Məhkəmə qərarları › İş №2(125)-365/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-365/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-365/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat Ofisinin Xüsusi Notariusuna və üçüncü şəxslər Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, Məhəmmətova (Süleymanova) Çimnaz Rəhim qızına, X5, X2 və X1 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə tanınma və mirasa ½ pay hüququ verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat Ofisinin Xüsusi Notariusuna və üçüncü şəxslər Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, Məhəmmətova (Süleymanova) Çimnaz Rəhim qızına, X5, X2 və X1 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə tanınma və mirasa ½ pay hüququ verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən evə dair Gəncə şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş *9.1*.2*21-ci il tarixli 2V-315 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsini və 21.1*.2*21-ci il tarixli 4Ə-2*4 saylı bağışlama müqaviləsini etibarsız hesab edib, onun miras əmlak üzrə 1/2 payla anası X3 qanun üzrə vərəsəsi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 yerləşən ev xüsusi mülkiyyət hüququ ilə anası X4 məxsus olmuşdur. Həmin evdə o, cavabdeh qardaşı Cavabdeh1 ilə yaşamış, anasının ölümündən sonra evə Qabillə birlikdə sahiblik etmiş, ailəsi ilə orada yaşamağa davam etmişdir. Başqa evi olmamışdır və indi də yoxdur. O, göstərilən hərəkətlə anasından qalan və yaşayış evindən ibarət olan mirası ona yiyələnmə və idarə etmə formalarında, yəni 2 formada faktiki qəbul etmişdir. Başqa sözlə, o, miras şərikidir. Qabillə onun payı bərabərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları (vərəsələri) bərabər pay hüququna malikdilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-cı maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddi hüququn bu normalarına baxmayaraq qardaşı Qabil onun ruhi xəstəliyindən, iradə zəifliyindən, başlıcası ona etibarından sui-istifadə edib, özünü fiziki şəxs kimi yetərincə dərk edə bilməməsindən istifadə edib, notariusla birlikdə plan qurub, onu aldadaraq tanımadığı və dərk edə bilmədiyi şrifdə olan bir neçə notariat sənədlərinə imza etdirib, bildirmişdir ki, miras evin yarısı onundur. Həmin sənədlər *9.1*.2*21-ci il tarixli 2V-315 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsi və 21.1*.2*21-ci il tarixli 4Ə-2*4 saylı bağışlama müqaviləsi olmuşdur. Bu yaxında o, ondan yaşadığı miras evin ara divarının ona məxsus olmasını bildirib, divarı söküb, özünə yeni divar çəkməsini tələb edəndə, uşaqları yoxlatdıraraq, Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən onun adından yazılan ərizəyə cavab olaraq alınmış *1.*9.2*23-cü il tarixli məktubla, aydın etmişlər ki, vərəsəlik şəhadətnaməsi yalnız onun adına, özü də bütöv mülkə verməmiş, yalnız bundan sonra o, bağışlama müqaviləsi ilə onun adına cəmi 4 otaqdan ibarət olan evdən yalnız 16,6 kvm 1 otaq (əl damı) və 8,1 kvm hamam, *,*58 ha torpaq sahəsindən isə *,*161 ha bağışlayıb (yazdırıb), evin *,*419 ha torpaq sahəsini və qalan otaqlarını özündə (adında) yazdırmışdır. Beləliklə, Qabil onun yuxarıda qeyd edilən halətindən və etibarından sui-istifadə edib, ona nisbətdə miras evdən və onun həyətyanı torpaq sahəsindən azı 3 dəfə artıq pay almışdır. Halbuki, yuxarıda qeyd etdiyi kimi qanuni vərəsəlikdə paylar bərabər olmalıdır. Onun bunu 2 il müddətində aşkar edə bilməməsinin səbəbi yuxarıda qeyd etdiklərindən əlavə həm miras mətbəxlə 2 otağı bu günə kimi formal olaraq onun istifadəsində olması olmuşdur. O, mülkiyyət hüququna əsaslanıb həmin sahələri istənilən vaxt ondan geri ala bilər. Onun ara divarını uçurmaq tələbi bu sözlərinə əyani misaldır. Onun bu fırıldağı 2 il müddətində aşkar edə bilməməsinin səbəbi yuxarıda qeyd etdiklərindən əlavə həm miras mətbəxlə 2 otağın bu günə kimi formal olaraq onun istifadəsində olması olmuşdur. O, mülkiyyət hüququna əsaslanıb həmin sahələri istənilən vaxt ondan geri ala bilər. Onun ara divarını uçurmaq tələbi bu sözlərinə əyani misaldır. Onu da bildirmişdir ki, Qabil özünə təzə ev tikmək üçün ara barısının o biri tərəfində olan tikililəri, yəni öz adına olan tikililərin bir hissəsini uçurub, *,*419 hektarda özünə təzə ev tikməyə başlamışdır. Ondan ara barıdan aralanmasını məhz buna görə tələb edir. Buna baxmayaraq o, ailə üzvlərinin istəyi ilə iki qardaşın uşaqlarının bir-birilərinə düşmən olmaması naminə barışıq təklif edir. Əgər barışıq sazişi ilə o, ara divarına və iç-içə olan otağın onun adına olan hissəsinə mülkiyyət hüququndan onun xeyrinə imtina etsə, o həm iddiadan imtina edər, həm də qəlbində onu bağışlayar. Bu halda da o, yenə uduşda qalacaq, çünki mirasda paylar bərabər olmasına baxmayaraq, yuxarıda qeyd etdiyi kimi o, özünə ona verdiyi sahədən 3 dəfə artıq torpaq sahəsi və tikili götürmüşdür. Odur ki, ünvan 1 yerləşən evə dair Gəncə şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş *9.1*.2*21-ci il tarixli 2V-315 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsini və 21.1*.2*21-ci il tarixli 4Ə-2*4 saylı bağışlama müqaviləsini etibarsız hesab edib, onun miras əmlak üzrə 1/2 payla anası X3 qanun üzrə vərəsəsi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişi üzrə icraata xitam verilməsinin nəticəsinin onlara aydın olmasını qeyd edərək barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə Cavabdeh1 həmin ünvanda yerləşən və mülkiyyətində olan daşınmaz əmlakdan əvəzsiz olaraq İddiaçı, sonuncunun faktiki sahibliyində olan 22,75 (5,55x4,55=22,75) kvm sahəli bir otağı və tərəflərin yaşadıqları evlərin arasındakı 15,3 metr enində 3,3 metr hündürlüyündə divarı (ara divarını), yerləşdiyi torpaq sahəsi ilə verməyi, İddiaçı isə cavabdehin bu öhdəliyinin icrasını 28 ay müddətində gözləməyi öhdəsinə götürür. Gözləmə Cavabdeh1 sözü gedən əmlaklar da daxil olmaqla evinin torpaq sahəsi 3*.*3.2*23-ci il tarixdən Yelo Bank ASC-də girovda olması, yalnız krediti tam ödədikdən sonra ipotekaya xitam verilməsi ilə əlaqədardır. Belə ki, Cavabdeh1 həmin bankdan 36 ay müddətinə 25.*** manat kredit alıb, həmin tarixdə bağlanmış GV/*1676/23 saylı ipoteka müqaviləsi əsasında evini və həyətyanı torpaq sahəsini banka girov qoymuşdur. Kredit sxem üzrə aybaay ödənilməkdədir. Kreditin tam ödənişi olmasa, girov (ipoteka) müqaviləsinə xitam verilməsi, yəni qeyd edilən daşınmaz əmlakların əvəzsiz güzəşt edilməsi mümkün deyil. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduqdan və işin icraatına xitam verildikdən 28 ay sonra Cavabdeh1 yuxarıda göstərilən daşınmaz əmlakları ya məhkəmənin xitam qərarı əsasında, ya da ayrıca bağışlama müqaviləsi bağlamaqla iddiaçının mülkiyyətinə verməlidir. Barışıq sazişinə digər cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin notariusunun, nə 3-cü şəxs olan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin, nə də özünü 3cü şəxs kimi qələmə verə biləcək hər hansı bir kəsin hüququna və qanuni mənafeyinə toxunmur. Bu barışığın ümumiyyətlə Quliyev qardaşlarından başqa heç kəsə aidiyyəti yoxdur. Bank tutmanı ipoteka predmetinə yönəltdiyi halda və bu səbəblə cavabdeh öhdəliyinə əməl edə bilmədikdə cavabdeh iddiaçıya barışıq sazişi ilə götürdüyü öhdəliyin əvəzində 8*** manat ödəməyi öhdəsinə götürür. İddiaçı göstərilən şərtlərlə iddiadan imtina edir və saziş əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat Ofisinin Xüsusi Notariusuna və üçüncü şəxslər Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, Məhəmmətova (Süleymanova) Çimnaz Rəhim qızına, X5, X2 və X1 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə tanınma və mirasa ½ pay hüququ verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat Ofisinin Xüsusi Notariusuna və üçüncü şəxslər Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, Məhəmmətova (Süleymanova) Çimnaz Rəhim qızına, X5, X2 və X1 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə tanınma və mirasa ½ pay hüququ verilməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış *6.*2.2*24-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Cavabdeh1 ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan daşınmaz əmlakdan əvəzsiz olaraq İddiaçı mülkiyyətinə, sonuncunun faktiki sahibliyində olan 22,75 (5,55x4,55=22,75) kvm sahəli bir otağı və tərəflərin yaşadıqları evlərin arasındakı 15,3 metr enində 3,3 metr hündürlüyündə divarı (ara divarını), yerləşdiyi torpaq sahəsi ilə verməyi, İddiaçı isə cavabdehin bu öhdəliyinin icrasını 28 ay müddətində gözləməyi öhdəsinə götürür.

2. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduqdan və işin icraatına xitam verildikdən 28 ay sonra Cavabdeh1 yuxarıda göstərilən daşınmaz əmlakları ya məhkəmənin xitam qərarı əsasında, ya da ayrıca bağışlama müqaviləsi bağlamaqla iddiaçının mülkiyyətinə verməlidir.

3. Bankın tutmanı ipoteka predmetinə yönəltdiyi halda və bu səbəblə cavabdeh öhdəliyinə əməl edə bilmədikdə cavabdeh iddiaçıya barışıq sazişi ilə götürdüyü öhdəliyin əvəzində 8*** manat pul ödəməyi öhdəsinə götürür. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat Ofisinin Xüsusi Notariusuna və üçüncü şəxslər Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, Məhəmmətova (Süleymanova) Çimnaz Rəhim qızına, X5, X2 və X1 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, vərəsə tanınma və mirasa ½ pay hüququ verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar