Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-323/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi ev 10, mənzil 1 ünvanı üzrə Cavabdeh tərəfindən hesablanmış 518.4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi ev 10, mənzil 1 ünavnında qeydiyytada olmaqla yaşayır və həmin ünvan mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin əmlakı 25 yanvar 2023-cü il tarixində AN-İ ******* saylı alqısatqı müqaviləsinə əsasən almışdır. Həmin vaxtdan həmin əmlakda yaşayır. 24 may 2023cü il tarixində X2 X8 İstismarı idarəsinin əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvana gələrək təbii qazın uçotu və təbii qazın istismar qaydarının yoxlanması məqsədi ilə manitorink aparıblar. Yoxlama aparıldıqdan sonra X2 X8 İstismarı idarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək ona məxsus fərdi yaşayı evinə 536 AZN məbləğində cərimə yazıb və sayğacı sökərək aparmışlar. Aktın tərtib olunmasına səbəb kimi sayğacdan qaz keçir hesblama mexanizmi keçən qaz həcmini qeyd etməməsi əsas gətirilibdir. Akt tərtib olunarkən mülkiyyətçi olaraq o və ailə üzviləri dəvət edilməyib. Akt isə mülkün əvvəlki sahibi Zümrüd Cəfərovanın adına tərtib edilmişdir. O, X2 X8 İstismarı idarəsinin əməkdaşlarına əmlakın Zümrüd Cəfərovanın adına olmadığını və akt tərtib edilərkən kobud pozuntuya yol verdiklərini bildirmişdir. Dəfələrlə qanunsuz tərtib edilmiş aktın və 536 manat məbləğində cərimənin silinməsini X2 X8 İstismarı idarəsindən tələb etməyinə baxmayaraq onun tələbi icra olunmur. Həmçinin sayğaca müdaxilənin müəyyən edilməsi üçün akt tərtib edilərək sökülməli və ekspert rəyi alınması üçün müvafiq quruma göndərilməsi qaz idarəsinin əməkdaşları tərəfindən təmin edilməli idi. Bu günədək sayğaça müdaxilə olunması ilə bağlı rəy alınmamışdır. Həmçinin tərtib olunmuş aktdan müəyyən olunur ki, sayğacda olan nasazlıq onun tərəfindən baş verməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, ev 10 ünvanında yerləşən 1 nömrəli mənzili İddiaçı satmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, sayğaca baxış keçirilmişdir. Sayğacdan qaz keçir hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X5 dair” tələbnamənin surətindən görünür ki, 4320 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi ev 10, mənzil 1 ünvanında yerləşən evə quraşdırılmış Zenner G-4 markalı **********8 nömrəli qaz sayğacı növbədənkənar yoxlama səbəbindən Zenner G-4 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, **********00000 abonent kodu üzrə 2023-cü ilin may ayında 518.4 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 518.4 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X7 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 536 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-323/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-323/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver