Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3286/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1* Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X2 və Himayəçilik Komissiyası) – “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X2 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı 24.*5.1981-ci il təvəllüdlü “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı - 24.*5.1981-ci il təvəllüdlü X7 “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliklə əlaqədar onun müddətsiz ikinci qrup əlilliyi müəyyən edilmişdir. X6 zamana, məkana və şəxsiyyətinə görə bələdliyi pozulmuş, ətrafı düzgün dərk etmir, öz-özünə danışır, özü haqda məlumatlar verə bilmir. Bütün bunlar Tibbi-Sosial Ekspert Komissiyasının məlumatında da göstərilmişdir. X8 özünü dərk etmədiyi üçün onun başqa şəxsin qəyyumluğuna ehtiyacı vardır. Bununla bağlı o, 2*23-cü ilin yanvar ayında X6 üzərində qəyyum təyin edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, Gəncə Şəhər İcra Hakimiyyəti qardaşı X4 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyindən onun qəyyumluğa verilməsinin mümkün olmaması barədə ona məktub ünvanlamışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X2 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X7 İİ dərəcəli əlildir. F2*.* Paranoid şizofreniya, xarici görünüşü səliqəsizdir. Saçları dağınıq, sifəti tüklü, arıq bədənlidir, rəngi avazımış, mimikası kədərlidir. Əhval ruhiyyəsi aşağıdır, depressivdir. Bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə pozulmuşdur. Ətrafı düzgün dərk etmir. Özü haqda məlumatlar verə bilmir. Verilən suallara uyğun gəlməyən, qeyri-müəyyən cavablar verir. Özünü ətrafdan təcrid etmişdir. Tənhalığa qapanır. Fikri öz daxili aləminə, şübhələrinə yönəlmişdir. Qorxu keçirir, öz-özünə danışır, qulağına səslər gəlir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 24 yanvar 2*23-cü il tarixli, 5-1/1-C-15-*99/2*23 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, qardaşının yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X3 Şöbəsinin 18 may 2*23-cü il tarixli, 3*1 saylı məhkəmə psixiatriya ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs - X5 hal-hazırda şizofreniya, paranoid forma, qüsur halı XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F2*.* müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (X1 tərəfindən verilmiş 67/23 nömrəli stasionar xəstənin tibbi kartasından çıxarış), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı özünü narahat və gərgin aparması, ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, təfəkküründə autistiklik və paraqoliklik aşkar olunması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, maraq dairəsinin nisbətən daralması, emosiya affektiv reaksiyalarının sönük, kütləşməyə meyilli olması, düşdüyü vəziyyətə tənqidinin olmaması və s.) sübut edir. X7 şizofreniya, paranoid forma, qüsur halı XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F2*.* xəstəliyi keçirməsi səbəbində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 24 iyun 2*23-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi, ünvan 1 ünvanında qeydiyyatdadır. X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi öz doğma qardaşının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəməpsixiatriya ekspertizasının 18 may 2*23-cü il tarixli, 3*1 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, X5 şizofreniya, paranoid forma, qüsur halı XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F2*.* xəstəliyi keçirməsi səbəbində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*5-3*6, 317-322 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24.*5.1981-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3286/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3286/2023
13.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver