Məhkəmə qərarları › İş №2(125)-368/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-368/2024

13.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-368/2024 13.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, *8.*5.1984-cü ildə anadan olmuş 1-ci dərəcə əlilliyi olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X7 onun oğludur. Oğlu *8 may 1984-cü ildə Gəncə şəhərində anadan olmuş və anadan gəlmə birinci dərəcə əlilliyi olan şəxsdir, əmək qabiliyyətsizdir. Oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinin nəticəsini dərk etmir, yaddaş və ağıl zəifliyi vardır. O, doğulduğu andan bu günə kimi onun himayəsində yaşayır. Onun qayğısını anası olaraq o çəkir. Oğlu Əli birinci dərəcə əlil olması ilə əlaqədar hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir, o da rəsmi olaraq himayəçi olmadığı üçün onun əvəzindən sənədləşmə işlərini həll edə bilmir. Oğlu üzərində himayəçi olaraq təyin olunması üçün Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatına müraciət etmiş, lakin həmin orqanın ona ünvanladığı 26.*4.2*23-cü il tarixli məktubda məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA*481634 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *8.*5.1984-cü ildə anadan olmuşdur. 1*.*7.2***-ci il tarixli, 288199 nömrəli vəsiqənin surətindən görünür ki, X7 İ qrup əlildir. X-JQ 29*345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *8.*5.1984-cü ildə anadan olmuş X3 ata qrafasında X6, ana qrafasında isə Ərizəçi kimi qeyd olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Ərizəçi ünvanlanmış 26.*9.2*23-cü il tarixli məktubun surətindən görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X4 Şöbəsi tərəfindən verilmiş *9.*1.2*24-cü il tarixli, *2 nömrəli rəydən görünür ki, *8.*5.1984-cü ildə anadan olmuş X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflici, tetraparez XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-1*cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X7 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X3 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 23*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. *8.*5.1984-cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar