Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3514/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmisi xx.xx.1950-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Ərizəçi barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilmə haqqında iddia qaldırılan X2 qardaşı oğludur və hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün səlahiyyətli deyildir. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün səlahiyyətli olmadığı barədə qənaətlərini məhkəmə onunla əsaslandırır ki, .Azərbaycan Respublikasının MPMin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-in 19-cu maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Göründüyü kimi, Ərizəçi barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilmə haqqında iddia qaldırılan X2 qardaşı oğlu olmaqla, onun yaxın qohumu hesab edilmir. Ona görə də məhkəmə göstərir ki, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün səlahiyyətli deyildir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilmə haqqında iddia qaldırılan X1 vətəndaşıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xarici şəxslərin iştirakı ilə icraatda məhkəmələrİn beynəlxalq səlahiyyətlərindən bəhs edən 46-cı fəslində yer alan 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə qeyd edir ki, həmin prosessual qanun norması ilə, həmçinin, MPM-in 46cı fəslində yer alan digər prosessual qanun normalarının heç birində başqa dövlətin vətəndaşı olan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələlərə Azərbaycan Respublikasının məhkəmələrinin xüsusi icraat qaydasında baxmağa səlahiyyətli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi əmisi- Ukrayna vətəndaşı olan X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3514/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3514/2024
22.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver