Məhkəmə qərarları › İş №2(125)-3160/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3160/2025

22.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3160/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Qasımov Zakir Zaur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) xx.xx.2008-cu il tarixdə tarixdə anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1r. O, 02 iyul 2008-ci ildə anadan olmuş, uşaqlıqdan əlildir. Danışmır, görmür, fikrini ifadı edə bilmir. 08.03 2025-ci ıl tarixdən 1-ci qrup əlil hesab edilmiş, əlilliyi müddətsiz təyin olunmuşdur. Anadangəlmə xəstə olmaqla xəstəliyinin diaqnozu: G80.0 Kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflic.Ağırlaşma H47.2 Görmə sinirinin atrofiyası. Oğlunun hazırkı vəziyyəti, (yəni danışa bilmir,gözləri görmür.fikrini ifadə edə bilmir) onun tək, nəzarətsiz qalmasına imkan vermir. Oğlumun hüquqlarının müdafiə olunması,müavinət və təqaüd ödəniş kartlarından istifadə etməsi üşün ona qəyyum lazımdır. Onun qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məsələyə baxılmasına, onun oğluna qəyyum təyin edilməyinə ehtiyac yaranmışdır. Belə ki, paltarlarını geyinə bilmir, özünü təmiz saxlamır təbii ehtiyaclarını tək ozü yerinə yetirə bilmir, kənar şəxsin köməkliyi olmasa sərbəst yemək qəbul edə, görmə və nitq qüsuruna qörə istəyini ifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamələrin surətindən görünür ki, xx.xx.2008-cu il təvəllüdlü X3 atası X2, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” X7 Gəncə regional ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli 324 saylı rəyindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. xx.xx.2008-ci ildə anadan olmuş X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz əməlinin faktikini xarakterini dərk etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. O, bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2008-cu il təvəllüdlü X3 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2008-cu il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Buna görə də xx.xx.2008-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2008-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar