Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3236/2024 12.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixdə anadan olmuş X6 atasının Cavabdeh olmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 235 manat məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qimsində 50 manat və ödənilmiş vəkil haqqının əvəzi qismində 320 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixdən 2023-cü ilin oktyabr ayınadək faktiki ər-arvad münasibətlərində yaşamışlar. Onların birgə münasibətlərindən xx.xx.2024-cü il tarixdə Miran adlı bir uşaq doğulmuşdur. Tərəflər ailə qurduqdan sonra cavabdehin valideyinlərinə məxsus olan ünvan 1 ünvanında yaşamağa başlamışlar. Hazırda tərəflər arasındakı münasibətlər pisləşmiş və faktiki ərarvad münasibətləri başa çatmışdır. İddiaçının himayəsində azyaşlı uşaq olduğuna görə heç bir yerdə işləyə və qazanc əldə edə bilmir. Lakin Cavabdeh birgə münasibətlərindən doğulmuş uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Bundan başqa, uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil mülki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddianı atalığın müəyyən edilməsi tələbinə dair hissədə tam etiraf edir. Lakin iddianın aliment tələbinə dair hissəsini qəbul etmədiyini bildirdi. İddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, oğlu Cavabdeh İddiaçı ilə faktiki ailə münasibətlərində olmuş və onların bu münasibətlərindən xx.xx.2024-cü il tarixdə Renat adlı 1 uşaqları anadan olmuşdur. Bundan başqa Cavabdeh ilk evliliyindən iki uşağı vardır və onların saxlanması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində aliment ödəyir. Cavabdeh gəlirləri öz xərclərini və ödəməli olduğu alimenti qarşılamır. Onun maddi yardımı hesabına Cavabdeh ilk nikahdan doğulmuş uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş alimenti ödəyir. Cavabdeh hazırda başqa öhdəlik yerinə yetirməyə, aliment ödəməyə maddi gücü yoxdur. Sonda Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş 2 uşağın saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Hazırki halda Cavabdeh digər şəxslə münasibətdən doğulmuş uşağın saxlanması üçün aliment ödənilməsi onun maraqlarına təsir etmir. Lakin təyin olunan yeni alimentin məbləği əvvəllər təyin olunmuş alimentin ödənilməsinə mane olmamılıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 959369 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında uşağın anası kimi İddiaçı göstərilmiş, «atası» qrafasında isə ananın sözlərinə əsasən X7 qeyd edilmişdir. İşdə olan 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/8-1178/15-24 nömrəli məktubundan görünür ki, İddiaçı qeydiyyat şöbəsinə gəlmədiyinə görə atalığın müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-842/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3503/2021 nömrəli qətnaməsi mübahisələndirilən xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3503/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq, X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə görə uşağın anası ilə nikahdan olmayan şəxsin atalığı uşağın atasının və anasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq rayon (şəhər) qeydiyyat orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının» 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Məhkəmə hesab edir ki, Cavabdeh X6 atası olmasına dair iddianın cavabdeh tərəfindən etirafı Cavabdeh X6 atası olmasını təsdiq edən mülki-prosessual qanunvericliklə müəyyən olunmuş qaydada əldə edilmiş mötəbər sübutdur. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X6 atası olması müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat və vəkilə etdiyi köməyə görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 160 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş Cavabdeh 11 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş X6 atası olması müəyyən edilsin. 11 yanvar 2024-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 30 aprel 2024-cü il tarixdən X9 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat və vəkilə etdiyi köməyə görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3236/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3236/2024
12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver