Məhkəmə qərarları › İş №2(125)-359/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-359/2025

21.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-359/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanına dair Cavabdeh əməkdaşları tərəfindən süni və əsassız olaraq tərtib edilmiş akta əsasən yazılmış 634,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Türklər qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evi 4 otaq 1 aynabənddən ibarətdir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı İlahə Qəribova evdə olan zaman X3 istismarı idarəsinin əməkdaşları onların evə gələrək qazdan istifadə etmələrinə görə 500 manat borclarının olduğunu bildirmişlər. O, X3 İstismarı idarəsinə getmiş, orada Gəncə XS-nin TQQ və XS-nin rəis müavini Turqay Oktay ona bildirmişdir ki, onların qazdan istifadəyə görə 834,68 manat borcu vardır. O da bildirmişdir ki, onlar səhər çıxıb axşam evə gəlirlər. Onların o qədər borcları haradan yaranıbdır. O bilir ki, onun 200 manat qaza görə borcu vardır. 634,68 manat cərimə ona artıq yazılmışdır. Bildirir ki, onlar qaz sayğacına və qaz xəttinə heç bir müdaxilə etməmişlər. Məhkəmədə İddiaçı iştirak etmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, ev J-3, 6 A mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. X1 həmin aktda imzası yoxdur. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanda Zenner tipli, G-4 markalı sayğac çıxarılmış, Zenner tipli, G-4 markalı sayğac quraşdırılmışdır. Sayğacın dəyişdirilmə səbəbi növbədənkənar yoxlama qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 4320 m3 qeyd olunmuşdur. Mülki işim materiallarında olan “abonentin saldosu”ndan müəyyən olunur ki, ünvan 3 ünvana 2023-cü ilin may ayı üçün 518 manat məbləğində cərimə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxılan işdə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, ev J-3, 6 saylı mənzildir və iddiaçı ona məxsus əmlaka hesablanmış borcun silinməsini tələb etsə də, həmin borcun onun mülkiyyətində olan ünvana aid olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim edilmiş bildiriş, abonentin saldosu və aktlar başqa şəxsin, yəni işlə əlaqəsi olmayan Seydulla İbrahimov adlı şəxsin adına tərtib edilmiş sənədlərdir. Başqa sözlə deyilsə, hesablanmış borc iddiaçının mülkiyyətində olan evə aid olmamaqla, Seydulla İbrahimov adlı başqa şəxsə aiddir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar