Məhkəmə qərarları › İş №2(125)-3375/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3375/2023

03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3375/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxssus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxssus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş Torpaq qeydinin, plan sxemin, 19.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın və 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın mərhum nənəsi X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi, yəni X1nun anası X4 məxsus Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən mülk vardır. İmmi Ələskərova *2.*3.1963-cü ildə vəfat etmişdir. X1 isə 25.1*.1998-ci ildə vəfat etmişdir. O, anadan olandan hazırkı vaxta qədər həmin ünvanda yaşayır. Nənəsinin yeganə vərəsəsi kimi, həmin fərdi yaşayış evini hazırda öz adına qeyd etdirmək istəyir. Bunun üçün notariat ofisindən vərəsəlik məktubu alıb Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmişdir. Həmin orqan tərəfindən X3 adına Çıxarış verilmiş, lakin, onun ata adı “İrza” əvəzinə səhvən “Rza” kimi qeyd edilmişdir. Bu səbəbdən, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə ilə çıxarış arasında uyğunsuzluq yaranmış və maraqlı şəxs kimi qeyd etdiyi notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Beləliklə, o, hüquqlarından istifadə edə bilmir. Mərhum nənəsi X3 ata adı həqiqətən “Rza” deyil, “İrza” olduğu ona məxsus olan doğum haqqımda şəhndəanamadən, ölüm haqqında şəhadətnamədən, evlənmə haqqındada şəhadəmamədən aydın olur. Gəncə şəhər Məhkəməsinin 1*.1*.2*22-ci il tarixli qərardadı ilə onun 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın mərhum nənəsi X4 məxsus olması faktına dair ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilmişdir. Lakin, həmin qərardad çıxarılan zaman ərizəmə Çıxarışın verilməsinə səbəb olan sənədlər əlavə edilməmişdir və ona görə ərizənin atdiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilməli olması əsası ilə ərizə icraata qəbul edilməkdən imtina edilmiş, bundan sonra, o, X7 Məhkəməsinə müraciət etmiş, məhkəmənin 3 saylı Gəncə Ərazi İdarəsinə verdiyi sorğu nəticəsində məlum olmuşdur ki, həmin mübahisəli Çıxarışın verilməsinə əsas ilkin sənədlər — Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı evə (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə, Torpaq qeydi, plan sxem olmuşdur ki, həmin sənədlərdə səhvən ata adı “İrza” əvəzinə “Rza” kimi qeyd edilmişdir. Bu əsasla iddia tələbi Gəncə İnzibati Məhkəməsinin 29 mart 2*23-cü il tarixli Qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, qərardadın əsası işin bu halları ilə dəyişmiş olur, artıq məlum olur ki, Çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdə səhvlik olduğu üçün 3 saylı Ərazi İdarəsinin imtinası əsaslı olduğu üçün inzibati məhkəmənin iddianı təmin etməməsi qanunidir və belə olan halda, yəni əsaslar dəyişdiyi üçün hazırkı ərizə ilə 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın da mərhum nənəsi X4 məxsus olması faktı müəyyən edilə bilər. Eyni zamanda ilkin sənədlərdə səhvlik olduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 12.1-ci maddəsinə əsasən Çıxarış həmin sənədlərə əsasən verildiyi üçün və dəyişiklik edilməsi mümkün olmadığı üçün həmin sənədlərin də X4 məxsus olması faktı müəyyən edilməlidir. Notariusun vərəsəlik məktubundan sonra X3 adına verilmiş 19.*5.2*22-ci il tarixli Çıxarışda da ata adı “İrza” əvəzinə səhvən “Rza” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş Torpaq qeydinin, plan sxemin, 19.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın və 31.*5.2*22ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın mərhum nənəm X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə cıxarılması məhkəmədən xahiş olunmuşdur. Ərizəçi nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tələbin Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş torpaq qeydinin, plan sxemin mərhum X4 məxsus olması faktının müəyyən edilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2***-ci il tarizli 265 saylı Fərmanına əsasən 2.4. həmin Məcəllənin 3*7.2.4-cü, 3*7.2.5-ci, 3*7.2.8-ci və 445.*.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər. İş materialarından görünür ki, ərizəçinin məxsusluğunu tələb etdiyi 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin məxsusluğu ilə bağlıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 saylı Qərarının 34-cü bəndinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Göründüyü kimi, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Belə düzəlişlərin edilməsindən imtina edildikdə müvafiq qərar qəbul edilir və həmin qərardan məhkəməyə şikayət verilə bilər. Bu baxımdan ərizəçi ilk növbədə vərəsəlik hüququ haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı notariat orqanına müraciət etməli, düzəliş edilməsindən imtina edildikdə isə notariat orqanın hərəkətindən müvafiq məhkəməyə müraciət etməli idi. Ərizəçi tələbində göstərilən torpaq qeydinin və plan sxemin isə qəbul edildiyi tarix qeyd edilmədiyindən, bu baxımdan həmin qeyd və sxem sənəd əhəmiyyəti kəsb etmədiyindən həmin sənədin şəxsə məxsusluğu məhkəmə qaydasında müəyyən edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 261.*.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş torpaq qeydinin, plan sxemin mərhum X4 məxsus olması faktının müəyyən edilməsinə dair hissədə iddia tələbinə işin icraatına xitam verilməli və ərizəçiyə izah olunmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı müvafiq notariat orqanına müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 1 ünvanda (əvvəlki Kirovabad şəhəri, Fizuli küçəsi 17) yerləşən evə dair verilmiş 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş torpaq qeydinin, plan sxemin, 19.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın və 31.*5.2*22ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli Çıxarışın mərhum nənəsi X4 məxsus olması faktının müəyyən edilməsinə dair tələbinin 196*-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin ünvana görə verilmiş torpaq qeydinin, plan sxemin X4 məxsus olması faktının müəyyən edilməsinə dair hissəsi üzrə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı müvafiq notariat orqanına, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar