Məhkəmə qərarları › İş №2(125)-35/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-35/2025

24.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-35/2025 24.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X55 Şakir oğlunun sədrliyi, X24 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Asan Vəkil Bürosunun vəkili) Vəkil1 və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 və onun vəkili (Gəncə regional Vəkil Bürosunun vəkili) Vəkil2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və 2 saylı Gəncə Regional «ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, üçüncü şəxs X9 qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair ilk iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İlk iddia üzrə iddia tələbi: İlk iddia üzrə İddiaçı cavabdehlər 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh1 qarşı “mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı evin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı fərdi yaşayış evinə onun tam hissədə miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddia tələbinin əsaslandığı hallar: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası - 27.*9.2***-ci ildə vəfat etmiş X25 miras əmlaka dair 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisində 8V-55(2*23) nömrəli iş açılmışdır. Atasının birinci növbəli qanun üzrə vərəsəsi olaraq o və X5dır. X29 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 13.*3.2*23-cü il tarixdə ərizə ilə notariusa müraciət etmişdir. Bu əsasla da, vərəsəlik işi açılmışdır. Notariusa bildirmişdir ki, X5 23.*3.2*23-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən öncə - *7.*2.2*23-cü il tarixdə Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Qeyd olunan vəsiyyətnamə əsasında Cavabdeh1 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisində mərhum X6 miras qalmış əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsinə dair vərəsəlik işi açmışdır. Bacısı miras əmlakı qəbul etməmişdir. Hansı əsasla onun etibarnamə üzrə nümayəndəsindən mirası qəbul etməsi barədə ərizə almışlar?. Adətən sənədləşmə, işlərini apararkən notariat haqqında təlimatı rəhbər tuturlar. Notariat haqqında təlimatın 99-cu maddəsinə əsasən o, qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyünə görə onun miras əmlakda pasport qeydiyyatı və ya digər sənədlər olmalı idi. Çünki, pasport qeydiyyatında olmasından başqa digər sənədləri qəbul etmirlər. X5 ölən günədək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 8-ci döngə, 1-ci dalan, ev 4-də pasport qeydiyyatında olmuşdur. Əgər icra nümayəndəliyinin verdiyi arayış və ya digər sənədlər əsasında Məhbubə Həsənovanın miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini qəbul etmişlərsə, onda “Afərin onlara”. Deməli, bu xüsusda da, işçilər fərdi yanaşma və ayrı-seçkilik sərgiləyirlər. Birinə olar, digərinə olmaz. Belə istəyirlər. Bacısının qanun üzrə yeganə vərəsəsi odur. Cavabdeh1 vəsiyyətnamə verdiyinə görə atasından miras qalmış əmlakla bağlı onu nə qanun üzrə vərəsə, nə də ki vəsiyyət üzrə vərəsə kimi tanıya bilməzlər. İşin gedişi odur ki, həmin vəsiyyətnaməni əsas götürərək atasından miras qalmış əmlakdan X1* vərəsəsi olaraq Cavabdeh1 miras qalmış əmlakdan pay vermək istəyirlər. Ancaq, bu nə qanun üzrə vərəsəlik, nə də ki, vəsiyyət üzrə vərəsəlik zamanı mümkün deyildir. Qanun üzrə vərəsəlik zamanı Cavabdeh1 X2 vərəsəsi ola bilmir. Səbəb odur ki, onun atası X27 X2 qardaşı olsa da, X11 əvvəl - *5.*6.1991-ci ildə vəfat emişdir. Vəsiyyətnamə üzrə vərəsə ona görə ola bilməz ki, X26 vəsiyyətnamə verərkən və ya ölən məqamadək onun adına hər hansı daşınmaz əmlak olmamışdır. X1 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 notariusa müraciət etmişdir. Belə çıxır ki, o, bu məsələləri qaldırmasaydı, X2 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verəcəkdilər. Əslində bu mümkün deyildir. Məhbubə Həsənova vəfat etdiyindən Məhbubənin Cavabdeh1 miras əmlakın qəbulu və digər səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı verdiyi etibarnaməyə xitam verilmişdir. Dediklərindən sonra ondan vərəsələr arasında mübahisə olunması barədə ərizə alaraq imtina məktubu vermişlər. Hal-hazırki iddia tələbi üzrə notariusu cavabdeh qoymasa, miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcəkdir ki, bu da onun gələcəkdə hüquqlarının həyata keçirilməsinə maneçilik törədəcəkdir. Qarşılıqlı iddia üzrə iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 22.*1.1956-cı il tarixdə anadan olmuş X7 övladı olması, X31 27.*9.2***-ci ildə ölümündən sonra vərəsəliyin X26, X2* və 1991-ci ildə ölmüş övladı Müsabirin övladı kimi onun qəbul etməsi faktının müəyyən edilməsi, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı mülklə bağlı vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 avqust 2*23-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qismən qəbul edilmiş, qarşılıqlı iddia ərizəsi X9 aid hissədə geri qaytarılmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, mərhum X31 ölümündən sonra miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı mülkə bibisi X26 və atası X15 hər birinin ¼ payının və həmin payların cəmi olaraq ümumilikdə miras əmlakın 2/4 hissəsinə onun miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbinin əsaslandığı hallar: Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı ünvanda yerləşən mülk mərhum X52a məxsus olmuşdur. X31 4 övladı - Rəxşəndə, Müsabir, Üzeyir, Məhbubə olmuşdur. X32 1991-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o - Cavabdeh1 onun varisi kimi vərəsəliyi qəbul etmişdir. Qeyd edilən ünvanda cavabdeh tərəfindən babası ilə, bibiləri ilə, o cümlədən mübahisə olduğundan mərhum X13nun övladlarının arasında olan problemin daha da kəskinləşməməsi üçün evin ikiyə bölünməsinə etiraz etməmiş və beləliklə də, cavabdeh İddiaçı mülkdən istifadə üçün ayrıca giriş-çıxış yolundan istifadə etməyə başlamışdır. X13 27 sentyabr 2***-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o və bibiləri vərəsəliyi faktiki qəbul etmişlər. Belə ki, babasının bütün əşyaları onların istifadəsində olan hissədə yerləşirdi. Evdə gözəl qablar, şəkillər və xalçalar var idi. Babasının vəfatından sonra o, babasından miras qalmış şəkilləri götürərək, Bakı şəhərinə öz evinə aparmışdır. Hazırda da onun evindədir. Babasından qalan qabların bir hissəsini Rəxşəndə evinə götürüb aparmışdır. Mərhum bibisi Məhbubə isə həm evdə qalan əşyalara sahib çıxmaqla, həm də evi idarə etməklə vərəsəliyi qəbul etmişdir. X7 doğum şəhadətnaməsinin ata qrafasında X42 göstərilmişdir. Ana qrafasında X33 göstərilmişdir. X5* Tağıyeva Şövkət *8 yanvar 1959-cu ildə evlənmişlər və nikahdan sonra qadına Həsənova soyadı verilmişdir. Həsənova Rəxşəndəyə verilən doğum şəhadətnaməsinin verilmə tarixi 2* fevral 1956-cı il göstərilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilən ailə tərkibi haqqında arayışda Rəxşəndənin adı ailə üzvü kimi qeyd edilməmişdir. Buna görə də qeydiyyat şöbəsinə müraciət etdikdə onun arxivdə doğum haqqında akt qeydində ata qrafasının boş olduğunun şahidi olmuşlar. Lakin qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamənin surətini götürərək, bu məsələnin həll edilməsi üçün Baş idarəyə müraciət edəcəklərini bildirmişlər. Tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Asan Vəkil Bürosunun vəkili) Vəkil1 iddia ərizəsini müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək izahatında iddia göstərilənlərdən əlavə göstərdi ki, mərhum Zaman Həsənov 27 sentyabr 2***-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı mülk miras qalmışdır. Zamanın 4 övladı - yəni, Üzeyir, Rəxşəndə, Müsabir, Məhbubə adlı övladları olmuşdur. Müsabir adlı övladı mirasqoyandan xeyli əvvəl, yəni *5 iyun 1991-ci ildə vəfat etmişdir. Yəni, Müsabir atası Zamandan əvvəl vəfat etdiyi üçün atasından ona hazırkı miras əmlak keçə bilməz. X26 isə 23 mart 2*23-cü il tarixdə vəfat etmişdir. Məhbubə subay olmaqla birinci növbəli vərəsəsi olmamış, nə də o ölən zaman onun miras əmlakı olmamışdır. Ona görə də Məhbubədən Nelgünə hər hansı miras əmlak keçməmişdir. Rəxşəndə isə ərə gedərək Şəmkir rayonunda yaşamış və mirası qəbul etməmişdir. Üzeyir isə miras əmlakda atasının ölümündən sonra yaşamaqla onu idarə etmiş və faktiki miras əmlakı qəbul etmişdir. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Mülki Məcəllənin tələbinə görə atası Müsabir 1991-ci ildə vəfat etsə də o, babası Zamandan miras qalmış əmlaka qanun üzrə vərəsə kimi 1 pay almalıdır. Bundan başqa bibisi Məhbubə 23 mart 2*23-cü ildə vəfat etməmişdən əvvəl özünə məxsus olan, yəni harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Bu baxımdan miras əmlakdan bibisi Məhbubəyə düşən pay da vəsiyyət üzrə vərəsə kimi ona çatmalıdır. Bundan başqa qeyd edir ki, mərhum bibisi Məhbubə vəfat edən zaman ona çatası dəfn pulundan imtina etmiş, həmin pulu başqa şəxs almışdır. Beləliklə miras əmlakın 2/4 hissəsinə onun payı, digər ¼ hissəsinə əmisi Üzeyirin, ¼ hissəsinə isə bibisi Rəxşəndənin miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2* məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - İ-İE *539** nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X34 arasında *8 yanvar 1959-cu ildə Samux rayonu, Qovlarsarı kənd sovetliyində 1 nömrə ilə nikah qeydə alınmışdır. Ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. - Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş 22 avqust 2*23-cü il tarixli, 3-16-5/8- 7*-H-3564/2*23 nömrəli arayışdan görünür ki, X43 14 dekabr 1968-ci ildə ölmüşdür. - Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş 22 avqust 2*23-cü il tarixli, 3-16-5/8- 7*-H-3565/2*23 nömrəli arayışdan görünür ki, X16 *9 oktyabr 199*-cı ildə ölmüşdür. - AZ *24413 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X42 27 sentyabr 2***-ci ildə ölmüşdür. - V-JQ 327934 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X33 21 fevral 1999-cu ildə ölmüşdür. - AZ-İV 872161 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1957-ci ildə Samux rayonu, Yenikənd kəndində anadan olmuşdur. X18, anası X21r. - 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.*6.2*23-cü il tarixli, *5/*91S/122452-23 nömrəli arayışından görünür ki, X31 ailə üzvləri aşağıdakılardır.

1. Oğlu: İddiaçı (xx.xx.1957)

2. Oğlu: X32 (xx.xx.1958) (Vəfat edib: *5.*6.1991)

3. Qızı: X26 (*1.1*.1962) (Vəfat edib: 23.*3.2*23) - Gəncə İnzibati Məhkəməsinin 28 avqust 2*24-cü il tarixli, 2-1(114)-151/2*24 nömrəli qərarından görünür ki, X9 məxsus 2*.*2.1956-cı il tarixli doğum akt qeydinin ata adı qrafasında “X42” adının qeyd edilməsi öhdəliyi Samux rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. - Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2*25-ci il tarixli, 2(*76)-3623/2*25 nömrəli qətnaməsindən görünür ki, 27.*9.2***-ci il tarixdə vəfat etmiş X42 22.*1.1956-cı ildə anadan olmuş X7 atası olmasının etiraf etməsi faktı müəyyən edilməsi qət edilmişdir. - Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş *5 iyul 2*23-cü il tarixli, *5/*91S/128179-23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid *5.*7.2*23-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. M.Həsənova öldüyü 23.*3.2*23-cü il tarixədək subay olmuşdur. - Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən *7 fevral 2*23-cü il tarixdə təsdiq edilmiş 2V-281 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X26 ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 4* illiyi küçəsi, ev 33h ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş *1 iyul 2*23-cü il tarixli, *32 nömrəli məktubdan görünür ki, İddiaçı miras qoyan – X25 miras qalmış əmlaka miras payın müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.*9.2*23-cü il tarixli, *5/*91S/148141-23 nömrəli arayışından görünür ki, X15 ailə üzvləri aşağıdakılardır. 1.Atası: X42 (xx.xx.1957) (27.*9.2***-ci ildə vəfat edib) 2.Anası: X33 (*1.*1.1928) (21.*2.1999-cu ildə vəfat edib)

3. Arvadı: X28 (*4.*2.1961) (*1.*6.2*23-cü ildə vəfat edib)

4. Qızı: Cavabdeh1 (xx.xx.1987) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin *6.1*.2*23-cü il tarixli, 3-21-3-33/2-9266/2*23 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanına dair Kommunal Təsərrüfatı Nazirliyinin 31.1*.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X31 adına qeyd edilmişdir. 1974-cü ildə aparılmış inventarizasiya işləri zamanı Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 124.1* kvadratmetr, yaşayış sahəsi 84 kvadratmetr, köməkçi sahəsi 4*.1* kvadratmetr olan, 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Qeyd edilən fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən 124.1* kvadratmetrdən ibarət fərdi yaşayış evi və onun altında olan *.*482 ha torpaq sahəsi *2.11.2*23-cü il tarixdə 1523*34522 qeydiyyat nömrəsi, 2***13**46*3-1*3*1 reyestr nömrəsi ilə mərhum X31 adına qeyd edilmişdir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. - Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2*23-cü il tarixli, 2(125)-3674/2*23 nömrəli qətnaməsindən görünür ki, X25 miras qalmış, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş Kommunal Təsərrüfat Nazirliyinin 31.1*.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında X31 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlər X12, X8 və İddiaçı qadağan edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *7.*8.2*25-ci il tarixli müəyyən qərarından müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin e-2(*76)- 2*42/2*24 nömrəli 11 oktyabr 2*24-cü il tarixli qətnaməsinə əsasən İddiaçı X2 *7.*2.2*23cü ildə verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-521/2*25 nömrəli, 19 fevral 2*25-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-521/2*25 nömrəli, 19 fevral 2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olunan hallar: Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X42 ilə X34 arasında *8 yanvar 1959-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahından 4 uşaqları, yəni 22 yanvar 1956-cı ildə X2*, xx xxxx 1957-ci ildə İddiaçı, xx.xx.1958-ci ildə X32, *1.1*.1962-ci ildə isə X26 anadan olmuşdur. İddiaçının X18 27 sentyabr 2***-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən 124.1* kvadratmetrdən ibarət fərdi yaşayış evi və onun altında olan *.*482 ha torpaq sahəsi miras qalmışdır. Bundan başqa İddiaçı qardaşı Müsabir *5.*6.1991-ci ildə, anası Şövkət 21.*2.1999-cu ildə, bacısı Məhbubə isə 23.*3.2*23-cü ildə vəfat etmişdir. X2 ölənədək heç kimlə nikahı olmamış və övladı doğulmamışdır. X26 ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də ləğv olunmamış, yaxud etibarsız hesab olunmamışdır. Bundan başqa iddiaçının qardaşı X4 Sərvinaz Paşa qızı ilə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1987-ci ildə Cavabdeh1 anadan olmuşdur. X28 *1 iyun 2*23-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı atasından miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən miras əmlaka tam payının müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Buna baxmayaraq, iddiaçının qardaşı qızı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X31 ölümündən sonra miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* saylı mülkə bibisi X26 və atası X15 hər birinin ¼ payının və həmin payların cəmi olaraq ümumilikdə miras əmlakın 2/4 hissəsinə onun miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki iddia üzrə iddiaçı tərəf öz iddiasını müdafiə etmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə, hər iki iddia üzrə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, miras qoyan X42 27 sentyabr 2***-ci ildə vəfat etməklə yanaşı miras həmin tarixdən açılmışdır. Həmin tarixdə hazırki Mülki Məcəllə qüvvədə idi. Belə olan halda mübahisəyə dair qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə mübahisə həll edilməlidir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edən zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işi var idi. Belə olan halda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun yekun məhkəmə aktı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X3* Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2**4-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 15*; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2**6-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə qeyd edir ki, mərhum X31 hazırda birinci növbəli vərəsələrindən İddiaçı və X3. Eyni zamanda mirasqoyanın vəfat etmiş vərəsəsi olan X15 hazırda yeganə vərəsəsi Cavabdeh1dır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, X26 doğulduğu vaxtdan vəfat etdiyi 23.*3.2*23-cü ilədək subay olmaqla övladı olmamışdır. X26 ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də ləğv olunmamış, yaxud etibarsız hesab olunmamışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *7.*8.2*25-ci il tarixli müəyyən qərarının 48-ci bəndində, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-521/2*25 nömrəli, 19 fevral 2*25-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, *7.*2.2*23-cü il tarixli vəsiyyətnamədə mərhum Məhbubə Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Göründüyü kimi vəsiyyətnamədə konkret ünvanlı əmlak, o cümlədən Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı ev qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, X26 vəfat edən zaman onun mülkiyyətində hər hansı miras əmlak, o cümlədən Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı mülk olmadığı üçün Cavabdeh1 *7.*2.2*23-cü il tarixli vəsiyyətnamə əsasında miras əmlak qalmamışdır. Həmçinin məhkəmə iclasında Cavabdeh1 Məhbubə Həsənovanın ölümündən sonra dövlət tərəfindən verilən dəfn pulunu almaqdan imtina etdiyini bildirmişdir. Odur ki, Cavabdeh1 həmin vəsiyyətnamə üzrə vərəsə kimi hazırki miras əmlakdan pay ala bilmir. Eyni zamanda Cavabdeh1 X1* birinci növbəli vərəsəsi deyildir. Belə olan halda miras əmlak olan Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı mülkdən mirasqoyan X31 birinci növbəli qanun üzrə vərəsələri olan İddiaçı və X2* hər biri bir pay almalıdır. X32 isə vəfat etdiyi üçün Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən onun miras payı Cavabdeh1 çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin olunmalıdır. 27 sentyabr 2***-ci il tarixdə ölmüş X25 miras qalmış olan Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı ünvanda yerləşən miras əmlaka İddiaçı, X2* və Cavabdeh1 hər birinin 1/3 (üçdə bir) hissədə olmaqla miras payları müəyyən edilməlidir. İlk və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. MPM-in 115.*.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilk və qarşılıqlı iddialar üzrə məhkəmədə iddia qaldırmaq üçün müvafiq olaraq ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu hər bir iddia üzrə iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-22*, 227, 357-36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: ilk və qarşılıqlı iddia tələbləri qismən təmin olunsun. 27 sentyabr 2***-ci il tarixdə ölmüş X25 miras qalmış olan Gəncə şəhəri, Eminbəyli küçəsi 1* saylı ünvanda yerləşən miras əmlaka İddiaçı, X2* və Cavabdeh1 hər birinin 1/3 (üçdə bir) hissədə olmaqla miras payları müəyyən edilsin. İlk və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. ilk və qarşılıqlı iddialar üzrə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumları hər bir iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar