Məhkəmə qərarları › İş №2(125)-3248/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3248/2023

18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3248/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhər 6 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhər 6 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər biri ayrıayrılıqda iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Gəncə şəhər 6 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Gəncə şəhər 6 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar