Məhkəmə qərarları › İş №2(125)-367/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-367/2023

26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-367/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Müxənət oğlunun cavabdehlər Cavabdeh1 və X7 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Müxənət oğlu cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2ndan onlara miras qalmış Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 42 ünvanında yerləşən mülkə dair İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 40 ünvanında yerləşən mülkə dair İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə miras paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 40 ünvanında yerləşən mülk xx.xx.1989-cu il tarixli, 1175 nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum X2nun xüsusi mülkiyyətində olmuş, Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 42 ünvanında yerləşən mülk isə xx.xx.2003-cü il tarixli, 2351 nömrəli qeydiyyat vəsiqəsi əsasında anaları Cavabdeh1 xüsusi mülkiyyətindədir. Hər iki mülk valideyinlərinin birgə nikahı dövründə əldə olunmuşdur. Valideyinlərinin birgə nikahından üç övladları doğulmuşdur. X2 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onların hər ikisi həmin mülklərdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Mərhum atalarından onlara qalan mirası faktiki olaraq qəbul etmişlər. Ataları rəhmətə getdikdən sonra həmin mülklərdə yenidən təmir-tikinti işləri aparmışlar. Mülklərin faktiki idarəçiliyi iki qardaş olaraq onların üzərinə düşmüşdür. Lakin, son zamanlar anaları Cavabdeh1 onları həmin mülklərdə yaşamağa qoymur, aralarında ciddi narazılıqlar yaranır. Ailə münasibətlərinin qorunub saxlanılması və baş verən mübahisələrə son verilməsi üçün atalarından onlara miras qalmış və faktiki olaraq qəbul etdikləri hər iki mülk üzrə miras paylarının müəyyən olunmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, atalarından onlara miras qalmış əmlakı faktiki olaraq qəbul etdikləri və idarə etdikləri şəksiz nümayiş etdirtdiklərinə görə ünvan 1 ünvanında yerləşən mülklər üzrə miras paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və X12 hər biri ayrıayrılıqda iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 xx.xx.1989-cu ildə Gəncə şəhərində və İddiaçı2 Müxənət oğlu xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Şəhadətnamələrinin ata adı qrafasında X10, ana adı qrafasında Cavabdeh1 qeyd olunmuşdur. İş materiallarında olan “Evlər üçlüyü” tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür və ölən günədək Gəncə şəhəri, E.Budaqov-42 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Öləndən sonra ailə tərkibi İddiaçı1, İddiaçı2 Müxənət oğlu, Cavabdeh1 və X12 qalmışdır. Mərhum ölən günədək həmin ailə üzvləri (arvadı və uşaqları) ilə birgə yaşamışdır. İş materiallarında olan “Evlər üçlüyü” tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Gəncə şəhəri, E.Budaqov-42 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Onun ailə üzvləri arvadı X13, oğulları X18 və X11 ibarətdir. İş materiallarında olan “Evlər üçlüyü” tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Gəncə şəhəri, E.Budaqov-40 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Onun ailə üzvləri arvadı X26, anası Cavabdeh1, oğlu X19, qızı X15 ibarətdir. İş materiallarında olan “Evlər üçlüyü” tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür və ölən günədək Gəncə şəhəri, E.Budaqov-42 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Öləndən sonra ailə tərkibi İddiaçı1, İddiaçı2 Müxənət oğlu, Cavabdeh1 və X12 qalmışdır. Mərhum ölən günədək həmin ailə üzvləri (arvadı və uşaqları) ilə birgə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubundan görünür ki, Kirovabad şəhəri 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-2-189 saylı alqı-satqı müqaviləsinə əsasən Atarbekov küçəsi, 40 saylı fərdi yaşayış evi (tikili “A”-da 17.0 kvm bir yaşayış otağı, 14.3 kvm örtülü eyvan, 25.6 kvm zirzəmi) X29 tərəfindən X1. Alıcıya xx.xx.1989-cu il tarixli 1175 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hal-hazırda bu mülkün ünvanı ünvan 4 xx.xx.2003-cü il tarixli 4Ə-3-406 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Gəncə şəhəri, Eyyubxan Budaqov küçəsi, 42 olan bu fərdi yaşayış evi X23 tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2003-cü il tarixli 2351 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, X4 adına həmin ofisdə vərəsəlik işi açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışa əsasən, X8 ilə X20 xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil omuş, nikah bağlandıqdan sonra ərə Abbasəliyev, arvada Abbasəliyeva soyadı verilmişdir. İş materiallarında olan, cavabdehlər tərəfindən verilmiş yazılı ərizəyə əsasən, Gəncə şəhəri, E.Budaqov küçəsi, 40 saylı evdə Elvin, İddiaçı1 və Ayişə Abbasəliyeva doğulduğu gündən 2003-cü ilədək yaşamışlar. Ayişə Abbasəliyeva xx.xx.2011-ci il tarixə qədər orada yaşamışdır. Cavabdeh1 1989-cu ildən 2003-cü ilədək həmin evdə yaşamışdır. 2003-cü ildə Gəncə şəhəri, E.Budaqov küçəsi, 42 saylı ev satın alınmış, Elvin və İddiaçı1, Nüşabə və Ayişə Abbasəliyeva həmin evə köçmüşlər. İddiaçı1 2013-cü ildə aprel ayında Gəncə şəhəri, E.Budaqov küçəsi, 40 saylı evə köçmüş, 20 avqust 2022-ci ilədək orada yaşamışdır. Nüşabə və İddiaçı2 2003-cü ildən 42 saylı evdə yaşayırlar, Nüşabə hələ də həmin evdə yaşayır, Elvin isə 20 avqust 2022-ci ilədək orada yaşamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri, E.Budaqov küçəsində yerləşən 40 saylı evi xx.xx.1989-cu ildə satın alan X4 adına qeydiyyat vəsiqəsi verilmiş, onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. X8 ilə X20 xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından İddiaçı1, İddiaçı2 və Ayişə Abbasəliyeva doğulmuşdur. Gəncə şəhəri, Eyyubxan Budaqov küçəsi, 42 saylı evi xx.xx.2003-cü ildə satın alan Cavabdeh1 adına qeydiyyat vəsiqəsi verilmiş, onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Beləliklə, miras qoyan X4 ölümündən sonra miras kimi ünvan 6 ünvanda yerləşən birgə nikah dövründə əldə edilmiş 42 saylı evdən pay qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra 40 saylı evdə İddiaçı1, 42 saylı evdə İddiaçı2 yaşamaqla, həmin əmlaka sahiblik və idarə etməyə davam etməklə, miras qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bu hal cavabdeh tərəfdən verilmiş ərizə ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Miras qoyan Müxənnət Abbasəliyevin ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi dörd nəfər şəxsin olması müəyyən edilir: arvadı və qızı (cavabdehlər) və iki oğlu (iddiaçılar). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələri məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapdığından, iddiaçıların hər birinin Müxənnət Abbasəliyevdən miras qalmış, 40 və 42 saylı evlərdə 1/8 hissədə payının olması müəyyən olunmalı, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 06 yanvar 2014-cü ildə ölmüş X3 miras qalmış Gəncə şəhəri, E.Budaqov küçəsində yerləşən 40 saylı evdə və Gəncə şəhəri, E.Budaqov küçəsində yerləşən 42 saylı evdə İddiaçı1 və İddiaçı2 hər birinin 1/8 hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar