Məhkəmə qərarları › İş №2(125)-3170/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3170/2025

15.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3170/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 30 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında qeyriqanuni hesablanmış 2721 (iki min yeddi yüz iyirmi bir) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, faktiki ailə qurduğu X7 ilə birlikdə Gəncə şəhəri, 2-ci Lokomotiv, ev 32-də yaşayır. Evin qaz sayğacı onun anası mərhum X2 adınadır. Lakin bu ərazidə evlərə sənəd verilmədiyindən, evin hüquqmüəyyənedici sənədi yoxdur. Bununla əlaqədar RQİ-yə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB X15 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “Təbii X11nın pozulması haqqında” nömrəli Aktın surəti oradan ona verilmişdir. Aktda göstərilmişdir ki, “sayğac qazın həcmini qeyd etmir”. Aktda həmçinin dəymiş ziyanın həcmi 22680 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 2721 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilmişdir ki, guya abonent akta imza etməkdən imtina etmişdir. Halbuki abonent kimi göstərilən X4 xx.xx.2013-cü ildə vəfat etmişdir. Onlar ölünün adına cərimə yazmışlar. xx.xx.2025-ci il tarixdə sayğacı bloka salınmış, qazın verilməsi dayandırılmışdır. Bununla əlaqədar “ASAN xidmət”ə müraciət edərək cərimədən xəbərsiz olduğunu bildirmişdir. Bildirir ki, nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından xəbəri olmamışdır. Bu barədə cavabdeh orqan onlara bildiriş və ya xəbərdarlıq göndərməmişdir. Bundan başqa mütəmadi idarədən gəlib sayğac və qaz xətti yoxlanılmışdır. Sadiqə şlanqı əvvəldən çəksəydi aşkar olardı. Şlanqdan gələn qazdan heç 2 ay istifadə etməmişdir. Amma qanunsuz sərf olunan qaza görə həddən çox yəni 21080 kubmetr ziyan hesablanmışdır. Axırıncı 6 ay ərzində işlətdiyi qaz sərfiyyatına görə 112 manat pul ödəmişdir. 2 ay ərzində 2721 manatlıq qaz işlətməsi mümkün deyildir. Həmçinin bildirir ki, onların maddi cəhətdən vəziyyəti ağırdır. Öz evi yoxdur, anasının evində xəstə qızı ilə birlikdə müvəqqəti yaşayır. Özü heç yerdə işləmir. Cavabdehin iddia tələbinə dair etirazı: İşə baxılan dövrdə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən iddia tələbinə dair etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1-də X11nın pozulmasına dair tərtib edilmiş 30 aprel 2023-cü il tarixli, ******* nömrəli aktla qismən razıdır. Belə ki, həmin evdə o, ailəsi ilə birlikdə xeyli vaxtdır yaşayır. X1 həmin akt tərtib edilməzdən 10 il əvvəl, yəni xx.xx.2013-cü ildə vəfat etmişdir. ünvan 1 ünvanında cəmi 2 ay sayğacdan kənar xətdən istifadə etmişdir. Lakin «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 1 il üçün ona dəymiş ziyan hesablanmışdır. Hazırda abonent saldosunda istehlakçı kimi onun adı qeyd olunmuşdur. Odur ki, qanuna əsasən həmin borcun silinməli olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsini təmin etməmiş, məhkəmə iclasında iştirak edilməməsinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; “Təbii X11nın pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə XS-nin TQQ və XS-nın rəisi Turqay Oktay, mühəndislər Avarov Sədrəddin, çilingər Verdiyev Rafiqin iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus yaşayış sahəsində 30 aprel 2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Yoxlama zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Əlavə xəttin ləğv edilməsi, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı “Xudayarova Şahbəyim” aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 30 aprel 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə “X11”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Əsas 30 aprel 2023-cü il tarixli, AKT 0386781. Dəymiş ziyanın hesablanması: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün; PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün; QSQ maksimal saatlıq qaz 1,5 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. 1.2 x 24 x 270 = 7776 kubmetr 0.8 x 24 x 270 = 5184 kubmetr 1.5 x 24 x 270 = 9720 kubmetr Cəmi: 22680 kubmetr xx.xx.2022-ci il tarixli Opentext A00513 saylı yeni təlimata əsasən **********00000 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı təbii X11nın pozulmasına görə tərtib edilən aktla bağlı 2721,60 manat borc yazılmışdır. Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 07 fevral 2025-ci il tarixli, 3-16-5/8-70-A- 455/2025 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası: X9, anası: X3r. xx.xx.2013-cü il tarixli, AZ-İ 603045 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 fevral 2013-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında müəyyən olunan hallar: Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00000 abonent kodlu istehlakçıdır. İddiaçı özünün bildirməsinə görə 2 ay müddət ərzində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmişdir. ünvan 1 ünvanında yerləşən qaz sayğacına cavabdeh olan «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuş və “Təbii X11nın pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sözügedən aktla itirilmiş qazın həcmi müəyyən olunarkən Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün; PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün; QSQ maksimal saatlıq qaz 1,5 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Opentext A00513 saylı yeni təlimata əsasən 22680 kubmetr itki müəyyən olunmuşdur. İtirilən qazın kubmetri yəni 22680 qazın dəyəri, yəni 0.12 manata vurulduqda alınan rəqəm 2721.6 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə və tətbiq olunan hüquq: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X11 ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X11 ilə tənzimlənir. X11 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X11»nın: 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2-ci bəndinə görə əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3-cü bəndinə əsasən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında iddiaçının sayğacdan kənar xətt vasitəsilə təbii qazdan təxminən 2 ay müddətində istifadə etməsi onun özünün etirafı ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X11»nın tələbindən göründüyü kimi təbii qazdan qanunsuz istifadə halları aşkar olunarkən hesabat müddəti bir mövsüm, yəni 3 ayadək (90 gün) müddətə hesab edilməlidir. Lakin, cavabdehin iddiaçı barəsində tərtib etdiyi 30 aprel 2023-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 270 gün və itirilmiş qazın həcmi 22680 m3, həmin qazın dəyəri isə 2721,60 manat hesablanmışdır. Halbuki, Qaydaların tələbləri nəzərə alınmaqla, hazırkı iş üzrə bir dəfə hesabat aparılmaqla, hesabat müddəti bir mövsüm, yəni 90 gün, orta günlük iş rejimi 12 saat və nominal qaz sərfi 4m3/saat hesablandıqda itirilmiş qazın həcminin 4320 m3 (12x4x90), dəyərinin isə 518,40 manat ( 4320 m3 x 0,12 manat) olduğu müəyyən edilir. Göründüyü kimi, “Təbii X11nın pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi 4320 m3, həmin qazın dəyəri isə 518,40 manat olduğu halda, itirilmiş qazın həcmi 18360 m3, dəyəri 2203.2 manat artıq hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X11nın pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* nömrəli Akt əsasında itirilmiş təbii qaza görə hesablanmış 2721,60 (iki min yeddi yüz iyirmi bir manat altmış qəpik) manat borcun 2203.20 (iki min iki yüz üç manat iyirmi qəpik) manat hissəsi silinməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X11nın pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* nömrəli Akt əsasında itirilmiş təbii qaza görə hesablanmış 2721,60 (iki min yeddi yüz iyirmi bir manat altmış qəpik) manat borcun 2203.20 (iki min iki yüz üç manat iyirmi qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar