Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3419/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X4 İstismar İdarəsi ünvanına xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli tələbnamə göndərmişdir. Həmin tələbnamədə göstərilir ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, AKT 14-2-2/3-5-12569/Q001 nömrəli Aktına əsasən G-4 markalı 1202AQ**********8 nömrəli sayğacın mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilib. Bu əsasa görə də, ona 777,60 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borcu qanunsuz və əsassız hesab edir. Sayğacın mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin deşilib-deşilməməsindən xəbəri yoxdur. Əgər belə bir fakt varsa, onun təqsirkarı cavabdeh orqanın özüdür. Belə ki, xx.xx.2023-cü il tarixdə köhnə sayğac sökülərək yenisi ilə əvəz olunmuşdur. Qaz sayğacının dəyişdirilməsi və yenisi ilə əvəz olunması xx.xx.2023-cü il tarixli, ******* saylı aktla öz təsdiqini tapır. Əgər sayğac dəyişdirilərkən hər hansı qüsur olsa idi, o aktda öz əksini tapmalı idi. Cavabdeh orqanın tələbnaməsinə əlavə etdiyi sənədlərdən görünür ki, cavabdeh orqan sayğacda qüsuru laboratoriya şəraitində aşkar etmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bir neçə ay keçmişdir. Borcun hesablanması üçün əsas götürülmüş xx.xx.2024-cü il tarixli, AKT 14-2-2/3-5- 12569/Q001 nömrəli Akt və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar qanunsuz və əsassızdır. Digər ziddiyətli məqam isə xx.xx.2024-cü il tarixli, ******* saylı aktda öz əksini tapmışdır. Guya cavabdeh orqanın əməkdaşları xx.xx.2024-cü il tarixdə onun iştirakı ilə quraşdırılmış sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacda qüsur müəyyən olunur və o, aktı imzalamaqdan imtina edir. Bununla bağlı olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış sayğaca baxış keçirilməmiş və akta imzadan imtina etməklə bağlı göstərilən hal yalandır. Sayğaca müdaxilə etməməyinin digər dəlili isə ondan ibarətdir ki, 2012-ci il tarixdən dəyişdirilən sayğacla bağlı ödənişlər həyata keçirir. Həmin dövrlə sayğac dəyişdikdən sonrakı dövrün aylıq ödənişlərini müqayisə etdikdə hər hansı fərq aşkar olunmur. Hətta xx.xx.2023-cü il tarixdən bu günkü tarixədək olan dövrü ödənişləri də, tədqiq etdikdə aylıq ödənişlərlə bağlı fərqin olmadığı müəyyən olunur. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, Azəriqaz İB-nin 14-2-2/3-5- 12569/Q001 nömrəli rəyinə əsasən sayğacın mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Abonent saldosundan görünür ki, **********10030 abonent kodu üzrə 2024-cü ilin yanvar ayında 777.60 manat borc hesablanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli, tələbnamənin surətindən görünür ki, 6480 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, X1 ünvanında quraşdırılmış İtron G-4 markalı 1002AQ**********8 nömrəli qaz sayğacı Zenner G-4 **********7 qaz sayğacı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777.60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 777.60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3419/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3419/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver