Məhkəmə qərarları › İş №2(125)-3243/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3243/2022

29.11.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3243/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, Ərizəçi X3 mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi X6 mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında qalması və X1 2022-ci ilin may ayından başlayaraq hər ayın 15-dən 25-dək olan tarixlərdə azyaşlı uşağın saxlanılması və müayinədən sonra müəyyən olunmuş xəstəlik ilə bağlı müalicə xərclərinə hər ay 400 manat məbləğində alimentin tutulmasına dair xx.xx.2022-ci il tarixli, 17237 nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq ailə münasibətləri ilə bağlı aralarında olan mübahisənin həlli üçün mediatora müraciət etmiş, tərəflər arasında birgə nikahdan doğulmuş uşaqların himayə verilməsi və alimentlə bağlı razılıq əldə edilmiş və bununla bağlı barışıq sazişi bağlamışdır. Göründüyü kimi ərizəçi məhkəməyə aliment tələbi ilə bağlı deyil, barışıq sazişinin təsdiq olunması üçün müraciət etmişdir. Bu baxımdan tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanıldığından və barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxıldığından ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəməlidir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Buna görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi X3 mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar