Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3660/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında qeyri-qanuni hesablanmış 2.951.33 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona hazırda X5 sahəsindən məlumat verilmişdir ki, sayğacda aşkar olunan nöqsana görə 2.951.33 manat cərimə ödəməlidir. Bununla əlaqədar Gəncə RQİİ Gəncə XS cavabdeh orqana müraciət etmişdir. xx.xx.2025ci il tarixdə cavabdeh orqandan ona “Azəriqaz” İB Gəncə X3ı İdarəsi tərəfindən 31 mart 2022-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın surəti verilmişdir. Aktda göstərilmişdir ki, “küçə xəttinə baxış zamanı xətt dayağın daxilindən rezin boru aşkarlandı. Abonent rezin boru vasitəsi ilə xətti dayaq daxilindən çəkərək sayğacdan kənar əlavə xəttdən istifadə edir”. Aktda həmçinin dəymiş ziyanın həcmi 11664 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 2.951.33 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilmişdir ki, guya o, akta imza etməkdən imtina etmişdir. Bildirmişdir ki, nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından onun xəbəri olmamışdır. Bu barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ona akt tərtib edildiyi barədə məlumat verməmişdir. Cavabdeh orqan ya heç yoxlama aparmayıb, ya da yoxlamanı onun iştirakı olmadan aparmışdır. Bundan başqa hər ay idarədən gəlib sayğac yoxlanılmış, sərf olunan qaza görə ona qəbz yazılıb verilmişdir. Aktda göstərilən guya aşkar edilmiş nöqsan olsaydı bu vaxtacan yoxlama ona iradını bildirərdi. Çünki göstərilən nöqsanı adi gözlə də görmək olardı. O, sərf etdiyi qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Onların maddi cəhətdən vəziyyətləri ağırdır. Xəstəliyi ilə əlaqədar işləyə bilmir, nə də pensiya almır. Heç bir təqsiri olmadığı halda cərimə ödəməməlidir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsində qeyd edilənlərə uyğun olan izahat vermiş və sonda irəli sürdüyü iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hesablanmış borcun silinməsi tələbinə dair iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanda xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar olunmuşdur. İstehlakçı həmin aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; QSSQ maksimal saatlıq qaz sərfi 2.0 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış və cəmi 11664 m3 olmuşdur. İtron G-4 mexaniki sayğaclı abonentin saldosundan görünür ki, həmin Akt əsasında “Azəriqaz” İB tərəfindən iddiaçıya 1399,68 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən aşkarlanmış və bu barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Baxılan işdə Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və yaxud cinayət təqibi orqanına təqdim edilməsi və həmin Aktla bağlı araşdırmaların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, İddiaçı yaşadığı ünvan 1 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi ilə nəzərdə tutulan sübutlarla təsdiq olunmur. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini 11664 m3 dəyərində borcun silinməsi hissəsində əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında istehlakçıların ünvanına 2.951.33 manat borc yazılması qeyd edilsə də, iş materiallarından görünür ki, həmin-xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında istehlakçıların ünvanına 11664 m3 itirilmiş qazın bərpası üçün 1399,68 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Belə olan halda “Azəriqaz” İB tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borc 1399,68 manat təşkil etdiyindən həmin məbləğdə borc silinməlidir. Məhkəmə hesab edir ki, qalan hissədə iddia əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” X2 X3 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* №li akt əsasında itirilmiş qaz sərfiyyatı kimi İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 162 A saylı ev barəsində hesablanmış 11664 m3 qaz sərfiyyatı üçün, yəni, 1399,68 (bir min üç yüz doxsan doqquz) manat 68 qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3660/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3660/2025
24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver