Məhkəmə qərarları › İş №2(125)-3624/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3624/2025

25.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3624/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 Abzər qızının və İddiaçı2 Abzər qızının, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 Abzər qızının və İddiaçı2 Abzər qızının cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X14, X6 və X15) “şəhadətnamənin ləğv olunması və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: X20 və X1 16 mart 1960-cı il tarixdə 03 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olunmuşdur; X20 xx.xx.2005-ci ildə, X2 xx.xx.2005-ci ildə ölmüşdür; xx.xx.1936-cı ildə doğulmuş xx.xx.2005-ci ildə ölmüş X11 ailə tərkibi arvadı X1, qızı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı1 Abzər qızı, oğlu xx.xx.1963-cü il təvəllüdlü X18, oğlu xx.xx.1964-cü il təvəllüdlü X12, qızı xx.xx.1967-ci il təvəllüdlü X14, qızı xx.xx.1969-cu il təvəllüdlü X19, qızı xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, qızı xx.xx.1973-cü il təvəllüdlü İddiaçı2 Abzər qızından ibarətdir, xx.xx.1963-cü il təvəllüdlü X7 ölümü ilə bağlı heç bir məlumat aşkar olunmamışdır; xx.xx.2015-ci ildə vəfat etmiş Arzuman Abzər oğlunun ailə tərkibi habelə, xx.xx.1972ci ildə doğulmuş və xx.xx.1996-cı ildə vəfat etmiş arvadı Məmmədova (Rüstəmova) Gülşən Şəmistan qızı, övladları xx.xx.1992-ci il təvəllüdlü X6 və xx.xx.1993-cü il təvəllüdlü X3 ibarət olmuşdur; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 02 fevral 1964-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X16 adına qeyd edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi 173.0 kv.m (0.0173 ha) olmuşdur. Kommunal Təsərrüfatı Nazirliyinin 21 may 1982-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu sənədlər olmadan X8 adına qeyd edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi 229.0 kv.m (0.0229 ha) olmuşdur. 18 sentyabr 2000-cı il tarixli inventarizasiya işləri zamanı fərdi yaşayış evi X8 istifadəsində göstərilmiş, yaşayış evi tikili “A”-da ümumi sahəsi 97.7 kv.m, yaşayış sahəsi 48.0 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 229.0 kv.m-dən (0.0229 ha) ibarət olmuşdur. Qeyd edilən sənədlərə əsasən X11 adına ünvan 2 ünvanında 0.0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan fərdi yaşayış evinə dair 05 fevral 2024-cü il tarixli, **********02-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında reyestrindən arayış verilmişdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı – Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.7 kv.m. olan fərdi yaşayış evindən və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0229 ha olan torpaq sahəsindən ibarətdir; Gəncə şəhər 1 saylı notariat ofisinin 06 fevral 2024-cü il tarixli, 2V-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 21 fevral 2024-cü il tarixli, **********02-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir; Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı1 Abzər qızı və İddiaçı2 Abzər qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 Abzər qızı və İddiaçı2 Abzər qızı cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-45 nömrəli reyestr qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkə dair çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən miras mülkün vərəsələr arasında bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ataları Abzər xx.xx.2005-ci ildə, anaları Ruqiyyə xx.xx.2005-ci ildə rəhmətə getmişdir. Ata və anaları rəhmətə getdikdən sonra ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə cavabdeh öz adına qanun üzrə vərəsilik şəhadətnaməsi almış, onlar isə qanun üzrə vərəsə kimi miras əmlakdan kənarda qalıblar. Bundan sonra cavabdeh miras əmlaka çıxarış almışdır. Göründüyü kimi cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsi ilə onlar vərəsələr mirasdan məhrum ediliblər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, atası və anası öləndən sonra o, həmin evdə yaşamayıb, lakin oraya gedib-gəlmişdir. Valideynlərinin vəfatından sonra miras evdə sadəcə qardaşı Arzuman yaşamışdır. Həmin vaxt Cavabdeh2 Türkiyə Respublikasına getmişdi və orada olmuşdur. Miras ev Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülsə də, Cavabdeh2 qalmış mirasdan pay istəyir. Cavabdeh2 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sözügedən evin sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir, birinci instansiya məhkəməsində tələbi rədd edilmişdir, apellyasiya instansiyası məhkəməsində həmin işə baxılır. Onlar miras qoyanın vərəsələri olsa da, cavabdeh həmin kompensasiyanı tək övlad olaraq qəbul etmək fikrindədir, bu halla razı deyil. X17 uşaq ikən vəfat etmişdir Məhkəmə iclasında İddiaçı2 iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı2 bildirdi ki, Cavabdeh2 ata və anasının vəfatından əvvəl və onların vəfatından sonra miras evdə yaşamışdır. Miras ev 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Hazırda həmin ünvanda Cavabdeh2 tərəfindən yeni ev tikilmişdir və o, orada yaşayır. Valideynlərinin vəfatından sonra həmin evdə Cavabdeh2 başqa bacı və qardaşı yaşamamışdır. X17 uşaq ikən vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Cavabdeh2 bildirdi ki, ata və anası sağ ikən miras evə köçmüş, atası və anası öləndən sonra orada yaşamışdır. 2018-ci ildə həmin evi İcra Hahimiyyəti sökənə kimi orada yaşamışdır. Valideynlərinin vəfatından miras evdə digər bacı və ya qardaşı yaşamamışdır. Belə ki, qardaşı Arzuman ata-anası ölməmişdən əvvəl başqa qadınla ailə quraraq, başqa ünvana köçmüşdür. Miras ev söküldükdən sonra kirayə evdə qalmış, daha sonra həmin ünvanda yeni ev tikərək oraya köçmüşdür və hazırda orada yaşamaqdadır. Atasına məxsus olmuş evin sökülməsinə görə kompensasiya ödənilməsi tələbi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmişdir, həmin iddia rədd edilmişdir, qərardan apellyasiya şikayəti vermişdir. X17 uşaq ikən vəfat etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Lala Sarıyeva iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, atası və anası öləndən sonra o, həmin evdə yaşamayıb, lakin oraya gedib-gəlmişdir. Valideynlərinin vəfatından sonra miras evdə qardaşı Arzuman yaşamışdır. Həmin vaxt Cavabdeh2 Türkiyə Respublikasına getmişdi və orada olmuşdur. Miras ev Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülsə də, Cavabdeh2 qalmış mirasdan pay istəyir. Cavabdeh2 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sözügedən evin sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Onlar miras qoyanın vərəsələri olsa da, cavabdeh həmin kompensasiyanı tək övlad olaraq qəbul etmək fikrindədir. X17 uşaq ikən vəfat etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Sevinc Nəsibova iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, atası və anası öləndən sonra o, həmin evdə yaşamayıb, lakin oraya gedib-gəlmişdir. Valideynlərinin vəfatından sonra miras evdə qardaşı Arzuman yaşamışdır. Həmin vaxt Cavabdeh2 Türkiyə Respublikasına getmişdi və orada olmuşdur. Miras ev Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülsə də, Cavabdeh2 qalmış mirasdan pay istəyir. Cavabdeh2 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sözügedən evin sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Onlar miras qoyanın vərəsələri olsa da, cavabdeh həmin kompensasiyanı tək övlad olaraq qəbul etmək fikrindədir. X17 uşaq ikən vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun qonşusu olub. Son 17 ildir Gəncə şəhəri, Sevinc qəsəbəsi, 18-ci küçədə yaşayır. Brilyant Gəncə şəhəri, Vəli Xuluflu küçəsində, ata-anasının evində yaşayırdı. O, 1996-cı ildən Vəli Xulufluda yaşayıb. Brilyantın atasının adı Abuzər, anasının adı isə Ruqiyyə idi. Təxminən 2004-2005-ci illərin yanvar ayında ata-anası yanaraq vəfat etdi. Əvvəl atası, sonra anası vəfat etdi. Ata-anasının vəfatından sonra həmin evdə Brilyant uşaqları ilə yaşayırdı. Başqa bacı-qardaşı yaşamayıb. Arzumanı o evdə çox da görməyib. Brilyant ata-anasının vəfatında və sonra orada yaşayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2007-ci ilə kimi Cavabdeh2 ilə eyni küçədə qonşu olub. Həmin vaxtlar onun 15 yaşı olardı. Brilyantın atasının adı Abuzər, anasının adı isə Ruqiyyə idi. Onlar 2005-ci ildə vəfat etdilər. Valdeyinlərin vəfatından sonra həmin evdə Brilyantı görüb. Brilyantın 5 bacısı, 1 qardaşı olub. Qardaşı Arzumanın başqa ünvanda yaşadığını eşitmişdir. Ata-anasının vəfatından sonra Arzumanın həmin evdə yaşayıb yaşamadığını bilmir. Arzumanı görməyib, tanımır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun qonşusudur, onlar eyni küçədə yaşayıblar. O, 2009-cu ildən ünvan 7 ünvanında yaşayır. Mübahisəli evdə 2003-cü ildən Brilyant yaşayıb və ata-anasına baxıb. Brilyantın atasının adı Abuzər, anasının adı isə Ruqiyyə idi. Təxminən 2005-ci ildə Abuzər, 2006-cı ildə isə Ruqiyyə vəfat edib. Brilyantın qardaşı Arzuman isə ata-anası sağikən başqa ünvana köçmüş, onların vəfatından sonrada geri qayıtmamışdır. Arzumanın birinci arvadından iki uşağı: bir oğlu və bir qızı var idi. Qızının adı Günel idi. Hər iki uşağı sağ idi. Ata, anası vəfat edəndən sonra həmin evdə Brilyant yaşayıb, başqa bacı-qardaşı yaşamayıb. Təxminən 2018-ci ildə köhnə evi İcra Hakimiyyəti sökdü. Ev sökülənə kimi həmin evdə Brilyant yaşayıb, söküləndən sonra təxminən 2 il kirayədə yaşadı. Brilyant həmin ərazidə yeni ev tikdirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçı tərəf miras əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədə əsas, şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair törəmə tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 21 may 1982-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X8 adına qeyd edilmişdir və həmin evə dair xx.xx.2024-cü il tarixdə hüququn ölmüş şəxsə məxsus olması haqqında reyestrindən arayış verilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanın 1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Həmin Fərmanın 2-ci bəndinə əsasən, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan sənəd sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd olunan normalara əsasən hesab edir ki, mübahisəli evə dair texniki inventarizasiya və qiymətləndirilməyə dair pasportlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma üçün əsasdır, həmin pasportun adına qeyd edilməsi ilə mübahisəli ev mülkiyyət hüququna bərabər tutulan hüquqla mərhum Abzər Məmmədova məxsus olmuşdur və miras əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Abzər Məmmədov 2005-ci ildə vəfat etdikdə birinci növbə vərəsələri Ruqiyə Məmmədova, İddiaçı1, İkram Məmmədov, Arzuman Məmmədov, Sevinc Nəsibova, Lala Sarıyeva, Cavabdeh2 və İddiaçı2 ibarət olmuşdur. Həmin vərəsələrdən Ruqiyə Məmmədova miras qoyandan 4 gün sonra vəfat etmişdir. Ölümü ilə bağlı heç bir məlumat aşkar olunmasa da, İkram Məmmədovun azyaşlı ikən vəfat etdiyini məhkəmə araşdırması zamanı tərəflər təsdiqləmişlər. Hazırkı iş üzrə vərəsəlik haqqında şəhadətnamə mübahisələndirilsə də, Cavabdeh2 başqa digər birinci növbə vərəsələrin miras əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələndiklərini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı həmin digər vərəsələrin notarial qaydada ərizə vermək yolu ilə və (ya) miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməsi müəyyən olunmamışdır. Bundan başqa, sübut qismində təqdim etdilən şahid ifadələriylə Cavabdeh2 mirası faktiki qəbul etməsi müəyyən olunmuşdur. Bununla yanaşı, digər vərəsələr Arzuman Məmmədovun atalarının vəfatından sonra sözügedən evdə tək yaşayaraq miras əmlakı faktiki qəbul etdiyini bildirsə də, bu halı təsdiqləyən sübutlar təqdim edilməmiş, habelə dindirilmiş şahidlərin ifadələriylə həmin hal təkzib olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində Cavabdeh2 başqa digər birinci növbə vərəsələrin mirası notarial qaydada ərizə verməklə qəbulu və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbulu, yəni miras əmlaka hüququnun yaranması və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamə əsasında hüquqlarının pozulması və onun bərpa edilməsi zərurəti müəyyən olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədə əsas tələbin, habelə ondan irəli gələn çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi barədə törəmə tələblərin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 Abzər qızı və İddiaçı2 Abzər qızının cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X14, X6 və X15) “şəhadətnamənin ləğv olunması və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar