Məhkəmə qərarları › İş №2(125)-3585/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3585/2024

08.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3585/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsi) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın (qeydin) etibarsız hesab edilməsi və ər-arvadın ümumi əmlakındakı payın müəyyən edilməsi tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsi) qarşı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin ünvan 3ində yerləşən (26.*7.2*23-ci il tarixdə verilmiş, 5*9*13*63714-1*3*1 reyestr nömrəli, 1823*21565 qeydiyyat nömrəli dövlət reyesrti), ümumi sahəsi 152,1 kv\m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi mülkiyyətdə olan *,*8 ha torpaq sahəsininə dair 1*.*5.2*24-cü il tarixli (reyestrdə 2V-493 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; ünvan 3ində yerləşən (15.*6.2*15-ci il tarixdə verilmiş, 5*9*13*57875-1*3*1 reyestr nömrəli, 1815**5639 qeydiyyat nömrəli dövlət reyestri) ümumi sahəsi *,16 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixili (reyestrdə 2V-494 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən (*6.1*.2*16-cı il tarixdə verilmiş 2*2*11***238-*51*1-*93*55 reyestr nömrəli, 1516*12345 ) ümumi sahəsi 53,7 kv/m olan mənzilə dair 1*.*5.2*24-cü il tarixi i(reyestrdə 2V-495 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi, ünvan 3ində yerləşən (22.*1.2*18-ci il tarixdə verilmiş, 5*9*13**3746-123*1 reyestr nömrəli, 1817*1*888 qeydiyyat nömrəli dövlət reyestri) ümumi sahəsi 199,8 kv\m olan əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixli (reyestrdə 2V-496 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi, həmçinin yuxarıda adları sadalanan birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə bir neçə dəfə ərizə təqdim etmiş, yekun olaraq *4.*9.2*24-cü il tarixdə mülki işin məhkəmədə baxılmağa hazırlanması iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək ünvan 3ində yerləşən (15.*6.2*15-ci il tarixdə verilmiş, 5*9*13*57875-1*3*1 reyestr nömrəli, 1815**5639 qeydiyyat nömrəli dövlət reyestri) ümumi sahəsi *,16 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixli (reyestrdə 2V-494 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən (*6.1*.2*16-cı il tarixdə verilmiş 2*2*11***238-*51*1-*93*55 reyestr nömrəli, 1516*12345 ) ümumi sahəsi 53,7 kv\m olan mənzilə dair 1*.*5.2*24-cü il tarixli (reyestrdə 2V-495 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; ünvan 3ində yerləşən (22.*1.2*18-ci il tarixdə verilmiş, 5*9*13**3746-123*1 reyestr nömrəli, 1817*1*888 qeydiyyat nömrəli dövlət reyestri) ümumi sahəsi 199,8 kv/m olan əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixli (reyestrdə 2V-496 nömrə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi, həmçinin yuxarıda adları sadalanan birgə nikah dövründə əldə edilmiş ümumi əmlaklara ½ hissədə payın müəyyən edilməklə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı ilə mərhum X8 13.1*.1988-ci il il tarixdə aralarında olan nikahı qeydə aldırmış, N.M.Allahverdiyev 14.*1.2*23-cü il tarixdə Goranboy rayonu Balakürd Kəndində ölmüşdür. Onlar birgə nikah dövründə alqı-satqı müqavilələri əsasında Gəncə və Goranboy ərazisində əmlaklar əldə etmişlər. X3 iki vərəsəsi, arvadı İddiaçı və oğlu Cavabdeh2dur. İddiaçı Goranboy Rayon Məhkəməsinə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsinə əsasən 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklar üzərində Cavabdeh2 ilə İddiaçı payı ½ hissədə payı müəyyən edilmişdir. Qətnamənin nəticə (qət etdi) etdi hissəsində, məhkəmə açıq-aşkar olaraq miras qalmış əmlaklardakı payları bölsə də, 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu anlaşılmayan səbəbdən, yalnız miras əmlaklara deyil, birgə nikah dövründə əldə edilmiş ümum birgə əmlaklara da ½ hissədə, şəhadətnamə vermişdir. Notarius anlaşılmayan səbəbdən nikah dövründə əldə edilmiş əmlakara da ½ hissəsə pay vermişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisinin notariusunun təkidi nəticəsində məhkəmənin qətnaməsinə izah verilməsi üçün ərizə ilə məhkəmənin özünə müraciət edilmiş və məhkəmə qətnaməsinə izah vermə barədə ərizəni rədd etmişdir ki, məhkəmənin qətnaməsi açıq-aydındır. Lakin həmin *8.*5.2*24-cü il tarixli 8(*45)-68/2*24 nömrəli qərardadda da qeyd edilir ki, qətnamənin təsviri-əsaslandırma hissəsində mübahisə predmeti olan əmlakların iddiaçı ilə miras qoyanın birgə nikah dövründə əldə edilməsi və onların ümumi birgə mülkiyyətə daxil olması halı qeyd edilmişdir. Bundan başqa, Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)136/2*24 nömrəli qətnaməsində X4 qalan miras qalmış əmlak üzərində payları müəyyən etmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə ona görə bölgü aparmamışdır ki, həmin hüququn ilkin həyata keçirildiyi yer notariuslardır və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusunın ilkin verdiyi *9.1*.2*23-cü il tarixli imtina məktubu da, birgə nikah dövründə əldə edilmiş əmlaka dair ½ hissədə payın verilməsindən deyil, miras kütləsinə dair vərəsələr arasında mübahisənin olması səbəbindəndir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu iddiaçının hüquqlarının pozulması ilə nəticələnən şəhadətnamələr vermişdir. Belə ki, Həsənova X7 Natiq Musa oğlu ilə birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında ünvan 3ində yerləşən (15.*6.2*15-ci il tarixdə verilmiş, 5*9*13*57875-1*3*1 reyestr nömrəli, 1815**5639 qeydiyyat nömrəli dövlət reyestr) ümumi sahəsi *,16 ha torpaq sahəsi,Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 evin 57 nömrəli mənzilində yerləşən (*6.1*.2*16-cı il tarixdə verilmiş 2*2*11***238-*51*1-*93*55 reyestr nömrəli, 1516*12345 ) ümumi sahəsi 53,7 kv\m olan mənzil və ünvan 3ində yerləşən (22.*1.2*18-ci il tarixdə verilmiş, 5*9*13**3746-123*1 reyestr nömrəli, 1817*1*888 qeydiyyat nömrəli dövlət reyestri) ümumi sahəsi 199,8 kv/m olan əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsini əldə etmişlər. Həmin əmlaklar birgə nikah dövründə əldə edildiyindən kimin adına qeydiyyata alınmasından asılı olmayaraq ər-arvadın birgə mülkiyyəti hesab olunur. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusundan birgə nikahda əldə edilmiş əmlaka dair şəhadətnamə verilməsi tələb edilsə də, o, Goranboy Rayon Məhkəməsinin sözügedən qətnaməsini əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Qətnamədə yalnız miras kütləsinin bölünməsi və icra vərəqəsinin də, miras kütləsinə dair olması notariusun nəzərinə çatdırılsa da, anlaşılmayan səbəbdən ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. *3.1*.2*24-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavadeh 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu Rzayev Nidayət məhkəmə iclasını iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. *7.1*.2*24-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə daxil olmuş ərizəsində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsinin nümayəndəsi X13 məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 13.1*.1988-ci il tarixli, İ-KB seriyalı 444824 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, X8 ilə İddiaçı arasında olan nikah 13.1*.1988-ci il tarixdə 3632 akt qeyd nömrəsi ilə Həştərxan şəhəri Nikah sarayında qeydə alınmışdır. İş materiallarında olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, AZ-İİ seriyalı 322427 nömrəli arayışdan görünür ki, X8 14.*1.2*23cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İ seriyalı, 887819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş Cavabdeh2 atası X8, anası X1*r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş 24.*5.2*24-cü il tarixli, 3-21-3- 33/2-519*/2*24 nömrəli məktubundan görünür ki, ünvan 3ində yerləşən ümumi sahəsi 199.8 kv/m olan əmlak kompleksi kimi müəssisə Goranboy rayon dövlət notariat kontorunun 21 noyabr 2*17-ci il tarixli, 4Ə-317 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən X2, sonuncunun adına 22 yanvar 2*18-ci il tarixli 5*9*13**3746-123*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3ində yerləşən fərdi yaşayış evi (Goranboy rayonu AİK-nın 2***-ci il 1* iyul tarixli, 25 saylı qərarı ilə verilmiş JN *9*A, KOD 5*9*4*28 saylı şəhadətnamə) 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariusu tərəfindən verilmiş 1* may 2*24-cü il tarixli, 2V-493 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 3 nəfərlə (1/4 hissə) 17 may 2*24-cü il tarixli, 5*9*13*63714-1*3*1 reyestr nömrəli (1824*12*61 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3ində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi (Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin *9 aprel 2*15-ci il tarixli, 4Ə-1*19 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1) 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariusu tərəfindən verilmiş 1* may 2*24-cü il tarixli, 2V-494 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 (1/2 hissə) və X5 (1/2 hissə) adlarına 2* may 2*24-cü il tarixli, 5*9*13*57875 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X5 adına ünvan 3ində yerləşən Goranboy rayonu AİK-nın 2***-ci il 1* iyul tarixli, 25 saylı qərarı ilə verilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-**82, *7.12.2***) 2 nəfərlə daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun 27 sentyabr 2*16-cı il tarixli,4Ə-258* reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 57 saylı mənzil X2, ona *6 oktyabr 2*16-cı i tarixli, 2*2*11***238-*51*1- *93*55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 1* may 2*24-cü il tarixli, 2V-494 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 (½ hissə) və X5 (½ hissə) adlarına 14 may 2*24-cü il tarixli, 2*2*11***238-*51*1-*93*55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsindən görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklar üzərində İddiaçı və Cavabdeh2 miras payları ½ hissədə müəyyən edilmişdir. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Balakürd kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, 143 nömrəli arayışdan görünür ki, 14.*1.2*23-cü il tarixdə ölmüş X5 öldükdən sonra sağ qalmış ailə üzvləri 1965ci il təvəllüdlü arvadı İddiaçı və 1988-ci il təvəllüdlü oğlu Cavabdeh2dur. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisi tərəfindən verilmiş 12.*5.2*24-cü il tarixli «notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə» qərarın surətindən görünür ki, miras qoyan X5 əmlaklarına dair İddiaçı ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsini və həmin qətnamənin icrasını təmin etmək üçün verilmiş icra vərəqəsini nəzərə alaraq imtina edilmişdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, 2V-493 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 26.*7.2*23cü il tarixdə verilmiş 5*9*13*63714-1*3*1 reyestr nömrəli, 1823*21565 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 152,1 kv/m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi mülkiyyətdə olan *,*8 ha torpaq sahəsinin miras qoyan X6 məxsus hissəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, 2V-494 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 15.*6.2*15ci il tarixdə verilmiş 5*9*13*57875 reyestr nömrəli, 1815**5639 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X6 məxsus ünvan 3i ünvanında yerləşən ümumi sahəsi *,16 ha torpaq sahəsindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, 2V-495 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Gəncə ərazi idarəsi tərəfindən *6.1*.2*16cı il tarixdə verilmiş 2*2*11***238-*51*1-*93*55 reyestr nömrəli, 1516*12345 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X6 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,7 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli, 2V-496 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 22.*1.2*18ci il tarixdə verilmiş 5*9*13**3746-123*1 reyestr nömrəli, 1817*1*888 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X6 məxsus olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 199,8 kv/m olan əmlak kompleksi kimi müəssisədən və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Goranboy Rayon Məhkəməsinin *8.*5.2*24-cü il tarixli, 8(*45)-68/2*24 nömrəli qərardadından görünür ki, İddiaçı Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X8 və İddiaçı arasında olan nikah 13.1*.1988-ci il tarixdə 3632 akt qeyd nömrəsi ilə Həştərxan şəhəri Nikah sarayında qeydə alınmışdır. Həmin şəxslər birgə nikah dövründə *9 aprel 2*15-ci il tarixli, 4Ə-1*19 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3ində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini, Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunda bağlanmış 27 sentyabr 2*16-cı il tarixli, 4Ə-258* reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 saylı mənzilini və Goranboy rayon dövlət notariat kontorunda bağlanmış 21 noyabr 2*17-ci il tarixli, 4Ə-317 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 199.8 kv/m olan əmlak kompleksi kimi müəssisəni X5 adına əldə etmişlər. X8 14.*1.2*23cü il tarixdə ölmüş, Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə X4 miras qalmış əmlaklar üzərində İddiaçı və Cavabdeh2 miras payları ½ hissədə müəyyən edilmişdir. Həmin qətnamənin icrası zamanı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələr verilərkən qeyd olunan daşınmaz əmlakların birgə nikah dövründə əldə olunması nəzərə alınmamışdır. Buna görə də tərəflər arasında mübahisə yaranmış, İddiaçı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsi) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın (qeydin) etibarsız hesab edilməsi və ər-arvadın ümumi əmlakındakı payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-avadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləbib 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.*3.2*24-cü il tarixli 1/2*24 nömrəli Qərarının 3.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə iddianın məhkəmənin icraatına qəbulu və məhkəmədə tədqiqi zamanı eyni tərəflər arasında eyni predmet barəsində eyni əsasla əvvəllər mübahisənin və belə mübahisəyə dair yekun məhkəmə aktının mövcud olub-olmamasını araşdırmış, əvvəllər tərəflər arasında fərqli əsasla mübahisəsinin olduğunu və eləcə də Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə birgə nikahda əldə olunmuş əmlakın hazırki hüquqi rejimi müəyyənləşdirilsə də həmin hüquqi rejimin dəyişdirilmədiyini, yəni əmlakın birgə mülkiyyətdən paylı mülkiyyətə keçirilmədiyini nəzərə alaraq, iddianın «ər-arvadın ümumi əmlakındakı payın müəyyən edilməsi» tələbinə dair hissədə icraata qəbulunu mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə ünvan 3ində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili və ünvan 3ində yerləşən ümumi sahəsi 199.8 kv/m olan əmlak kompleksinin İddiaçı və X5 birgə mülkiyyətində olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə ünvan 3ində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzilin və ünvan 3ində yerləşən ümumi sahəsi 199.8 kv/m olan əmlak kompleksinin İddiaçı və X5 birgə mülkiyyətində olması müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Qeyd olunan səbəbdən məhkəmə hazırki mübahisə üzrə qeyd olunan xüsusatı araşdırmamalı, yalnız X8 və İddiaçı birgə nikahı dövründə əldə olunmuş əmlaklar üzərində ər-arvadın paylı mülkiyyətini müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 3ində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili və ünvan 3ində yerləşən ümumi sahəsi 199.8 kv/m olan əmlak kompleksi İddiaçı və X5 birgə mülkiyyətində olsa da, 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 11.*5.2*24-cü il tarixli (reyestrdə 2V-494 nömrəsi, 2V-495 nömrəsi və 2V-496 nömrəsi ilə qeyd edilmiş) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələrlə həmin hal nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr №2V-494) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilməli və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilməli; Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-495) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilməli və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilməli; ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-496) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilməli və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilməli; ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinin və ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə X5 payı müəyyən edilməli, İddiaçı və X5 birgə nikahı dövründə əmlaka payların müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsi 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr №2V-494) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilsin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-495) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilsin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilsin. ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-496) «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə qismən etibarsız hesab edilsin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edisin. ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinin və ünvan 3ində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə X5 payı müəyyən edilsin. İddiaçı və X5 birgə nikahı dövründə əmlaka payların müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsi 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə həvalə edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar