Məhkəmə qərarları › İş №2(125)-3169/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3169/2025

01.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3169/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X19 adına 39 nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X19 adına 39 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *4 mart 2*25-ci il tarixli “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı ixtisasca azərbaycan dili və ədəbiyyat müəllimidir və eyni zamanda 2**6-cı ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. *4.*3.2*25-ci il tarixdə Gəncə şəhəri X19 adına 39 nömrəli tam orta məktəbin direktorunun əmri ilə heç bir əsaslı səbəb olmadan İddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "Ç" bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrlə razılaşmayaraq və AR Konstitusiyasında təsbit olunmuş hüquqlardan istifadə edərək aidiyyəti üzrə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Onun işdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur və odur ki, məhkəmədə həmin əmr iddia ərizəsi ilə mübahisələndirilir. Məlumat üçün bildirilir ki, cavabdeh məktəb iddiaçıya nə əmrin surətini, nə də ki, əmək kitabçasını təqdim etməmişdir, iddiaçı vəkil ilə müqavilə bağladıqdan sonra vəkil tərəfindən məktəbə sorğu göndərilərək iddiaçının işdən çıxarılmasına əsas olan müvafiq sənədləri istəsə də cavabdeh məktəb necə ki iddiaçını işdən çıxararkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdursa, eyni zamanda "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələblərinə əməl etməyərək vəkilin peşə fəaliyyətini həyata keçirməyə mane olmaqla yanaşı iddiaçının hüqularını kobud şəkildə pozmaqda davam etmişdir. Halbuki İddiaçı ona həvalə edilən tərəfindən iş vaxtı hər hansı qayda pozuntusuna yol vermədiyinə görə 18 ildən artıq müddətdə eyni məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır, ümumilikdə 1988-ci ildən etibarən təhdil sistemində pedaqoji stajı var və bu illər ərzində hər hansı bir intizam pozuntusuna yol verməmişdir. Hətda 2 dəfə Təhsil idarəsi tərəfindən təltif olunmuşdur. İddiaçı ona həvalə olunan "elektron jurnal"da olan çatışmamazlıqlarla bağlı həm məktəb direktoruna, eyni zamanda Regional Təhsil idarəsinə bağlı həmin işin başqa şəxsə həvalə edilməsini xahiş etsə də heç bir qanuna və sənədə istinad etmədən xahişə baxılmamış və iddiaçıya xəbərdarlıq, töhmət və şiddətli töhmət verilmiş və daha sonra qanunsuz əmrlə vəzifədən kənarlaşdırılmışdır. İddiaçıya işdən çıxarılma ilə bağlı heç bir sənəd təqdim edilmədiyinə görə iddia ərizəsinin əsaslandırılması məhkəməyə cavabdeh tərəfindən iddiaçı ilə bağlı sənədlər təqdim edildikdən sonra aparılacaqdır. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək işçinin izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Belə olan halda da verilmiş əmr qanunsuzdur. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdehlə iddiaçı arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdi nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, *4 mart 2*25-ci il tarixli "Əmək müqaviləsinin ləğvi barədə" əmr əsassız və qanunsuzdur. Buna görə də əmr ləğv edilərək İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilşisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, fakultativ məşğələlərin təşkil oluna bilməməsi barədə iddiaçı tərəfindən cavabdeh məktəbə lazımi qaydada məlumat verilmiş, vəzifə bölgüsünə uyğun olaraq, öhdəliyi lazımınca icra edilmişdir, bu hal cavabdeh tərəfdən təqdim edilmiş sənədlərdə öz əksini tapmışdır. Barəsində qəbul olunmuş intizam tənbeh tədbirləri iddiaçıya təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin bildirdi ki, iddiaçı saxta xəstəlik vərəqələrini məktəbə təqdim edərək işdə olmamışdır, həmin vərəqələrin hər dəfə ayrı əsaslarla verilməsini nəzərə alaraq onların saxta olduğunu ehtimal edir. İddiaçı cavabdeh məktəbdə 2**6-cı ildən işləyir, daha əvvəl də belə xəstəlik vərəqələri əsasında işə gəlmədiyini dəqiq xatırlamır. Mübahisələndirilən əmrin əsaslarından olan etik davranış qaydalarının pozulması məktəbdə keçirilən iclasın sonunda iddiaçının onun haqqında şərəf-ləyaqəti ləkələyən ifadələr işlətməsi və ona bəddua etməsidir, loyallığın pozulması məktəb rəhbərliyi haqqında üst qurumlara, prokurorluq orqanlarına şikayətlər etməsidir, vəzifə öhdəliklərini yerinə yetirməməsi vəzifə bölgülərini yerinə yetirməməsidir. O, 2*12-ci ilin aprel ayında direktor olaraq məktəbə təyin edilmişdir, həmin tarixdən qeyd edilən pozuntular baş vermişdir, belə ki, məktəbdə cinayət baş vermişdir, buna görə həmin dövrdə direktor vəzifəsini icra edən İddiaçı xəbərdarlıq edilmişdir. Bundan başqa, İddiaçı qarşı xüsusi ittiham qaydasında cari ilin mart ayında məhkəməyə müraciət etmişdir, lakin icraatın nəticəsinə dair məlumatı yoxdur. Cavabdeh məktəb böyük olduğu üçün 4 direktor müavini var və hər birinə vəzifə bölgüsünə uyğun olaraq fərqli vəzifələr tapşırılır. İddiaçıya keçən ildən vəzifə bölgüsünə uyğun olaraq, əvvəlki illərdən fərqli vəzifələr tapşırılmışdır. İddiaçıdan əvvəlki vəzifə bölgüsünün götürülməsinə səbəb bu olmuşdur ki, 2*22-ci ildə pul mənimsənilməsiylə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, həmin araşdırma nəticəsində məktəbin direktoru olaraq onun tərəfindən cərimə ödənilmiş və araşdırmaya bəraətverici əsaslarla xitam verilmişdir. Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”na əsasən, loyallıq prinsipini pozduğu üçün iddiaçıya intizam tənbeh tədbiri tətbiq olunmuşdur. İddiaçıya tətbiq edilmiş intizam tənbeh tədbirləri poçt rabitəsiylə göndərilmişdir, göndərişə dair qəbzlər təqdim etməni təsdiqləyir, təqdim etməni bundan başqa təsdiqləyən hər hansı sübut yoxdur, belə ki, iddiaçı bildirişi imzalamaqdan imtina etdiyi poçt rabitəsi vasitəsiylə iddiaçının yaşadığı evə göndərilmişdir. Rüşvət alma və rüşvət vermə hallarına dair sənədlər ümumi qaydada məhkəməyə təqdim edilmişdir, çünki sübut qismində nəzərə alına biləcəyi ehtimal edilmişdir, rüşvət alma və rüşvət vermə hallarına dair müvafiq araşdırma aparılaraq cinayət işini başlanması rədd edilmişdir. Fakultativ məşğələlərin təşkil edilməsi vəzifə bölgüsünə uyğun olaraq direktor müavini olaraq iddiaçının öhdəsində idi, belə məşğələ keçirilməsi üçün əlavə maliyyə ayrılır, müavin bunu təşkil edə bilmirsə, sentyabr ayının 15-dən sonra 5 gün ərzində məlumat verməli idi, yoxlama apardıqdan sonra fakultativ məşğələlərin təşkil edilmədiyi müəyyən edilmiş və iddiaçıya intizam tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda fakultativ məşğələ keçirilmir, belə məşğələnin təşkilinin qeyri-mümkünlüyü ilə əlaqədar deyil. Fakultativ məşğələ 1* və 11-ci siniflər üzrə şagirdlərin müraciəti əsasında təşkil edilir, lakin belə müraciət olmadığı üçün fakultativ məşğələlər ləğv edildi və bu məşğələlərin keçirilməsi üçün müəllimlərə ödənilmiş pul məbləğləri geri qaytarıldı, həmin müəllimlərə xəbərdarlıq edildi. Elektron jurnallara müvafiq qeydləri aparmayan müəllimlərə xəbərdarlıq edilmiş, vəzifə bölgüsünə uyğun olaraq həmin vəzifəni icra eləmədiyi üçün direktor müavininə intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Elektron jurnal 2*19 və ya 2*21-ci il tarixdən tətbiq olunmuşdur, hazırkı tədris ilindən müvafiq nəzarətin aparılması üçün iddiaçıya həvalə olunmuşdur. Daha əvvəlki illərdə elektron jurnalların tərtibində pozuntu olmamışdır. Məktəbdə kağız və elektron jurnal mövcuddur, kağız jurnalda aparılan qeydlər eyniylə elektron jurnalda göstərilir. Elektron jurnalların tərtibi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq məktəbdə fəaliyyətinin elektron qaydada nəzarətini təmin edir, həmin jurnalların tərtibində ləngimə həmin nəzarətin pozulmasına səbəb olur. Elektron jurnalların tərtibinə nəzarət bir direktor müavininə həvalə olunur, 2*23 və 2*24-cü illərdə elektron jurnalların tərtibi direktor müavini kimi iddiaçıya həvalə olunmamışdır, daha əvvəlki illərdə belə vəzifə həvaləsini xatırlamır. Əgər hazırkı mübahisə üzrə qərəz olsaydı, iddiaçının əmək münasibətlərinə ümumiyyətlə xitam verilərdi, halbuki müəllim olaraq fəaliyyətinə davam edir, beləliklə, əmr qanuni və əsaslıdır. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallaırnda olan, İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı *1.11.2**5-ci il tarixdən Gəncə şəhəri X19 adına 39 nömrəli tam orta məktəbə *.5 ştat vahidi olan Təlim –tərbiyə isləri üzrə dirüktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 2*24-2*25-ci il üzrə vəzifə bölgüsünün surətinə və X19 adına 39 nömrəli tam orta məktəbin 16.*9.2*24-cü il tarixli 795 ömrəli əmrinə əsasən, Məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, əməyin elmi təşkilinə nail olmaq məqsədilə məktəb rəhbərləri arasında vəzifə təlimatı aşağıdakı qaydada aparılsın: İddiaçı - təlim-tərbiyə işləri üzrə direktor müavini 1. dərsin elmi-metodiki cəhətdən vaxtında aparılmasına cavabdehlik; 2. qabaqcıl təcrübənin öyrənilməsi və yayılması işinin təşkilində iştirak etmək, nəzarət etdiyi fənlər üzrə müəllimlərin peşakarlıq səviyyəsinin öyrənilməsini təmin etmək; 3. fakültativ fərdi qrııp məşğələlərinin təşkili və sənədləşdirilməsinə cavabdehlik; 4. tarix, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, texnologiya fənlərinin tədrisinə nəzarət və rəhbərlik; 5. hər üç aydan bir nəzarətinə verilmiş fənlər üzrə (tarix, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, texnologiya) monitorinq aparmaq, nəticəsini pedaqoji şuraya hazırlamaq; 6. pedaqoji prosesin düzgün təşkilinə, tədris proqramının yerinə yetirilməsinə, müəllimlərin dərs gündəliyini (5a, 5b, 5c, 5ç, 5d, 6a, 6b, 6c, 6ç, 6e, 9ç, 9d, 9e, 1*c, 1*, 1*, 11c, 11ç, 11d siniflər üçün) müntəzəm və elmi metodiki qaydada tərtibinə nəzarət və rəhbərlik; 7. imtahanlara hazırlıq və onun keçirilməsi ilə əlaqədar əməli fəaliyyət (azərb.bölm. üçün); 8. mütəmadi olaraq müəllimlərin sinif jurnalları ilə işləmə vəziyy itini öyrənmək məqsədi ilə yoxlama aparmaq, qeydlər etmək, yol verilmiş nöqsanların icra müddətini nəzarətə götürmək; 9. həftə ərzində müəllimlərin 5-6 saat dərsini müşahidə edib onlara metodiki köməklik göstərmək; 1*. 5a, 5b, 5c, 5ç, 5d, 6a, 6b, 6c, 6ç, 6e, 9ç, 9d, 9e, 1*c, 1*, 1*, 11c, 11ç, 11d siniflərinin dərsə davamiyyətinin təşkili və uçotunun aparılması; 11. şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin vaxtında hazırlanması prosesinə nəzarət etmək və ümumi rəhbərə təhvil verilməsini təmin etmək; 12. zəfər tarixi kursunun və ortaq türk tarixi dərslərinin tədrisini xüsusi nəzarətə götürmək; 13. sinif jurnallarının (azərb.bölm.üçün) düzgün doldurulmasına, şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarət etmək; 14. məktəbin tarix, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, texnologiya metodbirləşmələrinin fəaliyyətinə rəhbərlik, müəllimlər arasında metodiki işin təşkilinə cavabdehlik; 15. qabaqcıl pedaqoji təcrübənin müəyyənləşdirilməsinə (azərb.bölməsi 5a, 5b, 5c, 5ç, 5d, 6a, 6b, 6c, 6ç, 6e, 9ç, 9d, 9e, 1*c, 1*ç, 1*d, llc, llç, 1 İd siniflərdə), öyrənilməsinə və tətbiqinə məsul şəxs; 16. 5a, 5b, 5c, 5ç, 5d, 6a, 6b, 6c, 6ç, 6e, 9ç, 9d, 9e, 1*c, 1*, 1*, 11c, 11ç, 11d siniflərin təlim-tərbiyəsinə, dərslərə davamiyyətinə və tədrisə nəzarət və rəhbərlik; 17. məktəbin STEAM dərslərinə, elektron jurnallara, məktəbin sosial şəbəkələrə, xüsusi istedadlı şagirdlərə, RFO və RFM hazırlığına və nəticələrinə cavabdehlik; hər yarımil ərzində 2 dəfə, tədris ili ərzində 4 dəfə MS Teams platformasından monitorinqlərin keçirilməsi və məktəb direktoruna təqdim olunması; 18. hər yarımil ərzində 2 dəfə, tədris ili ərzində 4 dəfə MS Teams platformasından monitoriııqlərin keçirilməsi və məktəb direktoruna təqdim olunması; 19. 9 ,11-ci siniflərdə attestatın yazılmasına məsul şəxs (9ç, 9d, 9e, 11c, 11ç, 11d sinifləri üçün); 2*. etik davranış prinsiplərini (vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik,ictimai etimad, kenfıdensiallıq) gözləmək, tələblərə ciddi şəkildə əməl etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsilverənlərin və təhsilalanlarm şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlarla münasibətdə aqressiv olmamaq, kobud davranışlara yol verməmək; 21. Məktəb binasının daxilində və lıəyətində şəxsi təhlükəsizliyinə görə məsuliyyət daşımaq; 22. V günün növbətçiliyinə cavabdehlik; 23. Ali məktəbə qəbul olan şagirdlərin dəqiqləşdirilməsi. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilimş 335 nömrəli, *4.*6.2*24-cü il tarixli əmrə əsasən, X19 adına 39 nömrəli tam orta məktəbin TTİÜDM və Azərbaycan dili- ədəbiyyat müəllimi İddiaçı təhsilverənlərin etik davranış qaydalarını pozduğu üçün (*4.*6.2*24-cü il tarixdə keçirilən pedaqoji şurada məktəbin direktoru Nizami Rzayevin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün) töhmət verilmişdir. İş materiallarında olan *4.*6.2*25-ci il tarixli akta əsasən, məktəbin *4.*6 2*24-cu ıl tarixində X2* adına 39 nömrəli tam orta məktəbin akt zalında məktəbin pedaqoji şurası keçirildi. Pedaqoji şurada məktəb rəhbəri Nizamı Rzayev çıxış edərək bır çox vacib məqamlara toxundu. Həmçinin 15 may 2*24-cü il “Təhsilverənlərin etik davranış Qaydalarfnm təsdiq edilməsi və " Müəllimlərin etik davranış Qaydalarfmn təsdiq edilməsi haqqında" qərarla tanış etdi. Müəllimlərin etik davranış qaydalarına diqqət və məsuliyyətlə yanaşmalarını tövsiyə etdi. Eyni zamanda son zamanlar məktəbin kollektiv üzvləri adından bəzi üst qurumlara məktəb rəhbəri haqqında şikayətlərin yazılması və bu şikayətlərin yoxlamalar tərəfindən araşdırılaraq əsassız olduğunu bildirdi. Onu da qeyd etdiki araşdırmalar nəticəsində məlum olub ki, şikayət məktubunda adları qeyd olunan müəllimlərin saxta imzalarından istifadə edərək onların adından məktublar ünvanlanıb Belə halların bir daha təkrarlanmaması və təkrarlanarsa həmin müəllimlər aşkarlanaraq qaydalara uyğun tədbir görüləcəyini bildirdi. Bir daha hər kəsin Müəllim etik davranış qaydalarına ciddi əməl etmələri barədə məlumat verərək iclası yekunlaşdırdı. Bu zaman məktəb rəhbəri və müəllimlər iclas zalını tərk etmək istəyərkən Məktəbin TTİÜDM-ni İddiaçı müəllimlərin yerlərində əyləşmələrini istədi. Hər kəs ayaq saxlayıb onu dinlədikdə, onun direktorun ünvanına etik davranış qaydalarına zidd çıxış etmələrim görüb məktəb rəhbəri və müəllimlər iclas zalını tərk etməyə başladılar. Bu zaman İddiaçı səsini daha da yüksəldərək direktorun ünvanına xoşagəlməz, yersiz ifadələr işlətməyə davam etdi. Həmin zaman müəllimlərdən bir neçəsi İddiaçı yaxınlaşaraq düzgün danışmadığım və məktəb rəhbərinin ünvanına dediyi ifadələrə etirazlarını bidirdilər. Bu zaman İddiaçı deyilənlərə məhəl qoymayıb çıxışına davam edə-edə zalı tərk edərkən yıxıldı. Müəllimlər kömək etmək istəsələrdə onları özünə yaxın qoymayıb, təcili tibbi yardım çağrılmağını istədi. Təcili tibbi yardım heyəti gələrək ilk yardım göstərdi və bir müddətdən sonra müəllimlərin köməyilə təcili tibbi yardım maşını ilə yola salındı. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş 912 nömrəli, 29.1*.2*24-cü il tarixli əmrə əsasən, X19 adına 39 nömrəli tam orta məktəbin TTİÜDM İddiaçı işinə qeyri-ciddi yanaşdığı üçün, vəzifə bölgüsü üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (fakultativ fərdi qrup məşğələlərini təşkil edə bilmədiyi üçün) sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X19 adına 39 nömrəli tam orta məktəbinı verilmiş təqdimatın surətindən görünür ki, 19.*9.2*24-cü il trixdə 15 müəllimə dərs yükü kimi verilən dərsdənkənar (fakultativ) məşğələlər 8-ci saatlarda sinif təşkil olunmadığı üçün, şagirdlər olmadığı üçün müəllimin işdə olmasına baxmayaraq dərslər keçirilməmişdir. İş materiallarında olan, İddiaçı tərəfindən və digər əməkdaşlar tərəfindən təsdiq olunmuş *9.1*.2*24, *2.1*.2*24, 17.1*.2*24, 15.1*.2*24, 18.1*.2*24, 23.1*.2*24, 25.1*.2*24-cü il tarixli aktlara əsasən, müəllinlərin dərsdənkənar fakultativ məşğələləri yoxlanılıb, müəllimlərin hər biri məktəbdə olsalar da dərsdə davamiyyət təşkil edə bilməyiblər. İş materiallarında olan, X19 adına 39 nömrəli tam orta məktəbə tarix müəllimi Alim Alverdiyev tərəfindən verilmiş 23.1*.2*24-cü il tarixli, ingilis dili müəllimi İlahə İsmayılov tərəfindən verilmiş 23.1*.2*24-cü il tarixli, riyaziyyat müəllimi Məhəbbət Həsənova tərəfindən verilmiş 24.1*.2*24-cü il tarixli, coğrafiya müəllimi Samirə Əliyeva tərəfindən verilmiş 24.1*.2*24-cü il tarixli ərizələrə əsasən, dərsdənkənar məşğələ olan dərsin onlardan götürülməsini xahiş etmişlər. İş materiallarında olan, X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən İddiaçı ünvanlanmış 29.1*.2*24-cü il tarixli bildirişə əsasən, işinə qeyri ciddi yanaşdığı üçün, vəzifə bölgüsü üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və gələcəkdə vəzifə funksiyalarının yerinə yetirilməsində nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi nəzərə çatdırılır. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən həmin məktəbin X1* Komitəsinə ünvanlanmış 22.11.2*24-cü il tarixli təqdimata əsasən, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və Azərbaycan dili-ədəbiyyatı müəllimi İddiaçı dəfələrlə işinə qeyri ciddi yanaşdığı üçün, təhsilverənlərin etik davranış qaydalarını pozduğu üçün (*4.*6.2*24-cü il tarixdə keçirilən pedaqoji şurada məktəbin direktoru Nizami Rzayevin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün) töhmət, vəzifə bölgüsü üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün (fakültativ fərdi qrup məşğələlərini təşkil edə bilmədiyi üçün) 29.1*.2*24-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan nəticə çıxardıb əməllərində dönüş yaratmaqdansa, yenə də vəzifə funksiyasının öhdəliklərini yerinə yetirmir (elektron jurnalın işlənməsi), vəzifə öhdəliyində olan sənədləri, hesabatları vaxtı vaxtında rəhbərliyə təqdim etməyərək məktəbin işinə süni əngəllər yaradır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini kimi əmək müqaviləsinin ləğv etdirilməsinə, müəllim olaraq işdə saxlanılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Gəncə şəhər X19 adına 39 nömrəli tam orta məktəbinin X1*nın 22.11.2*24-ci il tarixdə keçirilən iclasın 44 nömrəli protokolundan çıxarışdan görünür ki, Məktəbin direktoru Nizami Rzayevin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və Azərbaycan dili-ədəbiyyatı müəllimi İddiaçı ilə bağlı məktəbin X1* Komitəsinə təqdim etdiyi təqdimatın müzakirəsi üzrə məktəbin X1* Komitəsi məktəbin direktoru Nizami Rzayevin məktəbin AHl-nin sədrinə təqdim etdiyi təqdimata fikir bildirərək, İddiaçı bir daha etdiyi səhvlərdən nəticə çıxarmaq üçün zaman və şans verməyi xahiş edilmişdir. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən həmin məktəbin X1* Komitəsinə ünvanlanmış 16.12.2*24-cü il tarixli təqdimata əsasən, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və Azərbaycan dili-ədəbiyyatı müəllimi İddiaçı dəfələrlə işinə qeyri ciddi yanaşdığı üçün, təhsilverənlərin etik davranış qaydalarını pozduğu üçün (*4.*6.2*24-cü il tarixdə keçirilən pedaqoji şurada məktəbin direktoru Nizami Rzayevin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün) töhmət, vəzifə bölgüsü üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün (fakültativ fərdi qrup məşğələlərini təşkil-edə bilmədiyi üçün) 29.1*.2*24-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan nəticə çıxardıb əməllərində dönüş yaratmaqdansa, yenə də vəzifə funksiyasının öhdəliklərini yerinə yetirmir (elektron jurnalın və məktəbin digər sənədlərin işlənməsi), əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarını pozaraq ondan 5*** (beş min) manat tələb olması barədə müəyyən orqanlara müraciət edib, öz etiraf etdiyi kimi təhsilverənlərin və rəhbərliyin səslərini yazaraq həmin səs yazıların sosial şəbəkələrdə yayılmasına şərait yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini kimi əmək müqaviləsinin ləğv etdirilməsinə, lakin ailə vəziyyətini nəzərə olaraq müəllim olaraq işdə qalmasına münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Gəncə şəhər X19 adına 39 nömrəli tam orta məktəbinin X1*nın 16.12.2*24-ci il tarixdə keçirilən iclasın 44 nömrəli protokolundan çıxarışdan görünür ki, təqdimata əsasən X1* Komitəsinin sədr və üzvlərindən ibarət iclas təşkil olundu, iclasda AHİK-nin sədri Türkan Seyidova məktəbin müvəqqəti olaraq direktor vəzifəsini icra edən X3 AHİK-nə təqdim etdiyi təqdimat ilə iclas iştirakçılarını tanış etdi. Təqdimatda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və Azərbaycan diliədəbiyyatı müəllimi İddiaçı dəfələrlə işinə qeyri ciddi yanaşdığı üçün, təhsilverənlərin etik davranış qaydalarını pozduğu üçün töhmət, vəzifə bölgüsü üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 29.1*.2*24-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi, bundan nəticə çıxardıb əməllərində dönüş yaratmaqdansa, yenə də vəzifə funksiyasının öhdəliklərini yerinə yetirməməsi (elektron jurnalın işlənməsi), vəzifə öhdəliyində olan sənədləri, hesabatları vaxtı vaxtında rəhbərliyə təqdim etməyərək məktəbin işinə süni əngəllər yaratması, əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarını pozaraq özü etiraf etdiyi kimi ondan 5*** (beş min) manat tələb olması barədə müəyyən orqanlara müraciət edib, təhsilverənlərin və rəhbərliyin səslərini yazaraq həmin səs yazılarının sosial şəbəkələrdə yayılmasına şərait yaratması bildirildi. Təqdimatda yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən uzaqlaşdırılmasına, lakin müəllim olaraq işdə qalmasına münasibət bildirmək qeyd edilmişdir (tərtib olunmuş aktlar, sinif jurnalların surəti, elektron jurnalların çıxarışları və s.). İclasda AHİK-nin sədri Türkan Seyidova çıxış edərək qeyd etdiki, İddiaçı dəfələrlə işinə qeyri ciddi yanaşdığı üçün intizam tənbehi verilmiş, lakin təqdimatda göstərildiyi kimi onunla bağlı bir çox neqativ hallar baş verməkdə davam edir.Türkan Seyidova bu neqativ hallarla bağlı dəfələrlə özü ilə fərdi şəkildə, həmçinin məktəbdə fəaliyyət göstərən bir neçə müəllimlərində onunla söhbətlər etdiyini bildirdi. Lakin təəssüflər olsun ki, bu söhbətlərin də İddiaçı üçün faydası olmadığını dedi. İclasda iştirak edən müəllimlər çıxış edərək bicirdilər ki, bu cür hadisələr müəllim adına ləkə gətirməklə yanaşı, məktəbimizin nüfuzuna xələl gətirir, məktəb kollektivi arasında ciddi narazılıqlara səbəb olur. Məktəbin X1* Komitəsi müvəqqəti .olaraq direktor vəzifəsini icra edən X3 məktəbin AHl-nın sədrinə təqdim etdiyi təqdimata etiraz etmədiklərini və təqdimatda yazılanlarla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən uzaqlaşdırılmasına, lakin müəllim olaraq işdə qalmasına razılaşdıqları bildirilmişdir. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən qəbul olunmuş 144 nömrəli, *4.*3.2*25-ci il tarixli əmrə əsasən, "Təhsil müəssisələri/Gəncə şəhəri üzrə/X19 adına 39 nömrəli tam orta məktəb" bölməsində "təlim-tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləyən "İddiaçı Telman Qizi" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alaraq: məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə vəzifə funksiyasının öhdəliklərini yerinə yetirmədiyi (elektron jurnalın və məktəbin digər sənədlərin işlənməsi), əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarını pozduğu, öz etiraf etdiyi kimi təhsilverənlərin və rəhbərliyin səslərini yazaraq həmin səs yazıların sosial şəbəkələrdə yayılması üçün (loyallıq) *4 mart 2*25-ci il tarixdən ləğv edilsin, sonuncu haqq-hesabı ödənilsin. 1. "Təhsil müəssisələri/Gəncə şəhəri üzrə/X19 adma 39 nömrəli tam orta məktəb" bölməsində "təlim-tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Telman qızı ilə bağlanılmış xxxxxxx***3** nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 7*. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən *4.*3.2*25 tarixindən xitam verilmiş. 2. İşçinin 12.1*.2*22 tarixindən *4.*3.2*25 tarixinə qədər istifadə edilməmiş * məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mühasibathğı həvalə edilmişdir. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş 12.12.2*24-cü il tarixli akta əsasən, məktəbin TTİÜDM-ni İddiaçı vəzifə öhdəliyində və onun məsuliyyətində olan siniflərdə sinif jurnallarının yazılmasına nəzarət etməkdə məsuliyyətsiz yanaşaraq jurnallarda olan nöqsanları vaxtı vaxtında aşkarlamayaraq ciddi qayda pozuntularına yol vermişdir. Belə ki, jurnallarda tarixlər müəllimlər tərəfndən buraxılaraq yazılmayıb; Jurnallarda kobud pozuntu işləri aparılıb; jurnallarda yazılan tarixlər dərs cədvəlilə uyğun gəlmir; KSQ qiymətləri yazılarkən "q" -lar qaydalara uyğun yazılmayıb; Əksər səhifələrdə davamiyyətlə bağlı qeydlər aparılmayıb; Çıxan şagirdə "q" yazılıb; Noyabrda məktəbə gələn şagirdə sentyabr ayında "q" yazılıb; Direktor müavini kimi özü 9d sinfində jurnalın arxasında səhifə 26*-da qeydlər aparmalı olduğu halda birbaşa səhifə 262-də öz qeydini yazıb; Sinif rəhbəri 9d sinfində səhifə 261də "Sinif jurnalının aparılmasına dair qeydlər" səhifəsində sinif təşkilat saatları yazıb. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş 14.12.2*24-cü il tarixli akta əsasən, məktəb rəhbəri X17 işləri üzrə direktor müavinlərilə iş otağında iclas keçirərkən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı qeyri-qanuni şəkildə direktorun səsini yazmış və həmin səsin müxtəlif sosial şəbəkələrdə təhqiramiz başlıqlar altında yayılmasına şərait yaratmışdır. İddiaçı isə həmin səs yazısının onun tərəfindən yazıldığını etiraf edərək, o səs yazısını Gəncə Daşkəsən Təhsil idarəsinə təqdim etdiyin bildirib. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş 25.12.2*24-cü il tarixli akta əsasən, məktəbin direktor müavini İddiaçı məktəbin direktoru Nizami Rzayevin seçkidə olduğu müddətdə onun müraciətlərinə baxmadığı üçün etik davranış qaydalarının loyallıq prinsipini pozaraq qərəzli şəkildə Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə şikayət ərizəsi ünvanlayıb. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş 13.12.2*24-cü il tarixli akta əsasən, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifə öhdəliyində olan Elektron Jurnalın işlənməsini ləngitməklə yanaşı, jurnalı düzgün şəkildə işləməyib. Bu isə müəllimlərin elektron jurnal işləməsinə ciddi problem yaradır. Beləki, elektron jurnalda əksər siniflərdə dərs cədvəlləri təsdiqlənməyib, heç bir sinifdə sentyabr, oktyabr ayları üzrə cədvəl kopyalanmayıb, müəllimlərin dərs saatları ilə cari saatları uyğun gəlmir, paralel siniflərin saatlarında uyğunluq yoxdur, hazır olan cədvəllərdə isə bir çox dərslər nəzarətsizlikdən işlənməyib. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş 25.12.2*24-cü il tarixli akta əsasən, məktəbin direktor müavini İddiaçı məktəbin direktoru Nizami Rzayevin seçkidə olduğu müddətdə onun müraciətlərinə baxmadığı üçün etik davranış qaydalarının loyallıq prinsipini pozaraq qərəzli şəkildə Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə şikayət ərizəsi ünvanlayıb. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2*.*2.2*25-ci il tarixli qərardan görünür ki, X11 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək X19 adına 39 nömrəli məktəbin İngilis dili müəllimi X2 7-ci sinif şagirdlərinin valideynlərindən və ondan müxtəlif səbəblərlə pul tələb etdiyini bildirmişdir. X6 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək X19 adına 39 nömrəli məktəbin direktoru Nizami Rzayev tərəfindən şagird və valideynlərdən pul tələb etməyə məcbur edilməsini bildirmişdir. İddiaçı şəhər prokurorluğuna ərizə ilə müraciət edərək X19 adına 39 nömrəli məktəbin direktoru Nizami Rzayev tərəfindən ondan 5*** manat məbləğində pul tələb edildiyini və əmək fəaliyyətinin icrasına mane oldunduğunu bildirmişdir. X7 və X8 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək X19 adına 39 nömrəli məktəbin direktor müavini İddiaçı məktəbdə aparılan yoxlamam bəhanə gətirərək onlardan pul tələb etdiyini bildirmişlər. Həmin müraciətlər bir icraatda birləşdirilərək Gəncə şəhər prokurorluğunda *9- C-25 nömrəsi ilə qeydiyyata alınaraq araşdırmanın aparılması həvalə olunmuşdur. Toplanmış 25-3-2-2-415-*246 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 və İddiaçı müraciətlərində göstərilən xüsusatlar əmək mübahisəsi ilə bağlı olduğundan məsələnin mülki məhkəmə qaydasında həlli məqsədilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən olunmuş *4.*3.2*25-cü il tarixli akta əsasən, məktəbin direktoru X9 məktəbin TTİÜDM İddiaçı işdən çıxardılması barədə məlumat verdi, işdən çıxardılması barədə bildiriş təqdim etdi və ondan imza atmasını xahiş etdi, lakin İddiaçı imza atmaqdan imtina etdi. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəb təərfindən İddiaçı ünvanlanmış *4.*3.2*25-ci il tarixli bildirişdən görünür ki, İddiaçı vəzifə funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyi (elektron jurnalın və məktəbin digər sənədlərin işlənməsi), əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarını pozduğu, özünün etiraf etdiyi kimi təhsilverənlərin və rəhbərliyin səslərini yazaraq həmin səs yazılarının sosial şəbəkələrdə yayılmasına şərait yaratdığı üçün (loyallıq) Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq *4 mart 2*25-ci il tarixdən onunla bağlanılan əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında *5.*8.2*24-cü il tarixli qərardan görünür ki, X1 Afət Telman qızından rüşvət qismində pul və ya digər maddi nemət istəmədiyindən və almadığından, eləcə də Nizami Rzayev tərəfindən 39 nömrəli tam orta məktəbdə həyata keçirilən yoxlama ilə bağlı hər hansı bir şəxsə rüşvət qismində pul və ya digər maddi nemət verilmədiyindən, həmin fakt üzrə hansısa şəxsin əməlində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X19 adına 39 nömrəli tam orta məktəbə həmin məktəbin TTİÜDM İddiaçı tərəfindən yazılmış 13.12.2*24-cü il tarixli ərizədən görünür ki, ona həvalə olunan elektron jurnal aktivləşmişdir, amma bəzi çatışmamazlıqlar qeyd olunmuşdur. Təzə gələn müəllimlərin UTSS gəlsə də, jurnalda görsənmir. Təhsil şöbəsinə müraciət etdi. Yazılı şəkildə müraciət etməyini, sistemdə problem olduğunu qeyd etdilər. Hal-hazırda səhhətində problem var. Əməliyyat olmalıdır. Bu haqda rəhbərliyə 1 dəfə yazılı, 2 dəfə şifahi müraciət etmişdir. Bütün bunları nəzərə alaraq bu işi müvəqqəti başqa bir adama həvalə etməyini xahiş etmişdir. İş materiallarında olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi X19 adına 39 nömrəli tam orta məktəb tərəfindən Gəncə şəhər X19 adına 39 nömrəli tam orta məktəbin TTİÜDM İddiaçı ünvanlanmış 763 nömrəli, 16.12.2*24-cü il tarixli məktubdan görünür ki, məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, əməyin elmi təşkilinə nail olmaq məqsədilə məktəb rəhbərləri arasında vəzifə bölgüsü hər tədris ilinin əvvəli pedaqoji şuranın qərarı əsasında aparılır və tədris ili müddəti dəyişdirilə bilməz. Tədris ilinin sonuna qədər elektron jurnalın məsuliyyəti sizin üzərinizdədir. Əgər səhhətinizdə problem varsa, bununla bağlı xəstəxanaya müraciət edib əmək qabiliyyəti olmamaq vərəqəsi açdıra bilər. İş materiallarında olan 26.*2.2*25-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, 17-28.*2.2*25-ci il tarixlərdə, 1*.*3.2*25-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, 1*-19.*3.2*25-ci il tarixlərdə, 3*.*4.2*25-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, 18-29.*4.2*25-ci il tarixlərdə, 29.*5.2*25-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, 3*.*4-*9.*5.2*25-ci il tarixlərdə İddiaçı işdən azaddır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 7*-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 3**ci maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 8*-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 3.*.5-ci bəndinə əsasən, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin Kollegiyasının KQ-*7 nömrəli, 15.*5.2*24-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.3-cü bəndinə əsasən, loyallıq: təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.*7.2*11-ci il tarixli qərardan görünür ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını və bundan irəli gələn digər tələblərinin təmin olunmasını xahiş etmiş, tələbini mübahisələndirdiyi əmrin qanunsuz və əsassız olmasıyla əsaslandırmışdır. Cavabdeh həmin əmrin qəbul edilməsi əsası kimi İddiaçı vəzifə funksiyasının öhdəliklərini yerinə yetirməməsinə (elektron jurnalın və məktəbin digər sənədlərin işlənməsi), əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarını pozmasına, öz etiraf etdiyi kimi təhsilverənlərin və rəhbərliyin səslərini yazaraq həmin səs yazıların sosial şəbəkələrdə yayılmasına (loyallıq) istinad etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdeh mübahisələndirilən əmrdə iddiaçının vəzifə funksiyasını yerinə yetirməməsi kimi elektron jurnalın və məktəbin digər sənədlərin işlənməməsini göstərmişdir. Halbuki, Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin izahatına əsasən elektron jurnalların tərtibində pozuntuya yol verilməsi Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin müvafiq məktəbə elektron qaydada nəzarətinə maneə yaradır. Halbuki, iddiaçının cavabdeh məktəb rəhbərliyinə elektron jurnalların işlənməsi zamanı qarşıya çıxan məsələlərin həllinə dair müraciət etməsi, cavabdeh məktəbin isə belə həllə dair yardım göstərməməsi müəyyən olunur. Bununla yanaşı, əmrdə göstərilmiş məktəbin digər sənədlərin işlənməməsi qeyri-müəyyəndir. Cavabdehin nümayəndəsi iddiaçının vəzifə öhdəliklərini yerinə yetirməməsi kimi vəzifə bölgülərini yerinə yetirmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi həmin bölgüyə uyğun olaraq, iddiaçı tərəfindən fakultativ məşğələlərin təşkil edilmədiyini və həmin dərslər üçün maliyyə vəsaitini sərf edildiyini bildirmişdir. Halbuki, məhkəmə araşdırmasına əsasən, iddiaçı müvafiq təqdimatla cavabdeh məktəb rəhbərliyinə belə dərslərin keçirilə bilmədiyini bildirmiş, müxtəlif tarixlərdə iddiaçının iştirakı ilə bu barədə aktlar tərtib edilmiş, daha sonra dərsləri keçməli olan müəllimlər həmin dərslərdən azad olunmaları üçün müraciət etmiş və sonunculara ödənilmiş maliyyət vəsaitləri geri qaytarılmışdır. Beləliklə, işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi; işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması; işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə tələblərin cəmi mövcud olduğu üçün işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu müəyyən edilmir. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli bütün məlumatlar öz əksini tapmamış, beləliklə tam tərtib edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrin qəbul edilməsi əsası kimi göstərilmiş, əsassız olaraq təhsilverənlərin etik davranış qaydalarının pozulması halı cavabdehin nümayəndəsinin izahına əsasən, onun barəsində şərəf və ləyaqəti ləkələyən ifadələrin işlədilməsi olmuşdur. Cavabdehin nümayəndəsinin izahına kimi qeyri-müəyyən olan həmin əsas əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnə bilməz. Belə ki, şəxs onun şərəf-ləyaqətinin alçaldığını hesab etdiyi halları müstəqil qaydada mübahisələndirmək hüququna malikdir. Belə ki, cavabdehin nümayəndəsi bu barədə müvafiq qaydada məhkəməyə etdiyini bildirdi. Digər tərəfdən, cavabdehin *4.*6.2*24-cü il tarixdə qeyd edilən əsasla iddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq etməsi əmrlə təsdiq olunur. Həmin hal əmək münasibətlərinə xitam verilmə əsası kimi qanunvericilikdə öz əksini tapmamışdır. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün əsaslar ilk öncə həmin münasibətin digər tərəfi olan və əmrin təqdim edildiyi işçiyə aydın olmalıdır. Belə ki, həmin əsaslarla razılaşmadığı halda müvafiq əmri mübahisələndirmək işçinin hüququdur. Bundan başqa, mübahisələndirilən əmrin qəbul edilməsi əsası qismində həmçinin, təhsilverənlərin və rəhbərliyin səslərinin yayılması göstərilmiş və cavabdeh məktəbin şərhinə əsasən loyallığın pozulması kimi qiymətləndirilmişdir. Müvafiq qaydalara əsasən, səs yazısının yayılmasıyla loyallığın pozulması, yəni təhsilverənin vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməməsi və (ya) təhsilverənin öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməməsi müəyyən olunmur. Cavabdehin nümayəndəsinin izahatına əsasən, məktəb rəhbərliyi haqqında üst qurumlara, prokurorluq orqanlarına şikayətlər edilməsi qanunvericiliklə nəzərdə tutulmuş hüquqdur və həmin hüquqdan istifadə loyallığın pozulması anlamına gəlmir. Bununla yanaşı, səs yazısı onun razılığı olmadan yayılmış şəxs müvafiq qaydada hüquqmühafizə orqanlarına müraciət etmək hüququna malik olsa da, həmçinin loyallığın pozulmasına istinadən əmək münasibətlərinə xitam verilməsi kimi ağır nəticəyə səbəb olan tənbeh tədbirinin tətbiq olunması əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü olan işəgötürənin hüquqdan sui-istifadəsi olaraq görünür. Bundan başqa, cavabdehin nümayəndəsi iddiaçının saxta vərəqələr təqdim edərək işdə olmadığını bildirsə də, əvvəla, həmin vərəqələrin saxta olduğunu və (ya) iddiaçının üzrsüz səbəbdən bütün iş günü işə gəlməməsini sübut edə bilmir, bundan başqa, iddiaçının fərqli əsaslara görə əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etməsi, yəni hər dəfə fərqli xəstəliyə görə işə gəlməməsi həmin sənədlərin saxta olduğunu təsdiqləmir. Bundan başqa, cavabdehin nümayəndəsi rüşvət alma və rüşvət vermə hallarına dair sənədlərin məhkəməyə təqdim edilmə əsası kimi, sübut qismində nəzərə alına biləcəyinə ehtimalı olduğunu bildirmişdir. Lakin hazırda mübahisələndirilən əmrin qanuni və əsaslı olması araşdırılır, belə olan halda, həmin əmrin qəbul edilməsi əsasını təşkil etmədiyi halda həmin sənədlərin nəzərə alınması mümkün deyildir. Habelə, həmin hallara dair müvafiq araşdırma aparıldığı və cinayət işinin başlanmasının rədd edildiyi bildirildi. Bundan başqa, cavabdehin nümayəndəsi iddiaçı qəbul etməkdən imtina etdiyi üçün onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbirlərini poçt rabitəsiylə göndərildiyini və göndərişə dair qəbzlərin təqdim etməni təsdiqlədiyini bildirmişdir. Halbuki, həmin bildirişlərin sadəcə məzmununda təmbeh tədbiri barədə qeyd edildiyi görünür, həmin bildirişdən bu barədə əmrin qoşma edilməsi, habelə hansı ünvana göndərilməsi təsdiq olunmur. Bundan başqa, iddiaçı müvafiq əmrləri alması müəyyən edilmədiyindən belə göndərişlər təqdim etmə hesab oluna bilməz. Belə olan halda, barəsində qəbul olunmuş əmrlərə dair iddiaçının münasibət bildirməsinə şərait yaradılması müəyyən olunmur. Bundan başqa, qanunvericinin tələbinə əsasən, işçiylə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən tərəfindən həmin müəssəsisənin həmkarlar ittifaqı təşkilatına verilən yazılı təqdimat əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə cavabdeh məktəb mübahisələndirilən əmrin qəbul edilməsi üçün göstərdiyi əsasların sadalandığı təqdimatla həmkarlar ittifaqına müraciət etmiş, lakin həmin halları təsdiqləyən müvafiq sübutlların təqdimatla birgə təqdim edilməsi, beləliklə, işəgötürən istinad etdiyi halları sübut etməsi, yəni təqdimatı əsaslandırması müəyyən olunmur. Bundan başqa, həmkarlar ittifaqının müvafiq iclas protokolundan görünür ki, müvafiq sübutların təqdim edilməsi müəyyən olunmasa da, İddiaçı dəfələrlə işinə qeyri-ciddi yanaşdığı üçün intizam tənbeh verildiyi və onunla bağlı bir çox neqativ halların baş verməkdə davam etdiyi bildirilmiş, aparılmış söhbətlərin İddiaçı üçün faydalı olmadığına təəssüf ifadə edilərək emosional qənaətə, habelə bu cür hadisələrin müəllim adına ləkə gətirməsi, məktəbin nüfuzuna xələl gətirməsi, məktəb kollektivi arasında ciddi narazılıqlara səbəb olması barədə şəxsi mülahizələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən uzaqlaşdırılmasına, lakin müəllim olaraq işdə qalmasına razılaşdıqlarını bildirmişlər. Beləliklə, həmin protokoldan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslar xitam verilməsi üçün əsasların mövcud olub-olmamasının araşdırılması və öz təsdiqini tapması müəyyən olunmur. Halbuki, həmin iclas təqdimatın qanuni və əsaslı olub-olmadığının araşdırılması məqsədi daşıyır, hansı araşdırmaya əsaslandığı aydın olmadan şəxsi mülahizələrə və emosional qənaətlərə istinad edən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz. Beləliklə, mübahisələndirilən əmr müvafiq araşdırma aparılmamış iclasın nəticəsi olaraq verilmiş, əsaslandırılmamış razılıq məktubuna istinad etmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, şəxsi mülahizələr əmək münasibətlərinin yaranması, dəyişməsi və xitam verilməsi əsası kimi çıxış edə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsi müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri X19 adına 39 nömrəli tam orta məktəbin *4.*3.2*25-ci il tarixli, 144 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar