Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-348/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı *2.*8.2**5-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətl olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin oğludur. Belə ki, ərizəçinin oğlu X2 *2.*8.2**5-ci ildə anadan olmuş, atası X3 və anası Ərizəçidır. Ərizə onunla əsaslandırılmışdır ki, övladı *2.*8.2**5-ci il təvəllüdlü X2 anadan olduğu gündən serebral iflic xəstəliyindən əziyyət çəkir və ona birinci qrup əlillik təyin edilmişdir. Övladı danışa və hərəkət edə bilmir. Uzun illərdir ki, ona qəyyum təyin edilərək xidmət edir, övladının *2.*8.2*23-cü il tarixdə 18 yaşı tamam olaraq, yetkinlik yaşına çatmışdır. Övladı tam fəaliyyətsiz hala düşmüşdür, onun nitq və hərəkət qabiliyyəti yoxdur. Yanlız instinkt əsasında müəyyən hərəkətləri edə bilir. Övladı Yasin öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Yasinin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi ona fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq göstərilməsinə görə dövlət tərəfindən müəyyən edilən güzəşt və imtiyazlardan istifadə etmək üçün zəruridir. Yasin onun himayəsindədir və ona uzun müddətdir ki, ərizəçi qulluq edir. Övladına qəyyum təyin olunmağı üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir, lakin bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur, buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 5-1/1-D-15-*99/2*23 nömrəli, *3.11.2*23-cü il tarixli Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçiyə ünvanlanmış cavab məktubundan görünür ki, Yasin Daşdəmirovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 3*.12.2*23-cü il tarixli, 821 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, *2.*8.2**5-ci il tarixdə anadan olmuş X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir, *2.*8.2**5-ci il tarixdə anadan olmuş X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X2 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, *2.*8.2**5-ci il təvəllüdlü X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, *2.*8.2**5-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 317-321, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. *2.*8.2**5-ci il tarixdə Gəncə şəhərində doğulmuş X2 (FİN – 7FURDFN) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-348/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-348/2024
21.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver