Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3458/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 üzrə Cavabdeh tərəfindən hesablanmış 3110 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, F.Məmmədov küçəsi, döngə 8 nömrəli ev ona məxsusdur. Cavabdehin Regional qurumu tərəfindən həmin evə müxtəlif tipli (“Smart kart” tipli və s.) sayğaclar quraşdırılmış və öz təşəbbüsləri ilə 2-3 ildən bir həmin sayğaclar dəyişdirilmiş, axırıncı dəfə mexaniki sayğac quraşdırılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli tələbnaməsindəki hesablama reallığa uyğun gəlməyən şişirdilmiş hesablamadır. Cavabdeh 1 saatda 6 vubmetr qaz sərfıyyatı ilə 24 saatda yəni, 1 gündə 144 kubmetr olmaqla 180 gündə, yəni 6 ayda 25920 kubmetr qaz sərfiyyatı hesablamış, Həmin həcmin hamısını isə itki kimi hesablamışdır. Hansı ki, 6 ayda sərf olunmuş qazın miqdarı və ödənilmiş məbləğ nəzərə alınmamışdır. Cavabdeh qanunsuz olaraq hesabladığı şişirdilmiş sərfıyyat məbləğini onların hesabına yazmışdır. Hansı ki, cavabdeh bu halda həmin məbləğin ödənilməsini abonentdən, yəni ondan məhkəmə qavdasında tələb edə bilərdi. Cavabdeh məhkəməyə müraciət etmədən, özbaşına, qeyri-müəyyən və şişirdilmiş itki pulu ödənilməsini tələb etməklə qanunsuzluğa yol vermişdir. Hesab edir ki, cavabdehin xx.xx.2023-cü i! tarixli X1 dair tələbnaməsi istehlakçıdan birbaşa vurulmuş zərər pulu tələb etməsi üçün əsas hesab edilə bilməz. Ona görə də, həmin məbləğin silinməsinə dair qərar çıxarılmalıdır. Hesab edir ki, cavabdehin həmin hərəkətləri bütövlükdə qanunsuzdur. Çünki onun tərəfindən qaz itkisinə səbəb olan hər hansı bir hərəkətə yol verilməmişdir. Eyni zamanda cavabdehin küçədə quraşdırılmış qaz sayğacının nasazlığından xəbərimiz olmamışdır. Əgər qaz sayğacı hər hansı səbəbdən zədələnmişdirsə, buna görə o, təqsirli sayıla bilmərik. Ona görə də, cavabdeh tərəfindən hesablanmış həmin 25920 kv.m qaz istismarına görə 3110 manat ziyan məbləğ tələb edilə bilməz. Məhkəmə iclasında iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, sayğaca baxış keçirilmişdir. Sayğacdan qaz keçir hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X1 dair” tələbnamənin surətindən görünür ki, 25920 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış Zenner G-4 markalı **********712 nömrəli qaz sayğacı növbədənkənar yoxlama səbəbindən Elster G-4 markalı ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına **********00080 abonent kodu üzrə 2024-cü ilin may ayında 3110.4 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 518.4 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 536 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 8 nömrəli evə **********00080 abonent kodu üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3110 (üç min yüz on) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3458/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3458/2025
15.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver