Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3239/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00610 nömrəli abonent kodu üzrə hesablanmış 4423.4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri küçəsi, ev 61 fərdi yaşayış evi X1 X4 İstismar İdarəsi tərəfindən təbii qazla təmin olunur. 1992-ci ildən etibarən həmin evdə yaşayırlar. Evi mərhum həyat yoldaşı Muzadil Niyazov tikmişdir. Həmin evin həyətyanı sahəsindən qaz xətti keçir. Qaz xəttini Qaz istismar İdarəsinin işçiləri çəkmişdir. İlin 7-8 ayını təsərrüfat işləri ilə əlaqədar olaraq Daşkəsən rayonunda olan evlərində, qalan 4-5 ayını isə qış aylarında Gəncə şəhərində yaşayırlar. 2020-ci ildə onlar Daşkəsən rayonunda olduqları müddətdə həmin mənzili kirayə vermişlər. Kirayəçi evdə qaldığı müddətdə X4 İstismar İdarəsinin işçiləri tərəfindən baxış keçirilən zaman evin həyətindən keçən həmin qaz xətinə qanunsuz qoşulma faktı aşkar etmişlər və sayğac onun adına olduğundan ona cərimə yazmışlar. Həmin vaxt kirayəçi tərəfindən onun məlumatı olmadan qaz xəttinə faktiki olaraq qanunsuz qoşulma olduğuna görə cəriməyə dair hər hansı etiraz etməmişlər. Bundan sonra müharibə vaxtı həmin mənzil raket zərbəsi nəticəsində ciddi ziyan görmüş və dağılmışdır. Onlar məcbur olub Şəmkir rayonunda yaşamışlar. Evi qismən təmir etdikdən sonra son iki ildir ki həmin mənzildə yenidən yaşamağa başlamışlar. O, dəfələrlə yazılı və şifahi qaydada X4 İstismar İdarəsinə müraciət edib həmin qaz xəttinin evinin həyətindən çıxarılmasını tələb etmişdir. X3 Qaz İstismar İdarəsinin səlahiyyətli şəxsləri idarənin bunun üçün vəsaitinin olmadığını, istəsək bunu öz vəsaiti hesabına edə biləcəyini bildirmişlər. xx.xx.2023-cü il tarixdə X4 İstismar İdarəsinin əməkdaşları evə gəlib həmin qaz xəttinə baxış keçirdib və xəttin üzərində olan kranta baxıb, onun şəklini çəkmişlər. Həmin əməkdaşlar bildirmişlər ki, ödənişlərə görə onlar hər ay az həcimdə təbii qaz istifadə edirlər və bunun səbəbini soruçmuşlar. Onlar, daimi olaraq orada yaşamadıqlarını bildirsələr də, həmin əməkdaşlar bildirmişlər ki, əvvəl onlara 2000 manat az cərimə yazılıb və cəriməni 5000 manat edəcəklər. Onlara mənzildə sayğac olduğunu, sayğaca baxa biləcəklərini, sayğacdan kənar qaz istifadə etmədiklərini bildirsələr də, buna məhəl qoymamışlar. Həmin vaxt orada hər hansı akt tərtib edilməmişdir. Daha sonra Asan Xidmət Mərkəzinə müraciət edərkən oradan 5000 manat borcunun olduğunu bildirmişlər. O, X4 İstismar İdarəsinə müraciət edib borc barədə açıqlama tələb etdikdə oradan bizə tələbnamə, akt və saldo təqdim edildi. Təqdim edilmiş aktdan görünür ki, guya ki, həmin vaxt əməkdaşlar orada akt tərtib ediblər, o isə imza etməkdən imtina etmişdir. Lakin orada hər hansı akt tərtib olunmamışdır. Aktda qeyd olunmuşdur ki, guya ki onlar məhlədən keçən qaz borusundan qanunsuz xətt çəkmiş və təbii qazdan istifadə edirlər. Lakin belə bir hal olmamışdır. Buna dair hər hansı sübut aşkar olunmamışdır. X4 İstismar İdarəsinin əməkdaşları qərəzli və qanunsuz olaraq, heç bir sübut olmadan onlara cərimə yazmışlar. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, abonentin fərdi yaşayış evinə gələn 15 mm-lik qanuni qazdan istifadə edir, daxili xətdə rezin boru birləşdirmək üçün məməcik krantı qoşulub. Fərdi evdə quraşdırılan su krantı yeni qaz krantı ilə əvəz edilsin, sayğac küçəyə çıxarılsın. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan **********00610 nömrəli abonent kodu üzrə Abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında 2349.8 manat, 2023-cü ilin dekabr ayında 2073.6 manat borc hesablanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli, tələbnamənin surətindən görünür ki, 17280 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında quraşdırılmış İtron G-4 markalı 1301AZ**********178 nömrəli qaz sayğacı Zenner G-4 **********890 qaz sayğacı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 4423.4 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 4423.4 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00610 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 4423 (dörd min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3239/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3239/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver