Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3557/2023 28.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 1998ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 199*-ci ilin əvvəllərində X3 ilə qeyri-rəsmi nikaha girmişdir. Onların birgə nikahlarından 15.1*.1998-ci ildə X2 adlı bir övladları anadan olmuşdur. Bir müddət sonra A.A.Qasımovla ər-arvad kimi yaşadıqdan sonra aralarında narazılıqlar yaranmış, 2*11-ci ildə aralarında olan faktiki nikah münasibətləri başa çatmış və J.A.Qasımova onun himayəsində qalmışdır. X2 «kəskin debillik dərəcəsində olan ərqli gerilik, nitq qüsuru və daun diaqnozu» ilə Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyata alınmışdır. Həttə J.A.Qasımovaya sağlamlıq vəziyyətinə görə tibbi sosial ekspert komissiyası tərəfindən birinci dərəcəli əlillik də təyin olunmuşdur. J.A.Qasımova həmin xəstəlikləri ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. Hazırda isə J.A.Qasımovanın 18 yaşı tamam olmuşdur və o, J.A.Qasımovanın adından hər hansı əqdi bağlaya bilmir. Buna görə də J.Q.Qasımovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun J.A.Qasımovanın üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda N.M.Məmməd qızı ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan XX-ЖГ seriyalı 442295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X3, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin tərəfindən verilmiş *7 aprel 2*23-cü il tarixli, 1*16/2*1* nömrəli arayışından görünür ki, 1998-ci il təvəllüdlü X2 13.*9.2*1*-cu il tarixdə dispanserə müraciət edib və ona «kəskin debillik dərəcəsində olan əqli gerilik, nitq qüsuru. Daun xəstəliyi» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının *4.*4.2*23-cü il tarixli. 5-1/1-A-74-*99/2*23 nömrəli məktubdan görünür ki, Ərizəçi J.A.Qasımovanın fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının *3 iyul 2*23-cü il tarixli 383 nömrəli rəyindən görünür ki, 15 oktyabr 1998-ci ildə anadan olmuş X2 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları, Daun sindromu ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F7*.1 xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz əməlinin faktiki xarakterini tam dərk etmək və öz əməlini tam idarə etmək qabiliyyətində deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X2 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları, Daun sindromu ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F7*.1 xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz əməlinin faktiki xarakterini tam dərk etmək və öz əməlini tam idarə etmək qabiliyyətində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 15 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 15 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 15 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3557/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3557/2023
28.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver