı 22 aprel 2*21-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X3 miras qalmış Gəncə şəhəri, Nizami rayonu,Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinin Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsi səbəbləri üzürlü sayılmış və həmin müddət uzadılaraq Cavabdeh1 Gəncə şəhəri Nizami rayonu, Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinə həmin miras əmlakda payı müəyyən edilmişdir. Həmin qətnamədən ilkin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.*9.2*21-ci il tarixli 2(1*4)-3577/2*21 saylı qətnaməsi ilə təmin edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 24 may 2*22-ci il tarixdə qətnaməni qüvvədə saxlamışdır. Məhkəmənin qətnamələrindən sonra ilkin iddiaçı vərəsəliyin qəbul edilməsi üçün notariat kontoruna müraciət etmiş, həmin zaman bilmişdir ki, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilmişdir. Bununla əlaqədar maraqlananda ilkin iddiaçıya notariat kontoru tərəfindən bildirilmişdir ki, Cavabdeh1 anasının ölümündən bir neçə gün sonra, 3* iyul 2*18-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək vərəsəliyi qəbul etmək istədiyini bildirmişdir. Ona görə də, ona vərəsəlik şəhadətnaməsinin verilməsi qanunidir. Qeyd edilən tarixdə heç bir ərizə Cavabdeh1 tərəfindən notariat kontoruna verilməmişdir. Belə ki, Gəncə şəhəri Cavadxan küçəsi 6-cı döngə, 1* saylı fərdi yaşayış evinin 1/3 hissəsi ilkin iddiaçının atası X25 və nənəsi X8 məxsusdur. Hənifəyeva Səmayə atası sağ ikən evi tərk edərək getmişdir. Səbəb isə atasının onkoloji xəstə olması və uzun müddət müalicə olunması ilə əlaqədar işıq kartına pul ödəməyə pulunun olmaması olmuşdur. Bir gecə qaranlıqda qalmamaqdan ötrü evdə kimyaterapiyadan qayıdan oğlu ilə dalaşaraq qızı Cavabdeh1 ilə birlikdə evi tərk edib getmişdir. Onlar evi tərk etdikdən bir gün sonra, yəni 2* dekabr 2*16-cı ildə anası, 23 noyabr 2*17-ci ildə isə atası vəfat etmişdir. Lakin onların heç biri gəlib yas mərasimində iştirak etməmişdirlər. Ümumiyyətlə evi tərk edən gündən bir dəfə də olsun, evlə maraqlanmamışlar, heç zaman evə gəlməmişlər. İlkin iddiaçının və ya xəstə atasının heç zaman nənəsini və iddaçı Cavabdeh1 evə buraxmamaq deyə bir niyyətləri və ya hərəkətləri olmamışdır. Hətta atasının xəstəliyi kəskinləşdiyindən 2*17-ci ilin fevralından onkoloji xəstəxanada yatmışdır. Atası 11 aprel 2*17-ci ildə öldükdən sonra o, hər zaman həmin ünvanda yaşamışdır. Hazırda da, ailəsi ilə birlikdə həmin evdə yaşayır. 24 iyul 2*18-ci ildə nənəsi X13 öldükdən sonra iddiaçı Cavabdeh1 göstərişi ilə sahə müvəkkili ilkin iddiaçıya zəng etmiş və bildirmişdir ki, nənəsi ölmüşdür. İlkin iddiaçı, Bakı şəhərinə uşağını xəstəxanaya apardığını, yolda olduğunu əgər yas mərasimini keçirtmək istəyirlərsə, qapını sındırıb içəri keçə biləcəklərini bildirmişdir. Cavabdeh1 bütün məhkəmə prosesləri zamanı bildirmişdir ki, guya ki, ilkin iddiaçı qapını bağlayaraq, qapıya qıfıl vurmuş, onu içəriyə buraxmamışdır. Lakin ilkin iddiaçı evində hər zaman kimsə olmuşdur, iddiaçı özü heç zaman həmin evə gəlməmişdir. Cavabdeh1 iddia ərizəsində və kassasiya şikayətində göstərmişdir ki, guya vərəsəliyi qəbul etmək üçün müəyyən edilmiş 6 aylıq müddətin son günlərində notariat kontoruna müraciət etsə də, lakin ondan Daşınmaz Əmlakın Dövlət Reyestrindən evə dair ətraflı arayış alınması tələb olunmuşdur. Buna görə də, vəkil Zərniyar Abdullayevaya müraciət etmişdir. Əgər belə bir hal olmuşdursa, notariat kontorunun özü zəruri sənədləri reyestr idarəsindən götürə bilərdi. Bunun üçün hər hansısa bir vəkilin yanına getmək lazım deyil və iddiaçının qeyd etdiyi sorğuya cavab da, vəkil sorğusuna əsasən verilmişdir. Əgər həqiqətən də, notariat kontoruna Cavabdeh1 getmiş olsaydı, ən azından evlə bağlı sorğu notariat kontoru tərəfindən verilmiş olardı. Bütün məhkəmə prosesləri zamanı Cavabdeh1 notariat kontoruna getmədiyini bildirdiyi halda, hazırda onun notariat kontorunda ərizəsinin ortaya çıxması inandırıcı deyil. Vəkil sorgusu əsasında notariat kontorunda olan vərəsəlik işi və notariat işlərinin reyestr kitabından Cavabdeh1 ərizəsinin qeydə aldığı tarixdən çıxarış, notariat kitabın kserosurəti tələb edilsə də, lakin yalnız notariat işi onlara təqdim edilmiş, reyestr kitabından çıxarış verilməmişdir. Burada başqa bir sual ortaya çıxır ki, əgər Cavabdeh1 vərəsəliyi qəbul etmişdirsə, niyə məhkəməyə müraciət edərək vərəsəliyin qəbul edilməsi müddətinin bərpa edilməsini xahiş edirdi. Cavabdeh1 dəfələrlə notariat kontoruna getmədiyini bildirmiş, vərəsəliyi qəbul etmə müddətinin sonuncu günü notariat kontoruna getdiyini bildirmişdir. Əgər həqiqətən də, Cavabdeh1 6 aylıq müddətin son günü notariat kontoruna getmiş olsaydı, onun ərizəsinin orada olduğu aşkar olardı. Vərəsəlik işinin içərisində Cavabdeh1 şəkilli ərizəsinin olmaması da, təsdiq edir ki, heç Cavabdeh1 notariat kontorunda olmamışdır. Hətta əgər Cavabdeh1 adına hər hansısa bir ərizə verilmişdirsə, bu ərizə onun tərəfindən icra edilməmişdir. Bütün məhkəmə prosesləri zamanı Cavabdeh1 qanunla müəyyən edilmiş müddətdə vərəsəliyi qəbul etməməsi ilə bağlı müxtəlif bəhanələr gətirmiş, guya ki, vəkil Zərniyar Abdullayeva ona qapını qırıb içəri girməyi məsləhət vermiş və sair. qanunun tələbinə görə, miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılırdı və əgər Cavabdeh1 da, özünü miras əmlakın mülkiyyətçisi hesab edirdisə və həqiqətən də notariat kontoruna ərizə ilə müraciət etmişdisə, onda qapını qırıb içəri girməkdən çəkinməməli idi. X33 Məhkəməsinin MK-nın 29 sentyabr 2*21-ci il tarixli 2(1*4)-3577/2*21 saylı qətnaməsi ilə, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 22.*4.2*21-ci il tarixli 2(*44)-822/2*21 saylı qətnaməsi ləğv edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair Cavabdeh1 iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.*5.2*22-ci il tarixli, 2(1*2)2139/2*22 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və bununla da, Cavabdeh1 mirası qəbul etmə hüququnu itirmişdir. Lakin, Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələri ilə barışmaq istəməmiş və saxta yollar axtarmağa başlamışdır. O, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notarusu Elşad Əliyev ilə əlaqə yaratmış və sonuncu keçmiş tarixlə saxta notariat sənədləri hazırlamışıdır ki, güya Cavabdeh1 3*.*7.2*18-ci il tarixdə mirasın qəbul edilməsi barədə Gəncə şəhəri 1 saylı notariat kontoruna müraciət etmişdir. Həmin saxta sənədlər üzrə Elşad Əliyev notariat işi açmış və 4 ildən sonra,18 avqust 2*22-ci il tarixdə miras qəbul edilməsi barədə Cavabdeh1 X38 Şəhadətnamə vermişdir. Həmin saxta Şəhadətnamə əsasında Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinə dövlət reyestrindən adına Çıxarış almışdır. X23 haqqında Şəhadətnamənin saxta olması aşağıda göstərilən sübut və dəlillər iilə tam sübut olunur və bu səbəbdən Şəhadətnamə etibarsız (əhəmiyyətsiz) sayılmalı və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan 2(*44)-822/2*21 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 qanunla müəyyən edilmiş mirası qəbul etmə müddətini üzrsüz səbəbdən ötürmüşdür və bu səbəbdən həmin müddətin uzadılmasına dair iddiaçının iddia tələbi rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin MK-nın qanuni qüvvədə olan 2(*44)-822/2*21 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 miras qəbul edilməsi barədə Gəncə 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi vərəsəliyin qəbulu müddətini buraxdığı üçün notariusun *2 yanvar 2*21-ci il tarixli *1 saylı qərarı ilə X38 Şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu barədə apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində belə qeyd edilmişdir ki, işdə olan *2 yanvar 2*21-ci il tarixli *1 saylı notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, Cavabdeh1 vəsiyyət üzrə X38 Şəhadətnamənin verilməsindən ərizəyə vərəsəliyin qəbulu müddəti buraxdığı üçün imtina edilmişdir. Bundan əlavə, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş notariat işinin materiallarından müəyyən olunur ki, Cavabdeh1 mirası qəbul etmə haqqında Gəncə şəhəri 1 saylı Notariat ofisinə ərizəni 3*.*7.2*18-ci il tarixdə təqdim etmişdir. Lakin, notarius işi üzrə Vərəsəlik Hüquq haqqında Şəhadətnaməni 4 ildən sonra yəni 18 avqust 2*22-ci il tarixdə verilmişdir. Bu hal Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan 2(*44)-822/2*21 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlara tamamilə ziddir. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu müddəti buraxıldığı üçün X38 Şəhadətnamənin verilməsindən imtina haqqında *2 yanvar 2*21-ci il tarixdə qərar qəbul edilmişdir. Eyni notarius tərəfindən sonradan Şəhadətnamənin verməsi faktı aşkar sürətdə sübut edilir ki, bu Şəhadətnamə saxtadır. Necə olur ki, eyni notariat ofisinin eyni notariusu *2 yanvar 2*21-ci il tarixdə müddət buraxıldığına görə notariat hərəkətlərinin aparılmasından imtina etmə haqqında qərar qəbul edir və həmin qərar ləğv edilməmiş, 18 avqust 2*22-ci il tarixdə Cavabdeh1 X38 Şəhadətnamə verir. Azərbaycan Respublikası MPM -nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual norma imperativ xarakterə malikdir və eyni tərəflər arasında başqa işə baxan məhkəmələr üçün məcburidir. Yəni, başqa işə baxan məhkəmə qanuni qüvvədə olan məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş faktları rəhbər tutmalı və bu faktlar əks olan digər halları müəyyən edə bilməz. Hazırda baxılan mülki iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qeyd etmişdir ki, guya, notariat ofisinə təqdim etdiyi 3*.*7 2*18-ci il tarixli ərizəsini sonradan aşkar etmiş və bu səbəbdən müddətin uzadılmasına dair iddiasına məhkəmədə baxılan zaman bu ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Ehtimal edilsə ki, Cavabdeh1 dedikləri düzdür, bu hal yalnız yeni açılmış hal kimi qiymətləndirilə bilər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.*5.2*22-ci il tarixli 2(1*2)-2139/2*22 saylı qərarından Ali Məhkəməsinin Plenumuna yeni açılmış hallar üzrə müraciət etmək üçün əsas ola bilər. İşin hallarından həmçinin müəyyən olunur ki, Cavabdeh1 saxta Şəhadətnaməyə və Çıxarışa əsaslanaraq, İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Lakin, qanuni qüvvədə olan Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(*44)-822/2*21 saylı qətnaməsinə əsasən, Cavabdeh1 müddəti ötürdüyünə görə miras qalmış əmlaka dair bütün hüquqlarını itirmiş və bu səbəbdən həmin əmlak barədə İddiaçı hər hansı iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, İddiaçı “Cavabdeh1 verilmiş X38 18 avqust 2*22-ci il tarixli Şəhadətnəmənin etibarsız sayılması və həmin Şəhadətnamə əsasında Cavabdeh1 adına dövlət reyesrtində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsi və Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qaldırdığı ona Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 1*№-li evin 1/6 hissəsinə dair Gəncə şəhəri 1 saylı Notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən verilmiş 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin və həmin Şəhadətnamə ilə əlaqədar verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsinə dair iddiasında yeganə dəlili 24.*7.2*18-ci il tarixdə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün qanunla müəyyən edilən müddəti ötürməyindən, notariusa verdiyi ərizənin guya saxta olmasından ibarətdir. Mirası qəbul etməyi haqqında ərizəni o, itirmiş, sonra təsadüfən tapmışdır. Həmin ərizənin saxta olmasından ona görə söhbət gedə bilməz ki, peşəsinə hörmət qoyan və qoymayan, fərqi yoxdur, bir notarius belə saxtakarlığın altına girməz. Hələ Azərbaycanda belə saxtakarlığa yol verilməsinin bircə nümunəsi yoxdur. O, yaşlı adamdır, həm də məcburi köçkündür, ağır həyat yaşamışdır, ona görə də, bəzən yaddaşını itirir. Notariusa verdiyi həmin ərizəni kitablarının içindən təsadüfən tapmış, onu notariusa təqdim edib, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçı qarşılıqlı tələbi ondan ibarətdir ki, ilkin iddaçının atası, yəni qardaşı X39 11.*4.2*17-ci ildə vəfat edəndə anası X2 olmuşdur. Qardaşı Zaurun qanun üzrə vərəsələr sırasında anası, yəni onun anası Səmayə, bir də, qızı İddiaçı olmuşdur. Ömrünün son günlərinə kimi, yəni son dəfə xəstəxanaya düşənə kimi miras evdə yaşamış, başqa yaşayış yeri olmamış anasının oğlu Zaurdan mirası, ona sahib olma və idarə etmə formalarında qəbul etməsi danılmaz faktdır. 24.*7.2*18-ci il tarixdə, yəni ondan 1 il 3 ay yarım keçəndən sonra öldüyü halda, yəni oğlu Zaurun qanun üzrə vərəsəsi olduğu halda cavabdeh İddiaçı atasının ona verdiyi *6.*2.2*17-ci il tarixli vəsiyyətnamədən istifadə edib, qardaşı Zaurun ümumi mülkdəki 1/6 payına vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki anası Səmayəyə həmin mirasdan 1/24 miqdarda məcburi pay düşməli idi. Cavabdeh isə atasından aldığı miras payı 3/24 təşkil edirdi. Lakin o, notarius Elşən Əliyevi aldadaraq (anası Səmayənin vərəsə olmasını gizlədərək), yəni atası (qardaşı Zaur) ölən zaman nənəsi Səmayənin salamat olmasını, mirası (məcburi payı) faktiki qəbul etməsini gizlədərək, 16.*9.2*22-ci il tarixli 2V-235 №-li vəsiyyət üzrə X38 şəhadətnamə ilə atası Zaurun ümumi mülkiyyətdə olan 1/6 payını bütövlüklə almışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-1194-cü maddələrinə əsasən həmin mirasdan anası Samayaya 1/24 pay düşürdü, qardaşı Zaura isə 3/24 pay qalmalı idi. Cavabdeh İddiaçı anası Samayanın oğlu Zaur Hənifəyevin ölümündən sonra miras evdə 1 il 4 ay yarım yaşamaqla mirası faktiki olaraq qəbul etməsini gizlədib, qanun üzrə vərəsəlik şəhadətnaməsini tək öz adına almışdır. İddiaçı bu saxtakarlığı etməsəydi, ona vərəsəlik qaydasında həmin ümumi əmlaka 1/6 payla yox, 3/12(1/6 +1/12=3/12) sahib olardı. İddiaçı isə həmin ümumi mülkə 1/12 paya sahib olardı. İddiasının əsaslı olmasını ölüm və doğum şəhadətnamələri təsdiq edir. Odur ki, ilk iddia əsassız olduğu üçün rədd edilməsi, qarşılıqlı iddianı təmin edib, İddiaçı Gəncə şəhəri 1 saylı Notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən X21 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı 1* №-li evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 N-li X38 şəhadətnaməni, həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 №-li dövlət qeydiyyatını etibarsız hesab edib, anası X9 oğlu X21 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onu isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X24 iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 nümayəndəsi, Vəkil2 ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək rədd edilməsi, qarşılıqlı iddianı isə müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili Vəkil1 ilkin iddianı qəbul etməyərək rədd edilməsi, qarşılıqlı iddianı isə müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə Gəncə şəhəri 1 saylı Notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, işdə olan 13.*9.2*22-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 6-cı döngə, ev 1* ünvanda *.*6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.8 kv.m olan fərdi yaşayış evinin üzərində X37, X26 payı 2/6 müəyyən edilmiş və 14.11.2*14-cü il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1514*16697 qeydiyyat nömrəsi ilə qeydə alınmış, X6 payı 1/6 müəyyən edilmiş və payı 11.*8.2*22-ci il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1522*21813 qeydiyyat nömrəsi ilə qeydə alınmış, X21 1/6 müəyyən edilmiş və payı *1.*9.2*22-ci il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1522*2395* qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan “elektron notariat” avtomatlaşdırılmış İnformasiya sistemindən 18.*8.2*22-ci il tarixli çıxarışdan görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisində 24.*7.2*18-ci il tarixdə ölmüş X1* dair 3*.*7.2*18-ci il tarixdə 1*4 reyestr nömrəsi ilə vərəsəlik işi açılmış, qanun üzr vərəsə Cavabdeh1dır. İşdə olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən 18.*8.2*22-ci il tarixdə verilmiş *5/*9/S/*11489-22 saylı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlara dair arayışdan görünür ki, 1*.*5.1936-cı il tarixdə anadan olmuş X6 əri X27 (xx.xx.1992-ci il tarixdə vəfat edib), oğlu X39 (11.*4.2*17-ci il tarixdə vəfat edib), oğlu X28 (26.*7.1998-ci il tarixdə vəfat edib) və qızı Cavabdeh1 ibarət ailə tərkibinə dair məlumat aşkar olunmuşdur. İşdə olan 23.11.2*17-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 2V- 1-247 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, Gəncə şəhəri, Gəncə küçəsi 6-cı döngə, ev 1*-da qeydiyyatda olan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İşdə olan 25.*4.1964-cü il tarixdə verilmiş АЗ 661*5* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası X27, anası X11r. İşdə olan *1.*7.1964-cü il tarixdə verilmiş АЗ 5599*9 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X39 22.*9.196*-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası X27, anası X12r. İşdə olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən 17.*8.2*22-ci il tarixdə verilmiş *5/Q-1331/7* saylı arayışdan görünür ki, X4* *1.*3.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası X27, anası X15r. İşdə olan 19.*3.1965-ci il tarixdə verilmiş İ-ИЕ 35925* saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X41 ilə X16 19.*3.1964-cü il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Qəniyeva soyadı verilmişdir. İşdə olan 13.*3.1991-ci il tarixdə verilmiş V-ЖГ 382147 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X29 ilə X2* 13.*3.1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan xx.xx.1992-ci il tarixdə verilmiş İV-ЖГ 336422 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X27 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İşdə olan 17.*8.2*22-ci il tarixdə verilmiş AZ-İİ 247836 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X42 29.*7.1998-ci il tarixdə ölmüşdür. İşdə olan 17.*8.2*22-ci il tarixdə verilmiş AZ-İİ 247837 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X39 11.*4.2*17-ci il tarixdə ölmüşdür. İşdə olan 24.*7.2*18-ci il tarixdə verilmiş AZ-İ 96389* saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 24.*7.2*18-ci il tarixdə ölmüşdür. İşdə olan 3*.*7.2*18-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 notariat kontoruna müraciət edərək anası X6 24.*7.2*18-ci il tarixdə vəfat etməsi, miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış bütün əmlakdan ibarət olmasını qeyd etmişdir. İşdə olan 18.*8.2*22-ci il tarixli 2V-194 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə üzrə X38 şəhadətnamədən görünür ki, 24.*7.2*18-ci il tarixdə ölmüş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh1dır və o miras əmlakdan tam hissədə pay almalıdır. İşdə olan 16.*9.2*22-ci il tarixli ərizədən görünür ki, İddiaçı notariat kontoruna müraciət edərək atası X21 11.*4.2*17-ci il tarixdə vəfat etməsi, mərhumun vəfatından sonra Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 6-cı döngə, ev 1* ünvanda yerləşən evin 1/6 hissəsinin miras qaldığını, həmin mirasa dair ona vəsiyyətnamə üzrə X38 şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən 15.*9.2*22-ci il tarixdə verilmiş *5/*9/S/*21613-22 saylı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlara dair arayışdan görünür ki, 22.*9.196*-cı il tarixdə anadan olmuş X21 atası X27 (xx.xx.1992-ci il tarixdə vəfat edib), anası X14 (24.*7.2*18-ci il tarixdə vəfat edib), arvadı X22 (2*.12.2*16-cı il tarixdə vəfat edib) və qızı İddiaçı ibarət ailə tərkibinə dair məlumat aşkarlanmışdır. İşdə olan 17.*8.2*22-ci il tarixdə verilmiş AZ-T 215825 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası X39, anası X18r. İşdə olan *6.*2.2*17-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 2V-1- 25 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, Gəncə şəhəri, Gəncə küçəsi 6-cı döngə, ev 1*-da qeydiyyatda olan X39 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan 16.*9.2*22-ci il tarixli 2V-235 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə üzrə X38 şəhadətnamədən görünür ki, 11.*4.2*17-ci il tarixdə ölmüş X21 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(*44)- 822/2*21 saylı 22 aprel 2*21-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X4 miras qalmış Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı dongə 1* nömrəli evin 1/6 hissəsinin Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsi səbəbləri üzürlü sayılmış və həmin müddət uzadılaraq Cavabdeh1 Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinə həmin miras əmlakda payı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 29 sentyabr 2*21-ci il tarixli 2(1*4)- 3577/2*21 saylı qətnaməsi ilə, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 22.*4.2*21-ci il tarixli 2(*44)-822/2*21 saylı qətnaməsi ləğv edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair Cavabdeh1 iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.*5.2*22-ci il tarixli, 2(1*2)-2139/2*22 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı Gəncə şəhər 1 saylı notariat ofisinin sənədlərin qeydiyyatı kitabına tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 notariat kontoruna müraciət edərək anası X6 24.*7.2*18-ci il tarixdə vəfat etməsi, miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış bütün əmlakdan ibarət olması qeyd etməsi barədə ərizəsi kitabda 3*.*7.2*18-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 6-cı döngə, ev 1* ünvanda *.*6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.8 kv.m olan fərdi yaşayış evinin üzərində X37, X26 payı 2/6 müəyyən edilmiş və 14.11.2*14-cü il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1514*16697 qeydiyyat nömrəsi ilə qeydə alınmış, X6 payı 1/6 müəyyən edilmiş və payı 11.*8.2*22-ci il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1522*21813 qeydiyyat nömrəsi ilə qeydə alınmış, X21 1/6 müəyyən edilmiş və payı *1.*9.2*22-ci il tarixdə 2*1*13**1574-1*3*1 reyestr nömrəsi ilə 1522*2395* qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. X39 11.*4.2*17-ci il tarixdə, X14 24.*7.2*18-ci il tarixdə ölmüşdür. Onların ölümü ilə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 6-cı döngə, ev 1* ünvanda *.*6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.8 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsinə X25 münasibətdə, 1/6 hissəsinə isə X1* münasibətdə miras açılmışdır. *6.*2.2*17-ci il tarixdə X39 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 23.11.2*17-ci il tarixdə X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. 16.*9.2*22-ci il tarixli 2V-235 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə üzrə X38 şəhadətnamə əsasında 11.*4.2*17-ci il tarixdə ölmüş X21 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçı hesab edilmiş və ona miras əmlakdan tam hissədə ayrılmışdır. 18.*8.2*22-ci il tarixli 2V-194 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə üzrə X38 şəhadətnamə əsasında 24.*7.2*18-ci il tarixdə ölmüş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh1 hesab edilmiş və ona miras əmlakdan tam hissədə ayrılmışdır. Cavabdeh1 tərəfindən Gəncə şəhəri Nizami rayonu,Cavadxan küçəsi 6-cı döngə 1* nömrəli evin 1/6 hissəsinin onun tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsi səbəblərinin üzürlü sayılması və həmin müddət uzadılaraq Cavabdeh1 Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinə həmin miras əmlakda payı müəyyən edilməsinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2(*44)-822/2*21 saylı 22 aprel 2*21-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 29 sentyabr 2*21-ci il tarixli 2(1*4)-3577/2*21 saylı qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 22.*4.2*21-ci il tarixli 2(*44)-822/2*21 saylı qətnaməsi ləğv edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair Cavabdeh1 iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.*5.2*22-ci il tarixli, 2(1*2)2139/2*22 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. İlkin İddiaçı məhkəmə qətnamələri ilə Cavabdeh1 mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrsüz hesab edildiyini və onun mirası saxta sənədlər əsasında qəbul etdiyini qeyd edərək 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi ilə, qarşılıqlı iddiaçı Cavabdeh1 isə İddiaçı Gəncə şəhəri 1 saylı Notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən X21 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı 1* №-li evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 №-li X38 şəhadətnaməni, həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 №-li dövlət qeydiyyatını etibarsız hesab edib, anası X9 oğlu X21 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onun isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payı onun mülkiyyətinə verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə əlaqədar qeyd edir ki, iddia tələbi 2***-ci ildən sonra baş vermiş daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair münasibətləri normaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının *4 may 2**7–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə ilkin 18.*8.2*22-ci il tarixli 2V-194 saylı vəsiyyətnamə üzrə X38 şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddiaçı mərhum X14 vəfat edərkən mərhumun oğlu, ilkin iddiaçının atası X21 yerinə vərəsə kimi çıxış etdiyindən iddia qaldırmağa subyektiv hüququ vardır. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, yuxarıda qeyd edildiyi kimi, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması məsələləridir. Ona görə də məhkəmə yoxlanılmalı olan ikinci məsələ ilə bağlı qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən, 18.*8.2*22-ci il tarixli 2V-194 saylı vəsiyyət üzrə X38 şəhadətnamənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Belə ki, ilkin iddiaçının tələbinin birinci əsası kimi eyni notariat ofisinin eyni notariusun *2 yanvar 2*21-ci il tarixdə müddət buraxıldığına görə notariat hərəkərtlərinin aparılmasından imtina etmə haqqında qərar qəbul etməsi və həmin qərarın ləğv edilməməsi, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mirasın qəbulu üçün buraxılmış müddətin üzrsüz sayılması və bərpa edilməməsi və həmin məhkəmə qərarlarının qanuni qüvvəyə minməsi, ikinci hissəsi isə saxta sənədlər əsasında yeni vərəsəlik şəhadətnaməsinin verilməsindən ibarətdir. Məhkəmə ilkin iddia tələbinin birinci əsası ilə bağlı qeyd edir ki, Cavabdeh1 məhkəmə baxılan tələbi Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı dongə 1* nömrəli evin 1/6 hissəsinin onun tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsi səbəbləri üzürlü sayılması və həmin müddət uzadılaraq Cavabdeh1 Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 1* nömrəli evin 1/6 hissəsinə həmin miras əmlakda payı müəyyən edilməsi ilə bağlı olmuş və məhkəmə qətnamələri mirasın qəbulu üçün müddətin üzrlü səbəbdən buraxılmaması ilə bağlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qətnamələr sonradan Cavabdeh1 mirasın qəbulu ilə bağlı vaxtında ərizə verdiyi müəyyən olunduğu halda ona mirasın qəbulu barədə şəhadətnaməsinin verilməsini qadağan etmir və qarşısını almır. İlkin iddiaçının ikinci əsası, yəni saxta sənədlər əsasında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən həmin sənədlərin saxtalığı ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Həmçinin iş materialları ilə müəyyənləşdirilmişdir ki, Cavabdeh1 notariat kontoruna müraciət edərək anası X6 24.*7.2*18-ci il tarixdə vəfat etməsi, miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış bütün əmlakdan ibarət olmasını qeyd etməsi barədə ərizəsi elektron sistemdə 3*.*7.2*18-ci il tarixdə qeydə alınmışdır. Həmçinin məhkəmə baxışı zamanı Gəncə şəhər 1 saylı Notariat ofisinin sənədlərin qeydiyyatı kitabına tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Cavabdeh1 notariat kontoruna müraciət edərək anası X6 24.*7.2*18-ci il tarixdə vəfat etməsi, miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış bütün əmlakdan ibarət olması qeyd etməsi barədə ərizəsinin kitabda 3*.*7.2*18-ci il tarixdə qeydə alındığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaçının X21 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı 1* №-li evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 N-li X38 şəhadətnaməni etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı ilkin iddaçının atası, yəni qardaşı X39 11.*4.2*17-ci ildə vəfat edəndə anası X1 olduğunu, qardaşı Zaurun qanun üzrə vərəsələr sırasında anası, yəni onun anası Səmayə, bir də, qızı İddiaçı olduğunu, anası Səmayanın Zaurdan qalmış mirası faktiki qəbul etdiyini, bu baxımdan Zaurdan qalan miras anası tərəfindən faktiki qəbul etdiyindən və o anası Samayanın vərəsəsi kimi Zaurdan anasına keçən payı qəbul etdiyini qeyd edərək 16.*8.2*22-ci il tarixli 2V-235 N-li X38 şəhadətnaməni etibarsız hesab edilməsini tələb etsə də, anası Samaya tərəfindən oğlu Zaurun mirasını qəbul etməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etmədiyindən və qarşılıqlı iddiaçı özü Hənifəyev Zaura münasibətdə birinci növbə vərəsə olmadığından onun iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı idda tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə qarşılıqlı idda tələbinin 16.*8.2*22-ci il tarixli 2V-235 nömrəli vəsiyyətnamə üzrə X38 şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi, anası X5 oğlu X21 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onu isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payın onun mülkiyyətinə verilməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı idda tələbi 16.*8.2*22-ci il tarixli 2V-235 N-li X38 şəhadətnaməni etibarsız hesab edilməsi hissəsində təmin edimədiyindən və bu baxımdan qarşılıqlı iddia tələbi qalan hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, həm ilkin iddia, həm də qarşılqı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddiaçı və qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233 və 36*-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 Cavabdeh1 qarşı 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X19 qarşı Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən verilmiş X21 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 1* nömrəli evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 nömrəli vəsiyyətnamə üzrə X38 şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi, anası X5 oğlu X21 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onu isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payın onun mülkiyyətinə verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar