Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3471/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı2, onun nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun Vəkili) Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi, üçüncü şəxslər: Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yüklülük barədə çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 1 saylı notariat ofisində bağlanmış, 3M-677 nömrəli, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin əsaslandığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 anası Cavabdeh2 ilə 2006-cı ildə qeyri - rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onları nikahlarından xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 adlı iki uşaqları doğulmuşdur. X5 xx.xx.2021 ci il tarixdə "kəskin böyrək catışmamazlığı” səbəbindən vəfat etmişdir. Gəncə şəhəri, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən mülk atasından onlara miras qalmışdır. xx.xx.2021-ci tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasından miras qalmış əmlakdan bərabər hissədə irs almışlar. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış əsasında Gəncə şəhəri, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən mülk 1/2, 1/2 hissədə iddiaçılar olaraq onların xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə anası Cavabdeh2 atasından onlara miras qalmış və onların yeganə yaşayış yeri olan evlərini 3M-677 nömrəli, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. Onların arasında xx.xx.2024cü il tarixdə borc müqaviləsi imzalanmışdır. Bununla da anası Cavabdeh2 onları təmsil edərək öz barəsində əqd imzalamışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 14.05 2024-cü il tarixli məktubundan da görünür ki, guya iddiaçılar olaraq onlar mülkiyyətində olan evi “Kapital” bankına girov (ipoteka) qoyulmasına dair müvafiq müqavilələr bağlanmasına icazə vermişlər. Lakin, məlum olur ki, ipoteka müqaviləsi “Kapital” bankla deyil, Cavabdeh3 ilə bağlanmışdır. Bağlanmış bu müqavilə isə onların gələcək həyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir və onların mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 adından nümayəndəsi (vəkil) Vəkil və digər İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin iş üzrə üçüncü şəxs qismində tanınmasını, Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 3M-677 nömrəli, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X7 sahə 142 ünvanında yerləşən mülkün Cavabdeh3 xeyrinə yüklü edilməsinə dair aparılmış qeydin (çıxarışın) ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə görə qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında yetkinlik yaşına çatmamış (16 yaşı tamam olmuş) İddiaçı2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, anası Lətifə Şəhla adlı qadından borc pul götürmüşdür. Anası Lətifəyə pul lazım olduğuna görə bacısı Fidana və ona onların mülkiyyətində olan Gəncə şəhəri, X7 sahə 142 ünvanında yerləşən evi Kapital Banka girova qoyub pul götürəcəyini demişdir. Bacısı Fidan və o, evin Kapital Banka girov qoyulmasına razı olmuşlar. Bundan sonra onlar notariusa getmişlər. Onlar yetkinlik yaşına çatmadığına görə notarius onları Gəncə Şəhər İcra Hakimiyyətinə göndərmişdir. Orada bacısı Fidanı və onu bir otağa salmışlar. Sonra tanımadığı şəxs gəlib orada onlara ərizələrə imza etdirmişdir. Sonradan bilmişlər ki, evlərini Cavabdeh3 adına girova qoymuşlar. Notarius onlara heç nə izah etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında və iddia tələbinə olan etirazında bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və digər cavabdehlər Cavabdeh2, ünvan 6 qarşı iddia qaldıraraq ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddianı əsassız hesab edir. Belə ki, 15 may 2024cü ildə onunla Cavabdeh2 arasında borc müqaviləsi bağlanmış, müqavilənin şərtinə görə mən 40000 manat məbləğində pul vəsaitini borc alana - Cavabdeh2 ödəməyi, borc alan da öz növbəsində xx.xx.2025-ci il tarixədək pulu borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı kimi 15 may 2024-cü il tarixdə ipoteka qoyan qismində İddiaçı1 və İddiaçı2, ipoteka saxlayan qismində onunla, borc alan qismində Cavabdeh2 arasında Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd X7 sahə 142 ünvanında yerləşən, ümumi sahəsi 117.8 kvadratmetr olan fərdi yaşayış evi və 0.0435 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 80000 manat müəyyən edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, guya ki, ipoteka müqaviləsi təmsilçisi olan anaları Cavabdeh2 tərəfindən bağlanılmışdır ki, sonuncu da öz barəsində əqd imzalayaraq qanunvericiliyin tələbini pozmuşdur. Lakin bildirir ki, qeyd edilən ipoteka müqaviləsində iddiaçılar özləri tərəf kimi iştirak etmiş, iddiaçılar təmsilçi vasitəsilə deyil, ipoteka qoyan qismində müqaviləni özləri şəxsən imzalamışlar. İddiaçılar müqavilə bağlanan zaman 14 yaşdan yuxarı yetkinlik yaşına çatmayan şəxslər olmuşlar. Onların yeganə himayəçiləri anaları olmuş, o da müqaviləyə imza atmaqla müqaviləni bəyəndiyini bəyan etmişdir. Bundan başqa, müqavilə bağlanmamışdan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının qabaqcadan razılığı alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, qeyd edilən əqd uydurma əqd olmuşdur. Ona görə də əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməlidir. Lakin həmin əqdin uydurma əqd olmasını əsaslandırmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Onların arasında bağlanan ipoteka müqaviləsi konkret nəticələr güdmüşdür. Belə ki, borc müqaviləsinin təminatı qismində bağlanmışdır. Həmin müqavilə bağlanan zaman əgər ipoteka qoyanlar və borclu nəticə doğurmayacağını, onu aladadacağını düşünərək əqd bağlamışlarsa, bu zaman onların əməllərində dələduzluq cinayətinin tərkibi vardır. Borc müqaviləsini bu günə qədər icra etməmək, ona müxtəlif təzyiqlər etmək, müqavilənin müddətini heç bir əsaslı səbəb olmadan uzatmağa çalışmaq, ona hədə-qorxu gəlmək, ipoteka müqaviləsini də ləğv etdirməyə çalışmaq və sair hərəkətlər onların həqiqətən də onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq cinayətini etməyə cəhd etdiklərinin təsdiqidir. Əgər həqiqətən də onların uydurma əqd bağlamaq niyyətləri məhkəmə tərəfindən təsdiq edilərsə, barələrində xüsusi qərar çıxarılması zəruridir. İddia ərizəsində göstərilmişdir ki, qəyyumluq orqanı evin "xxxx" ASC-ə girov qoyulmasına razılıq vermişdir. Buna görə ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Qanunvericiliyin tələbinə görə, qəyyumluq və himayəçilik orqanı yetkinlik yaşına çatmayan şəxsin əmlakının özgəninkiləşdirilməsi, ipoteka ilə yüklü edilməsinə razılıq verməlidir. Bu razılıq kimə satılması, kimə bağışlanması və ya kimə və ya nəyə yüklü edilməsi ilə bağlı deyil. Yəni razılığın mətninin formal məzmununa görə müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 269.1-ci maddəsində göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İddia ərizəsində göstərilmişdir ki, guya ki, borclu olan anaları, yəni himayəçi öz barəsində əqd bağlamışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bildirir ki, ipoteka müqaviləsi əşya təminat müqaviləsidir. Hər bir halda borclunun bağladığı borc müqaviləsinin təminatı kimi bağlanılır. Yəni, hər bir zaman ipoteka müqaviləsi gələcəkdə ipoteka saxlayan olan kreditorun tələblərinin təminatıdır. Bu müqavilənin mahiyyəti elə başqasının qanuni tələbini təmin etməkdir. İddia ərizəsində iddiaçılar Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına istinad edərək bu kimi mübahisələrə hüquqi qiymət verildiyini bildirmişlər. Lakin Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının bu işlə yaxından və ya uzaqdan heç bir oxşarlığı yoxdur. Qeyd edilən işdə mövcud olmayan, sökülmüş evlə bağlı verilən etibarnamə əsasında sökülmüş evin yerində inşa edilmiş ev başqasına bağışlanır. Məhkəmə həmin əqdi ona görə uydurma hesab edir ki, çünki ev mövcud olmasa da, çıxarış və etibarnamə əsasında hər hansısa bir hərəkətlər – yəni evin sənədləşdirilməsi edilə bilərdi. Bunun onların işinə heç bir aidiyyəti yoxdur. Ya iddiaçılar və onların nümayəndəsi həmin qərarı düzgün başa düşməmiş, ya da məhkəməni aldatmağa çalışırlar. Bundan başqa, bildirir ki, Cavabdeh2 uşaqlarının adına olan başqa torpaq sahələrini də son bir il ərzində satmışdır. Lakin həmin işlərlə bağlı heç bir iddianın qaldırılmaması təsdiq edir ki, hazırkı işdə iddiaçılar və Cavabdeh2 eyni marağı təmsil edir. Bu mübahisə isə formal elə özlərinin qeyd etdiyi kimi uydurma mübahisədir. Bildirir ki, onun ailə problemləri var, uşağı ürək qüsurludur, o, qarşı tərəfin hərəkətləri ucbatından hipertoniya xəstəliyinə tutulmuşdur. Uşağını müalicə etdirmək üçün bankdan kreditə pul götürmək məcburiyyətində qalmışdır. Hazırda borclu Cavabdeh2 və onun övladları olan iddiaçılar borcu ödəməməklə ona maddi ziyan vurduqları kimi, mənəvi ziyan da vururlar. Ona məxsus olan pul vəsaitini özlərində saxlamaqla qaytarmaqdan imtina etməklə pulun dəyərinin düşməsi səbəbindən xeyli miqdarda ziyana uğramışdır. O, adi dövriyyədə həmin pul vəsaitindən istifadə etsəydi, xeyli gəlir əldə edə bilərdi. Əgər Cavabdeh2 və onun övladları ona məxsus pulu geri qaytarmağı yubatsalar, Mərkəzi Bankın müəyyənləşdirdiyi faizləri tələb etmək və borc məbləğinin ödənildiyi son günə qədər həmin faizlərin hesablanmasına və ona ödənilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun doğma uşaqlarıdır. Cavabdeh3 15 may 2024-cü il tarixdə 40000 manat borc almışdır. Lakin həmin pulu başqa bir nəfərə verdiyi üçün və hazırda maddi vəziyyəti aşağı olduğuna görə həmin borcdan hal-hazıra kimi heç bir ödəniş etməmişdir. Nə də o, pul verdiyi adama qarşı iddia qaldırmamışdır. Şəhladan aldığı borcun təminatı kimi övladlarına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X7 sahə 142 ünvanında yerləşən ev ipoteka ilə yüklü edilmişdir. Ev övladlarına atalarından miras keçmişdir. Lakin o, ev girov qoyulan zaman uşaqlarına həmin evi “Kapital Banka” girov qoyduğunu və bunun müqabilində pul götürdüyünü demişdir. Ev girova qoyulan zaman notariat ofisində qəyyumluq və himayəçilik orqanından heç bir nümayəndə olmamışdır. Nə notariat ofisində, nə də qəyyumluq və himayəçilik Komissiyasında uşaqların fikri öyrənilməmiş, onlara nəyə imza atdıqları izah olunmamışdır. Uşaqlar Gəncə Şəhər İcra hakimiyyətinə aparılaraq orada sənədə imza atmışlar. Hesab edir ki, ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Müqavilə onun iştirakı ilə bağlansa da evin Cavabdeh3 xeyrinə girova qoyulmasını uşaqlar bilməmişdir. Həmçinin ev onların yeganə yaşayış yeridir. İpoteka müqaviləsinin bağlanmasından 1 il keçəndən sonra uşaqlar müqavilənin mahiyyəti barədə xəbər tutub buna etiraz etdilər, o da buna görə uşaqların adından belə bir iddia qaldırmışdır. Odur ki, borcun müqaviləsinin qüvvəsində qalmasını, ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə, işə gəlməyən cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: - AZ-İ, 979266 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 28 avqust 2007-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. X1, anası Cavabdeh2dır. - AZ-İ, 219324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. X1, anası Cavabdeh2dır. - AZ-İİ, 158539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 aprel 2021-ci il tarixdə kəskin böyrək çatışmazlığından ölmüşdür. - Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1624 nömrəli, xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən ümumi sahəsi 117,8 kvadratmetrdən ibarət daşınmaz əmlak və onun altında yerləşən 0,0435 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan irs almışlar. - 25 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X8 surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən ümumi sahəsi 117,8 kvadratmetrdən ibarət daşınmaz əmlak və onun altında yerləşən 0,0435 ha olan torpaq sahəsi ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 xüsusi mülkiyyətindədir. - Gəncə şəhəri 1 saylı notariat ofisində 15 may 2025-ci il tarixdə bağlanmış 3M-677 reyestr nömrəli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh2 xx.xx.2025-ci il tarixədək ödəmək şərtilə 40000 (qırx min) manat borc vermişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən evdə Cavabdeh2 pasport qeydiyyatındadır. - Cavabdeh2 ünvan 6 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən (**********121) görünür ki, ... «Mən, Cavabdeh2 bildirirəm ki, 28 avqust 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2009-cu ildə anadan olmuş İddiaçı2 mülkiyyətçi olduqları Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən 0.0435 ha torpaq sahəsini və həmin torpağın üzərində yerləşən 117.8 kv.m ümumi sahəsi olan bağ evinin özləri müstəqil sürətdə ipoteka (girov) müqaviləsi imzalanmasına razılıq verirəm.» - xx.xx.2024-cü il tarixli, 8İ-5123 reyestr nömrə ilə qeydə alınmış ərizədən (**********123) görünür ki, İddiaçı1 və İddiaçı2 ünvan 6 Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən daşınmaz əmlakı ipotekaya qoymaq istədiklərini bildirmişlər. Bununla bağlı həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin olunmasını xahiş etmişlər. - Gəncə şəhəri 1 saylı notariat ofisinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına ünvanlandığı 07 may 2025-ci il tarixli, 619 nömrəli məktubundan görünür ki, 28 avqust 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2009-cu ildə anadan olmuş İddiaçı2 Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142 ünvanında yerləşən paylı mülkiyyət əsasında mülkiyyətçilərə məxsus ümumi sahəsi 0.0435 ha torpaq sahəsi və həmin torpağın üzərində yerləşən 117.8 kvadratmetr ümumi sahəsi olan bağ evindən onlara düşən hissəsinin fiziki şəxs ilə borc və ipoteka (girov) müqavilələri bağlanması ilə əlaqədar onların valideyni Cavabdeh2 notariat ofisinə müraciət etdiyi, ona görə də yetkinlik yaşına çatmayan 28 avqust 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2009-cu ildə anadan olmuş İddiaçı2 yuxarıda göstərilən paylarının fiziki şəxs ilə borc və ipoteka (girov) müqavilələri bağlanması ilə bağlı məsələyə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasında baxılması xahiş olunmuşdur. - Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 14 may 2024-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı maddəsinə əsasən Cavabdeh2 övladları xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 paylı mülkiyyət hüququ əsasında olan ünvan 7 ünvanında yerləşən bağ evinin girov (ipoteka) qoyulmasına dair müvafiq müqavilələr bağlanmasına razılıq verilməsinə icazə verilmişdir. - Gəncə şəhəri 1 saylı notariat ofisində 15 may 2025-ci il tarixdə bağlanmış 3M-677 reyestr nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 15 may 2025-ci il tarixli, 3M- 677 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən ümumi sahəsi 117,8 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0,0435 ha torpaq sahəsi ipoteka saxlayan Cavabdeh3 xeyrinə İddiaçı1 və İddiaçı2 tərəfindən ipoteka qoyulmuşdur. Müqaviləyə ipoteka saxlayan kimi Cavabdeh3, ipoteka qoyan kimi İddiaçı1 və İddiaçı2, borc alan kimi isə Cavabdeh2 imza etmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən (**********124) görünür ki, İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri 1 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında müraciətlərini nəzərə alıb Cavabdeh3 adına yüklü edilməsini xahiş etmişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 iyun 2025-ci il tarixli, 3-21-3-33/2-6093/2025 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən bağ evi 25 yanvar 2022-ci il tarixli, **********25-11302 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) adlarındadır. Sözügedən bağ evi Gəncə şəhər 1 saylı notariat ofisində 15 may 2024-cü il tarixli, 3M-678 reyestr nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə (K/M №3M-677; xx.xx.2024-cü il tarixli; Öhdəliyin məbləği: 40000 manat, ipoteka saxlayan Cavabdeh3, ipoteka qoyan İddiaçı1, İddiaçı2, borcalan Cavabdeh2) əsasən Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunan hallar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıların valideynidir. İddiaçıların atası ölmüş və onlar analarının himayəsindədir. İddiaçılara atalarından Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən ümumi sahəsi 117,8 kvadratmetrdən ibarət daşınmaz ev və onun altında yerləşən 0,0435 ha olan torpaq sahəsindən ibarət miras əmlak qalmışdır. İddiaçıların hər biri həmin əmlakın ½ hissəsinin mülkiyyətçisidir. İddiaçıların anası Cavabdeh2 Cavabdeh3 15 may 2024-cü il tarixdə 40000 manat borc almışdır. Həmin öhdəliyin təminatı kimi Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd, X7 sahə 142-də yerləşən ümumi sahəsi 117,8 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0,0435 ha olan torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə bağlanan zaman iddiaçılar yetkinlik yaşına çatmadığı üçün əvvəlcə müqavilənin bağlanmasına Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası razılıq vermişdir. Bundan sonra müqavilə bağlanmış və ipoteka müqaviləsinə ipoteka saxlayan kimi Cavabdeh3, ipoteka qoyan kimi İddiaçı1 və İddiaçı2, borc alan kimi isə Cavabdeh2 imza etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə etmiş, Cavabdeh3 iddia tələbinə etiraz etmiş, digər Cavabdeh2 isə iddianı qəbul etmişdir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Ərazi İdarəsinin nümayəndəsi də məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya olan münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçılar tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, eyni zamanda, iddiaçılar tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə heç bir mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Məhkəmə ilk öncə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. İddia tələbindən göründüyü kimi, iddiaçılar ipoteka müqaviləsinin etibarsızlığı hissəsində tələbini onunla əsaslandırmışlar ki, onlar həm müqavilənin mahiyyətini dərk etməmişlər. Bundan başqa Cavabdeh2 iddiaçılara məxsus daşınmaz əmlaka dair ipoteka müqaviləsindən iddiaçının maraqları baxımından deyil, öz maraqlarından hərəkət etmişdir. Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Mülki Məcəllənin 269-cu maddəsinə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o, adətən, əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. Eyni zamanda, MM-in 271.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh2 iddiaçıların doğma anasıdır. Gəncə şəhəri 1 saylı notariat ofisində 15 may 2025-ci il tarixdə bağlanmış 3M-677 reyestr nömrəli borc müqaviləsinə görə Cavabdeh3 Cavabdeh2 xx.xx.2025-ci il tarixədək ödəmək şərtilə 40000 (qırx min) manat borc vermişdir. Bundan sonra həmin borcun təmini üsulu kimi mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman hər iki iddiaçı yetkinlik yaşına çatmamaqla yanaşı ataları ölmüş və analarının himayəsində olmuşlar. Cavabdehlər Cavabdeh3 (borcverən) və Cavabdeh2 arasında bağlanmış 15 may 2024-cü il tarixli kredit müqaviləsi (əsas öhdəlik) isə bu baxımdan iddiaçıların maraqlarına uyğun bağlanmışdır. Bundan başqa, Gəncə şəhəri 1 saylı notariat ofisində 15 may 2025-ci il tarixdə bağlanmış 3M-677 reyestr nömrəli ipoteka müqaviləsi bağlanan zaman bilavasitə iddiaçılar müqavilə tərəfi kimi müqaviləyə imza atmışlar. Onların hüquqları isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qorunmuşdur. Belə ki, Komissiya əvvəlcə müqavilə bağlanmazdan əvvəl Cavabdeh2 övladları xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 paylı mülkiyyət hüququ əsasında olan ünvan 7 ünvanında yerləşən bağ evinin girov (ipoteka) qoyulmasına dair müvafiq müqavilələr bağlanmasına razılıq verilməsinə icazə vermişdir. Bu səbəbdən məhkəmə iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə əsassızdır. İddia tələbi ipoteka müqaviləsinin etibarsızlığına dair hissədə əsassız olduğundan iddia tələbi qalan hissədə, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X7 sahə 142 ünvanında yerləşən mülkün Cavabdeh3 xeyrinə yüklü edilməsinə dair aparılmış qeydin (çıxarışın) ləğv edilməsinə dair hissədə də təmin edilə bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə, hazırkı mübahisə ilə bağlı mülki qanunvericiliyin zəruri olan hüquq normalarını da qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6-cı maddəsinə görə yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi, üçüncü şəxslər: Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yüklülük barədə çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi, üçüncü şəxslər: Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yüklülük barədə çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3471/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3471/2025
24.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver